Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3302/2025 23.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə yaranmış qaçqın borcunun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: istehlakçıların hüquqlarının müdafiəsi, borcun silinməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə yaranmış qaçqın borcunun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə yaranmış qaçqın borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkünlər üçün müəyyən edilmiş limitdən artıq istifadə səbəbindən ünvan 1 ünvanında elektrik enerjisinə görə yaranmış 551.3 manat borcun Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 faktiki istifadəsindədir. Sözügedən ünvanda ailə üzvləri ilə birlikdə Zəngilan rayonu Muğanlı kəndindən məcburi köçkün kimi yaşayır. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlər üçün nəzərdə tutulan limitdən artıq 551.3 manat X1 etmişdir. "xxxx" ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Şöbəsi tərəfndən verilmiş abunə haqqında arayış təsdiq edir. Həmin arayışda borcun məcburi köçkünə aid olması göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 01 yanvar 2017-ci il tarixə qədər məcburi köçkünlərin limitdən artıq istifadə etdikləri elektrik enerjisinin dəyərinin silinməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən Fərmanına əsasən cavabdeh tərəfindən hesablanmış xx.xx.2017-ci il tarixə qədər olan 551.3 manat olan borc limitdən artıq istifadə edildiyinə görə silinməlidir. ddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
a) məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Prezidentin 2017-ci il tarixdə verdiyi fərmana əsasən cavabdeh tərəfindən ona hesablanmış borc silinməlidir. Məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, cavabdeh ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsnə əsasən məhkəmə işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları:
6. Abunə haqqında saldodan görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 0190, mənzil 0623 saylı mənzildə quraşdırılmış sayğacda xx.xx.2016-cı il tarixə 551.3 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir.
7. AA seriyalı, 429993 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür.
b) məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus **********00623 saylı abonent kodunda məcburi köçkün borcu kimi 551.3 manat məbləğində borc xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir.
10. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir.
12. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır.
13. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
14. Göründüyü kimi istehlakçı İddiaçı məcburi köçkün statusuna malik şəxs olmaqla, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ona şamil edilir. İddiaçıya məxsus **********00623 saylı abonent kodunda 551.3 manat məbləğində dondurulmuş məcburi köçkün borcu vardır ki, sözügedən borcun silinməməsi istehlakçı İddiaçı hüquqlarının kobud surətdə pozulmasına səbəb olur.
15. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 200, mənzil 7 (ünvan 3 ünvanında X1yə görə hesablanmış 551.3 manat məbləğində borc silinməlidir.
Nəticə hissəsi:
16. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. İddiaçı (abonent kodu:**********00623) X1yə görə hesablanmış 551.3 (beş yüz əlli bir manat otuz qəpik) manat məbləğində borc "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva