Məhkəmə qərarları › İş №2(060)-3297/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3297/2022

09.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3297/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Qaz İstismar İdarəsinin əməkdaşlarının tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli və ******* №-li, xx.xx.2018-ci il tarixli aktının ləğv edilməsi və əsassız hesablanmış cərimə borclarının silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, xx.xx.2018-ci il tarixdə tərtib olunmuş, ******* №-li akt əsasında əsassız hesablanmış 444.60 manat və xx.xx.2018-ci il tarixdə tərtib olunmuş, ******* №-li akt əsasında əsassız hesablanmış 1254.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 63 onun mülkiyyətindədir. «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən əvvəlki mülkiyyətçi atası X1 xəbər və iştirakı olmadan həmin ünvana təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli akta əsasən “abonentin təbii qazdan sayğacdankənar istifadə etdiyi tərəfimizdən aşkarlandı” qeyd edilməklə cərimə hesablanmışdır. Eyni zamanda ******* №-li, xx.xx.2018-ci il tarixli akta əsasən “qaz xəttinə baxış zamanı abonent sayğacdankənar, rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə edir” qeyd edilməklə cərimə hesablanmışdır. Həmin aktların mövcud olmasından və cərimələr hesablanmasından təxminən 2019-cu ilin fevral ayının əvvəllərində Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinə dəvət olunarkən, daha sonra xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Sumqayıt şəhər Qaz İstismar İdarəsinə müraciət edərək cərimə barədə məlumatları əldə edərkən xəbər tutmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, aktlar tərtib edilərkən onun iştirakı təmin olunmalı olmasına baxmayaraq iştirakı təmin edilməmiş, aktın bir surəti ona təqdim edilmədən guya onun aktı almaqdan imtina etməyi qeyd olunmaqla cavabdehin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş, bu zaman hal şahidləri aktın tərtib edilməsində iştirak etməmişlər. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz ərizəsi vermişdir. Etirazda bildirilmişdir ki, ünvan 1 ünvanının abonenti olan İddiaçı mənzilinə əməkdaşları tərəfindən baxış keçirilmiş, yerində ******* №-li, xx.xx.2018-ci tarixli və ******* №-li, xx.xx.2018-ci tarixli aktlar tərtib edilmiş və aktlarda sayğacda qeyd olunan nöqsan “qaz xəttinə baxış zamanı abonent sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyriqanuni istifadəsi aşkarlandı” olunduğu yazılmışdır. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2018-ci il tarixli akta əsasən qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 810 manat hesablanmışdır. xx.xx.2018-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 77 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 103 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 103 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 2223x0.20=444.60 manat cərimə hesablanmışdır. Əməkdaşlar tərəfindən sözügedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək iddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında Dövlətə vurulan ziyan müəyyən edilərək 1254.60 manat itirilmiş qazın bərpası üzrə borc müəyən olunmuş və 2018-ci ilin iyun ayından abonent saldosunda qeyd edilmişdir. Bu da onu göstərir ki, abonentin məlumatı olmuş, lakin qeyd olunan iddia tələbi ilə bağlı vaxtında məhkəməyə müraciət etmədiyi üçün iddia müddəti keçmişdir. İddianını əsassız olduğu və iddia müddətinin keçməsini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: - Abonentin saldosundan görünür ki, abonent kodu **********00630 olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı evin 63 saylı mənzilinə aktlara görə 444.60 manat və 1254.60 manat borc hesablanmışdır. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, qaz xəttinə baxış zamanı abonentin sayğacdankənar, rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 8100 m3 müəyyən olunmuşdur. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, qaz xəttinə baxış zamanı abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi aşkar olunmuşdır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 77 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 103 gün; Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 103 gün qəbul edilməklə itirilmiş qazın həcmi 2223 m3 müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində Nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 226 №-li arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, X7 qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 63 saylı evin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli, 204091 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X2 verilmiş **********05-1301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X7 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 63 ünvanında yerləşən ümumi sahəsi 64.5 kv/m olan fərdi yaşayış evindən və 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 həmin şəhadətnamənin həqiqiliyini təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya məxsus ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi barədə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlar tərtib olunmuş və 444.60 manat və 1254.60 manat cərimə hesablanmışdır. Aktlar tərtib edilən zaman evin mülkiyyətçisi iddiaçının atası X3 olmuş, iddiaçı isə onun vərəsəsi, hüquqi varisi, hazırda əmlakın tam paylı mülkiyyətçisidir. Həmin aktlarda abonentin imzası, eləcə də qeyri-qanuni istifadəyə dair videoyazı mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçınn sayğacdankənar qazdan qeyri-qanuni istifadə etməsi cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən təsdiqini tapmır. Belə ki, sözügedən hala dair tərtib olunmuş aktları abonent imzalamamış, həmin sənədlər qanunvericiliyə uyğun olaraq ona verilməmiş, ümumiyyətlə, iddiaçı onlardan sonradan xəbər tutmuş, eyni zamanda həmin vaxt belə halın mövcudluğu barədə videoyazı, bunu təsdiqləyəcək şahidlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia əsaslıdır. Məhkəmə, həmçinin cavabdehin mübahisəyə iddia müddətinin tətbiüinə dair dəlilini də əsassız sayır. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X8 Reyestrinə daxil edilməsidir. X4 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X8 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X8 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 37 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı evin 63 saylı mənzilinə aid **********00630 saylı abonent koduna xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 444.60 manat və xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 1254.60 manat borc silinməli və iddianın verilməsinə görə 37 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 1 saylı evin 63 saylı mənzilinə aid **********00630 saylı abonent koduna xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 444.60 manat və xx.xx.2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 1254.60 manat borc silinsin. İddianın verilməsinə görə 37 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar