Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3286/2022 06.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbuletmə müddətinin uzadılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzində Notariat ofisinə qarşı – mərhum atası X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi Polimer İMİ-2 BY, 2 ünvanında yerləşən 0.0567 ha torpaq sahəsinə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü heşab edilərək müddətin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisinə atası X1 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat ofisi ərizənin təmin olunmasından imtina etmiş və iddiaçıya ünvanladığı 965 №-li məktubunda qeyd etmişdir ki, Sumqayıt “Asan xidmət” Mərkəzinin notariat ofisinə xx.xx.1998-ci il tarixində ölmüş X2 vəfatından sonra miras qalmış əmlakın qəbuluna dair müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə (Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddət buraxıldığı üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilə bilər. Onun hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. İddiaçı zənn etmişdir ki, atasından miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin iddiaçı 2022-ci ildə Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla, məhkəməyə çağırılsa da, nümayəndəsi məhkəməyə məktubla müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat ofisinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 965 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.1998-ci ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi oğlu İddiaçı mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü ildə Ordubad şəhərində anadan olmuş İddiaçı atası X5, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi Polimer İMİ-2 BY, 2 torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişdir. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx/xx-1936/10 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, arxivə təhvil verilmiş Sumqayıt şəhəri 1 saylı dövlət notariat ofisində 1998-2010-cu, 2 saylı dövlət notariat ofisində 1998-2019-cu, Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisində 1998-2009-cu, Sumqayıt şəhəri 4 saylı notariat ofisində 1998-2012-ci, Sumqayıt şəhəri 5 saylı notariat ofisində 1998-2007-ci və Sumqayıt şəhəri 6 saylı dövlət notariat ofisində 1998-2013-cü illərdə rəsmiləşdirilmiş vərəsəlik işlərinə baxış keçirilərkən X2 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsinin səbəbləri diqqətəlayiq və üzrlü olduğundan, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd edilən Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən Məcəllənin 1248-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası X5 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Yəni mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi gələcəkdə iddiaçının vərəsəlik hüququnun həyata keçirilməsinə mane olduğuna görə, həmin müddət məhkəmə tərəfindən üzrlü hesab olunmalı və uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı vəfat etmiş atası X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi Polimer İMİ-2 BY, 2 ünvanında yerləşən 0.0567 ha torpaq sahəsinə dair mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3286/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3286/2022
06.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver