Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3325/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə 20 iyun 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Ofisinə qarşı mirasın qəbuledilmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X5 vəfatından sonra qalmış ünvan 1 ünvanda yerləşən, 40 saylı mənzilə dair miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1949-cu ildə Laçın rayonu, Quşçu kəndində anadan olub. AR Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 31.3 m2 ibarət olan 40 saylı mənzil mərhum qardaşı X8 məxsus olub. Mərhum qardaşı xx.xx.2001-ci il tarixdə rus vətəndaşı olan X9 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurublar. Birgə nikahlarından övladları olmamışdır. Mərhum qardaşının həyat yoldaşı X9 xx.xx.2008-ci il tarixdə, mərhum qardaşı X11 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Qardaşının bütün dəfn xərclərini özü çəkib, mirası qəbul edib, artıq 7 ildən çoxdur ki, heç bir mübahisə olmadan miras əmlaka tam şəkildə sahiblik edir. Mirasla bağlı hər hansısa mübahisə olmadığı üçün vaxtında notariat orqanına müraciət etməyib. O, qardaşının İİ dərəcəli vərəsəsidir. Vərəsəlik işi ilə bağlı Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət edib. AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisi imtina cavabı vermişdir. İmtinaya cavab olaraq aşağıdakı formada qeyd edilmişdir: Təqdim olunan sənədlərdən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakaünvan 1, mənzil 40-a dair AR MM-nin 1243.2-ci maddəsinə əsasən onun mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyim barədə ərizə vermədiyini və miras əmlakı faktiki qəbul etmədiyini əsas gətirmişlər. Bu səbəbdən Notariat haqqında AR Qanununun 40-cı maddəsinə əsasən vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçıiddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia ərizəsində qeyd edilən ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil iddiaçının mərhum qardaşına məxsus olmuşdur. X14 adlı rus vətəndaşı ilə ailə həyatı qurmuşdur. 2008-ci ildə Lidiya, 2017-ci ildə isə iddiaçının qardaşı İdris İsmayılov vəfat etmişdir. İddiaçı artıq yeddi ildir ki, mülkə sahiblik edir. Mülklə bağlı heç bir mübahisə olmamışdır. Bu səbəbdən də iddiaçı notariusa müraciət etməmişdir. İddiaçı qardaşının 2-ci dərəcəli vərəsəsidir və vərəsəliklə bağlı Sumqayıt şəhəri 1 saylı notariat ofisinə müraciət etdikdə imtina cavabı almışdır. Səbəb kimi isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsi göstərilmişdir. 1-ci növbə vərəsə yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ağaəli onun əmisidir. Qeyd edilən ev İdris əmisinin evidir. Ağaəli əmisinin mənzili miras əmlak kimi qəbul etməsinə etiraz etmir. Atası 23 sentyabr 2023-cü ildə vəfat etmişdir. X13, nənəsi isə Gövhər Şahverdiyevadır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan İİİ JQ -465600 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Laçın rayonunda doğulmuşdur. X1, anası X2r. İşdə olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1947-ci ildə Laçın rayonu, Quşçu kəndində doğulmuşdur. X1, anası X2r. İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1, 40 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı X16 757 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka- ünvan 1, mənzil 40-a dair AR MM-nin 1243.2-ci maddəsinə əsasən onun mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə vermədiyini və miras əmlakı faktiki qəbul etmədiyi bildirilmiş və bu səbəbdən Notariat haqqında AR Qanununun 40-cı maddəsinə əsasən vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan Vİİ-JQ 440200 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, üzrə X11 ilə X10 xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhər VADQ şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 83 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İşdə olan AZ-İ 309178 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 1030 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 891574 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə Abşeron rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 1421 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və şahidi dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X11 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, ondan ünvan 1, 40 saylı mənzil miras qalmışdır. Mərhumun birinci dərəcə vərəsəsi - arvadı X10 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İddiaçı X5 ikinci növbə vərəsəsidir, hazırda onun birinci növbə vərəsəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə işin hallarını, İddiaçı X5 ikinci növbə vərəsəsi olduğunu, mərhumun birinci növbə vərəsəsinin olmadığını, o cümlədən X6 mirasın iddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X3 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1, 40 saylı mənzilin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3325/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3325/2024
20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver