Məhkəmə qərarları › İş №2(060)-3296/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3296/2022

07.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3296/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu dayanacağı ərazisində yerləşən ev 8/92dən ibarət mirasın qəbul edilməsi üçün miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılaraq müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci ildə Qubadlı rayonu, Mollabürhan kəndində anadan olmuşdur. X13 onun atasıdır. O, 24.09.2021-ci ildə vəfat etmişdir. Atasından miras qalmış əmlakın qəbulu ilə əlaqədar olaraq cavabdehə ünvanladığı ərizəyə baxılaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bitdiyi əsas gətirilərək cavab məktubu ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Hal-hazırda həmin miras əmlak onun istifadəsində və sahibliyindədir. Lakin qanunun tələbini bilmədiyi üçün vaxtında notariat kontoruna müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzinin Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu dayanacağı ərazisində yerləşən 8/92 saylı evin mülkiyyətçisi X9r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 18.06.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 24.09.2021-ci il tarixdə vəfat etmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Qubadlı rayonu, Mollabürhan kəndində anadan olmuş, anası X4, atası X9r. - Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 29.03.2022-ci il tarixli, 817 №-li məktubundan görünür ki, İddiaçı atasından miras qalmış əmlaka mirasın qəbul edilməsi üçün müddət buraxıldığından vərəsəlik şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Qubadlı Rayonu İcra Hakimiyyəti başçısının Balasoltanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16.05.2022-ci il tarixli arayışından görünür ki, Qubadlı rayonu, Balasoltanlı kənd sakini, məcburi köçkün xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 18.06.2014-cü il tarixdən indiyədək Sumqayıt şəhər., St.Sumqayıt Dəmir yol dayanacağı ərazisi 8/92 ünvanında yaşayır. - ünvan 2 Notariat Оfisində imzalanmış **********548 saylı ərizədən görünür ki, X10 24.09.2021-ci il tarixdə vəfat etmiş mərhum atası X7 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyildir. ünvan 2 notariat ofisinin xüsusi notariusu X8 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - ünvan 2 Notariat Оfisində imzalanmış **********549 saylı ərizədən görünür ki, X5 24.09.2021-ci il tarixdə vəfat etmiş mərhum atası X7 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyildir. ünvan 2 notariat ofisinin xüsusi notariusu X8 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Оfisində imzalanmış **********284 saylı ərizədən görünür ki, X2 24.09.2021-ci il tarixdə vəfat etmiş mərhum atası X7 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyildir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 4 saylı Notariat Оfisində imzalanmış **********283 saylı ərizədən görünür ki, X12 24.09.2021-ci il tarixdə vəfat etmiş mərhum atası X7 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyildir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X1 miras qalmış, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu dayanacağı ərazisində yerləşən 8/92 saylı evin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X1 miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu dayanacağı ərazisində yerləşən 8/92 saylı evin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar