Məhkəmə qərarları › İş №2(060)-3282/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3282/2022

19.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3282/2022 19.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti) ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1961-ci il təvəllüdlü bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı xx.xx.1961-ci il təvəllüdlü X5 ruhi xəstə olmaqla əmək qabiliyyətsizdir. Bacısı öz hərəkətlərini dərk etmək və özünü normal idarə etmək iqtidarında deyildir. Kənar şəxslərin köməyinə ehtiyacı vardır, öz hərəkətlərinə görə cavabdehlik daşımaq və onun mahiyyətini dərk etmək qabiliyyəti yoxdur. Dəfələrlə evi özbaşına tərk etmiş, onu tanıyan şəxslərin, hətta polisin köməyi ilə tapılaraq evə qayıtmışdır. xx.xx.2018-ci ildə bacısının əri X6 ölmüşdür. Onların övladları olmamışdır. Hazrda bacısının ondan başqa yaxın qohumu yoxdur. Hesab edir ki, bacısının qəyyuma ehtiyacı vardır. Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, şəxs məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra ona qəyyum təyin edilməsinin mümkün olacağı bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. Bildirdi ki, bacısı xx.xx.1961-ci il təvəllüdlü X5 ruhi xəstə olmaqla əmək qabiliyyətsizdir. Bacısı öz hərəkətlərini dərk etmək və özünü normal idarə etmək iqtidarında deyildir. Ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 221 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mülki işlə bağlı qərar qəbul etmək səlahiyyətini məhkəmənin mülahizəsinə buraxdıqlarını, işçi çatışmazlıqları olduğu üçün məhkəmə iclasının Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Ambulator xəstənin tibb kartasından çıxarışdan görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş X5 Baş-Beynin üzvi xəstəliyi (Beyin Atrofiyası) nəticəsində əmələ gələn demensiya diaqnozu ilə Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2305 saylı rəydən görünür ki, X2 üzvi xəstəliklə əlaqədar yaranan demensiya (ağıl zəifliyi) müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. - doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X3 atası X13, anası X4r. - doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X7 atası X13, anası X4r. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 2002-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. Nikahdan sonra Məmmədova soyadını qəbul etmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə dəqiqləşdirilməmiş ürək çatışmazlığı səbəbilə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1961-ci il təvəllüdlü X5 ərizəçinin bacısıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2305 saylı rəyinə əsasın, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, hazırda Sumqayıt şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla orada müalicəsini davam etdirir. Buna görə də şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 17 iyun 1961-ci il tarixdə Şəmkir rayonunun Zəyəm qəsəbəsində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar