Məhkəmə qərarları › İş №2(060)-3326/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3326/2022

13.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3326/2022 13.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və miras əmlakının qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış Sumqayıt şəhər, 34-cü məhəllədə yerləşən, yaşayış sahəsi 17.30 kv.m, kömkəçi sahəsi 13.40 kv.m-dən ibarət 1/52 saylı evin 26 saylı mənzilinin miras əmlakı kimi qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və həmin miras əmlakının qəbul etmə faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, İddiaçı xx.xx.1959cu il tarixdə Belarusiya Respublikası, Vitebsk rayonunda anadan olmuşdur. Anası X10 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X3 isə xx.xx.2020-ci il tarixdə sol mədəcik çatışmamazlığı səbəbi ilə vəfat etmişdir. Sumqayıt şəhər, 34-cü məhəllədə yerləşən, yaşayış sahəsi 17.30 kv.m, kömkəçi sahəsi 13.40 kv.m-dən ibarət 1/52 saylı evin 26 saylı mənzili Sumqayıt Şəhər Dövlət texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 14 № li qeydiyyat vəsiqəsi əsasında mərhum atasının adına qeydiyyata alınmışdır. Atası vəfat etdikdən sonra həmin mənzil ona miras qalmışdır. Həmçinin mərhum atası mənzili ona vəsiyyət etmiş və bu barədə Sumqayıt şəhər 6 saylı Dövlət Notariat kontorunda xx.xx.1999-cu il tarixli, 2B-1/13 №-li reyestrlə təsdiq edilmiş vəsiyyətnamə rəsmiləşdirilərək yazmışdır. Qeyd edir ki, o, ailə üzvləri ilə birlikdə atasının vəfatından əvvəl də, vəfatından sonra da, hal-hazırda da elə bu ünvanda yaşayırlar. Atası və anası da rəhmətə gedən gününə qədər onlara bir övlad kimi o, və ailəsi baxmışdır. AR Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB 18 saylı MKS-nin 18 №-li, xx.xx.2022-ci il tarixli arayışında da bu barədə ətraflı qeyd olunmuşdur. O, həmin mübahisəli mənzildə yaşadığına görə atasından qalan miras əmlakını faktiki qəbul etmiş olur. Lakin evi öz adına sənədləşdirərkən vərəsəlik işinin açılmasına zərurət yaranmışdır. O, da bununla bağlı AR ƏN Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişdir. “Asan Xidmət” Mərkəzində notariat ofisi 30 № li, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilmədiyi qeyd edilmişdir. Hesab edir ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş onun müddət tərəfindən buraxılmayıb. Belə ki, qanunvericilikdə də bu barədə ətraflı qeyd edilmişdir ki, miras olan əmlaka sahiblik etməyə fakitki başladıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. O, da miras qalan əmlak olan mənzildə yaşamağıyla mirası faktiki qəbul etmiş olduğuna görə həmin müddəti ötürmüş sayılmır. Ona görə də mirasın qəbul edilmək üçün ötürülmüş müddətin bərpa edilməsi və miras kimi qəbul etmə faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, mərhum atası X1 miras qalmış Sumqayıt şəhər, 34-cü məhəllədə yerləşən, yaşayış sahəsi 17.30 kv.m, kömkəçi sahəsi 13.40 kv.m-dən ibarət 1/52 saylı evin 26 saylı mənzilinin miras əmlakı kimi qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və həmin miras əmlakının qəbul etmə faktı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Ərazi İdarəsinə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi və Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan X6 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, atası-24 iyul 2020-ci il tarixində vəfat etmiş Camalov Şah-Hüseyn Məmməd-Hüseyn oğlunun ölümündən sonra miras qəbul müddətini ötürmüşdür. Atasının ölümündən sonra bütün əsaslarla mirası qəbul etməmiş, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasa dair heç bir iddiası yoxdur, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul müddətinin bərpası və yaxud mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakının bölünməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan “Qeydiyyat Vəsiqəsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 1/52 saylı evin 26 nömrəli mənzili X2 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.1999-cu il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi məxsus olan bütün əmlakını o, cümlədən Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 1/52 nömrəli evin 26-cı mənzilini İddiaçı vəsiyyət edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvandıqları xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, miras qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də 34-cü məhəllə, ev 1/52, mənzil 26-da atası X3 ilə birlikdə qeydiyyatsız yaşamış və hal-hazırda göstərilən mənzildə qeydiyyatsız yaşayır. İş materiallarında olan AZ №106841 saylı, xx.xx.2002-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan №435708 saylı, xx.xx.1959-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Belarusiya Respublikası, Vitebsk rayonunda anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ №114932 saylı, xx.xx.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X7 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X2 24 iyul 2020-ci ildə vəfat etməsi ilə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 1/52-də yerləşən 26 nömrəli mənzilə dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. İşdən göründüyü kimi olan X6 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, atası-24 iyul 2020-ci il tarixində vəfat etmiş Camalov Şah-Hüseyn Məmməd-Hüseyn oğlunun ölümündən sonra bütün əsaslarla mirası qəbul etməmiş, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasa dair heç bir iddiası yoxdur, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyildir. Məhkəmə həmçinin miras əmlakı qəbul etmə faktına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşin hallarından görünür ki, iddiçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hal işin faktiki halları ilə də öz təsdiqini tapır. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum atası X1 miras qalmış Sumqayıt şəhər, 34-cü məhəllədə yerləşən, yaşayış sahəsi 17.30 kv.m, kömkəçi sahəsi 13.40 kv.m-dən ibarət 1/52 saylı evin 26 saylı mənzilinin miras əmlakı kimi qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilsin və həmin miras əmlakının İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar