Məhkəmə qərarları › İş №2(060)-3304/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3304/2024

12.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3304/2024 12.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 34, 1 saylı yataqxanada yerləşən 95 saylı otaq Sumqayıt Şəhəri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, 112 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş və o, həmin mənzilə qeydiyyata düşmüş və həmin mənzildə yaşayır. O, həmin mənzilə aid olan **********950 saylı abonent kodunun adına rəsmiləşdirilməsi barədə cavabdehə müraciət etmiş, ona bildirilmişdir ki, həmin ünvan üzrə 134 manat borc vardır. Həmin borc ödənilməyənə kimi kodun adına sənədləşdirilməsi mümkünsüzdür. Ona da məlum olmuşdur ki, bu borc həmin ünvanda məskunlaşmış məcburi köçkün ailəsinə görə hesablanmışdır. Adına borc hesablanan Məmmədova Şükufə Zülfalı qızı onda olan məlumata əsasən dünyasını dəyişmişdir. Bu məcburi köçkün isə xx.xx.2023-cü ildə Füzuli şəhərinə köçürülmüş və həmin vaxtdan bu ünvanda yaşamır. Belə hesab edir ki, həmin borcun ona hər hansı bir aidiyyatı yoxdur. Bu borc silinməli və abunə kodu onun adına rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh ASC tərəfindən onun icarəsinə verilmiş Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 34, 1 saylı yataqxanada yerləşən 95 saylı otağa görə hesablanan 134 manat borcun silinməsi və həmin ünvana xidmət edən abonent kodunun onun adına dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona aidiyyatı olmayan Cavabdeh ASC tərəfindən 133.06 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, pullu yolun yaxınlığında onun bağ evi olmuşdur. Lakin uçurduqdan sonra kompensasiya kimi mənzil vermişlər. Orada da ondan əvvəl məcburi köçkün yaşamış, onu da Füzuli şəhərinə köçürmüş və ev ilə təmin etmişlər. O da dünyasını dəyişmişdir. İndi də ona həmin adamı tapmasını deyirlər. Onun heç bir günahı yoxdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 24 may 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə Füzuli qızı izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qeyd olunan ünvan üzrə istehlakçı ilə Şükufə Məmmədova arasında xx.xx.2003-cü ildə müqavilə bağlanılmış, abonent kodu açılmışdır. Bir nəfərə görə normativ hesablama aparılmışdır. Ünvanda məcburi köçkün yaşamamış, limitdən istifadə edilməmişdir. İddiaçı ərizədə qeyd edir ki, mənzili yeni almışdır. Lakin ünvanda illər üzrə ödəniş olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, Şükufə Məmmədovaya ünvan 3 ünvanında sudan istifadəyə görə 1 nəfər ailə tərkibi nəzərə alınmaqla, 2016-cı il üzrə 133.06 manat məbləğində borc hesablanmışdır. 112 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bundan sonra kirayə verən adlandırılacaq xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən Sumqayıt şəhəri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X2 şəxsində bir tərəfdən və bundan sonra kirayəçi adlandırılacaq vətəndaş İddiaçı digər tərəfdən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Mənzil qanunvericiliyinə uyğun olaraq müqaviləni bağladılar. Bu müqaviləyə görə kirayəyə verən Sumqayıt şəhəri, 18-ci məhəllə, Heydər Əliyev prospekti, yataqxana 1 nömrəli evdə 95 nömrəli mənzildə yerləşən, dövlət mənzil fonduna aid, 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Kirayəçin ailə üzvləri özü və yoldaşı X1r. Müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı ünvan 4 ünvanına 19 yanvar 2027-ci ilədək müvəqqəti qeydiyyata alnmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 4 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 5adəyə görə 2016-cı illər üzrə ailə tərkibi nəzərə alınmaqla, 133.06 manat məbləğində borc hesablanmışdır. Lakin həmin ünvanda yaşayış olması işin araşdırılan hallarına əsasən sübut olunmur. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmənin hazırlıq iclasında iştirak edərək iddia tələbinə etiraz etmiş, lakin etirazının əsası təşkil etdiyi halları məhkəmə araşdırması gedişatında təsdiq edə bilməmişdir. Məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılması və istifadə edilmiş sayğac göstəricisinə əsasən abonentdən tələb etmək öhdəliyinin olmasına baxmayaraq bu edilməmiş, bütün qeyd olunanlara əsasən məsuliyyəti cavabdeh təşkilat daşıdığından, iddiaçının qanuna zidd əməli nəticəsində sayacda su sərfiyyatının aparılması təsdiq olunmadığı üçün iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli, ünvan 4 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 5adəyə görə hesablanmış 133.06 manat məbləğində borc abonentin hesabından (abonent kodu **********950) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan ünvan 4 (Cavabdeh ASC-nin elektron abonent bazasında ünvan ünvan 5adəyə görə hesablanmış 133.06 manat məbləğində borc abonentin hesabından (abonent kodu **********950) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar