Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3285/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X6rşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X6rşı iddia qaldıraraq, cavabdeh ««İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 abonent kodu **********100:31070340 olan ünvan 1 ünvanında 2024-cü il üzrə hesablanmış 288 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 yeni qaydalarla AZ5000, Sumqayıt şəhəri, Nizami küçəsi, 185A onun (İddiaçı Alış oğlu) mülkiyyətindədir. "xxxx" ASC tərəfindən ona yaşayışın olmadığı sudan istifadə olunmadığı bir vaxtda 288 manat borc yazılmışdır. Abonent kartı məlumatlarında abonent kodu **********100:31070340 olan ünvan 1 ünvanına 2024-cü il üzrə 288 manat borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli ətraflı abonent kartı məlumatlarında xx.xx.2023-cü il tarixli şərtlə bağlı su xəttinin ləğv edilməsi qeydləri edilmişdir. Bundan əlavə olaraq Azərsu əməkdaşı tərəfindən “yeni texniki şərt alındıqdan sonra su satışı bərpa olunacaq" qeydləri edilmişdir. Həmin tarixdə verilmiş abonent kartı məlumatlarında yekun borcun olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli 748 saylı ailə tərkibi haqqında arayışında 29-cu məhəllə, ev 8/29, mənzil 10 ünvanında qeydiyyatda 3 nəfərin olduğu, lakin xx.xx.2023-cü il tarixdən yaşayışın olmadığı bildirilmişdir. Əlavə olaraq “Azərişıq" ASC-nin abunə haqqında və “Azəriqaz" İB-nin abonent saldosunda 2024-cü il üzrə heç bir sərfıyyatın olmadığı və borcun olmadığı sənədlərinin surətlərini məktuba əlavə edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 nümayəndəsi X4 izahatında bildirdi ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
Tədqiq olunan sübutlar:
5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, 29-cu məhəllə, ev 8/29, ünvan 2 ünvanında yaşayan Sadıqov Rasim Qurban oğlu, ailə üzvləri – X2, X5 xx.xx.2023cü ildən qeyd olunan ünvanda yaşamırlar.
6. Sadıxov Rasim Qurban oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Sadıxov Rasim Qurban oğlu Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 8/29 ünvanında yerləşən, ümumi sahəsi 71 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 3uqu İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun
-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın
-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanına (abonent kodu:**********100) xx.xx.2002-ci il tarixindən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilməsinə görə müqavilə bağlanmışdır. Həmin ünvana dair abonent kodu X3 məxsusdur. İddiaçı həmin evi mənzilin köhnə sahibindən alqı-satqı müqaviləsi əsasında almışdır. ünvan 3uqu İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.
14. Hazırda iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X15 tərəfindən qeyd olunan ünvana hesablanmış 288 manat məbləğində borcun silinməsini xahiş edir.
15. Cavabdehin nümayəndəsi izahatında həmin borcun hesablanmasının əsası kimi qeyd olunan mənzilin qeyri-yaşayış sahəsi olduğunu, abonentçi tərəfindən yaşayış sahəsi olmasına dair məlumat verilmədiyini və abonentçinin əhali qrupuna aid edilməklə buna uyğun tariflər əsas götürülməklə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablaşmaların aparıldığını və mənzilin qeyri-yaşayış sahəsi olduğu halda yaşayış sahəsi kimi təqdim edilməsi səbəbindən tərəflərindən akt tərtib olunaraq qeyd olunan ünvana 288 manat məbləğində cərimə yazıldığını bildirmişdir.
16. İddiaçı isə qeyd edilən ünvanda sudan və tullantı sularından istifadə edilmədiyini bildirərək, məhkəmədən borcun silinməsini xahiş etmişdir.
17. İddiaçının məhkəməyə təqdim etdiyi Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, 29-cu məhəllə, ev 8/29, ünvan 2 ünvanında yaşayan Sadıqov Rasim Qurban oğlu, ailə üzvləri – X2, X5 xx.xx.2023-cü ildən qeyd olunan ünvanda yaşamırlar. Eyni zamanda ünvan 3uqu İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
18. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abunə haqqında çıxarışdan ünvan 1 ünvanında qazdan istifadəyə görə sərfiyyat göstəricilərinin sıfır olduğu müəyyən olunur. Cavabdeh qeyd edilən ünvanda qaz təchizatına görə sərfiyyatın olmamasının, lakin sudan istifadəyə görə sərfiyyatın olmasının ağlabatan izahını verə bilməmişdir.
19. Məhkəmə hesab edir ki, qeyd edilən ünvanda su təchizatından və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilmədiyi halda cavabdeh tərəfindən sözügedən mənzilin qeyri-yaşayış sahəsi olması əsas götürülərək cərimə hesablanması əsassızdır. Eyni zamanda cavabdeh tərəfindən qeyd edilən cərimənin hesablanmasına əsas olmuş sənədlər də məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş abonent və tarifin müəyyən edilməsi barədə əmrdə isə 288 manat məbləğində borcun hesablanmasının konkret əsasları göstərilməmişdir. Tarif fərqinin olduğu qeyd edilsə də bu fərqin nədən ibarət olduğu açıqlanmamışdır. Beləliklə, cavabdeh tərəfindən borcun konret olaraq hansı əsaslarla hesablandığı da müəyyən deyildir.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X15 tərəfindən ünvan 1 ünvanında sudan istifadəyə görə hesablanmış 288 (iki yüz səksən səkkiz) manat məbləğində borc **********100 saylı abunə hesabından silinsin. Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva