Məhkəmə qərarları › İş №2(060)-3368/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3368/2022

07.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3368/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.11.2021-ci il tarixdə tərtib edilmiş 238140 saylı, akta əsasən hesablanmış 597,34 manat və 30.03.2022-ci il tarixli akta əsasən hesablanmış 1091,40 manat ümümilikdə 1688,74 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Z.Tağıyev qəsəbəsi “Xəzri” MK-nın ərazisində yerləşən ev daimi yaşayış yeridir. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edirlər. Tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmişdir. Həmin ünvan 16.02.2006-cı il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, **********03021 saylı abunə hesabı açılmışdır. 03.11.2021-ci il tarixdə və 30.03.2022 il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən ona məxsus olan qeyd etdiyi ünvandakı evində quraşdırılmış elektrik hesabat sayğacına müdaxilə olunduğu qeyd edilərək 03.11.2021-ci il tarixli 238140 saylı akt tərtib edilərək həmin akta əsasən ona 597,34 manat, 05.11.2019-cu il tarixli, NDM 028372 saylı akta əsasən isə 1091,4 manat əlavə sərfiyyat hesablanmışdır. Ondan qanunsuz olaraq aktlara əsasən hesablanmış məbləğ tələb olunduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qamışdır. Bildirir ki, həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay baxış keçirərək ona bildiriş təqdim edirlər və sayğac mənzilindən kənarda yerləşdiyindən sayğacın qorunması cavabdehlik təşkilatın üzərinə düşür. 2021-ci il akt tərtib olunduqdan altı ay sonra yenidən ona 1091,4 manat qanunsuz akt tərtib olunub. Abunə haqqında çıxarışdanda görünür ki, o, aylar üzrə 7 manat, 15 manat dəyərində X1 etmişdir. Amma ona qanunsuz olaraq 6 aydan sora 1091,4 manat hesablaşma aparılıb. Həmin hesablaşmaya əsasən o, ayda 181 manat X1 etməli imiş. Burdan da aydın görünür ki, enerjitəchizatçı təşkilat qanunsuz olaraq ondan 1688,74 manat məbləğində pul tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 03.11.2021-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus fərdi yaşayış evin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın faz ardıcılığı pozulmaqla sayğacın idarə olunması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 03.11.2021-ci il tarixli, 238140 saylı akt əsasında 597,34 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. 30.03.2022-ci il tarixdə əməkdaşları tərəfindən yuxarıda qeyd edilən mənzilin sayğacına baxış keçirilərkən sayğacın faz ardıcıllığı pozularaq sxemdən kənarlaşdırılması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifaidə qaydaları”nm (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 30.03.2022-ci il tarixli, 028372 saylı akt əsasında 932,48 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, 03.11.2021-ci 1 taixli akt əsasında 597,34 manat, 30.03.20221-ci il tarixli, akt əsssında 932,48 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Ümumilikdə aktlar əsasında 1529,98 manat hesablaşma aparılmışdır. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 03.11.2021-ci il tarixli, 238140 saylı aktdan görünür ki, Mais Məmmədova məxsus Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi “Xəzri” MK-nın ərazisində yerləşən evə aid sayğac yoxlaması zamanı faz ardıcılığı pozulmaqla sayğacın işləməsi məlum olunmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30.03.2022-ci il tarixli, 028372 saylı aktdan görünür ki, Mais Məmmədova məxsus Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi “Xəzri” MK-nın ərazisində yerləşən evə aid sayğac yoxlaması zamanı faz ardıcılığı pozularaq sxemdən kənarlaşdırılması məlum olunmuşdur. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı (abonent kodu **********03021) abunə hesabında aktlara görə 597,34 manat və 932,48 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxışşüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentindəşəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilmişdir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinəşərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı tərəfindən mübahisələndirilən 03.11.2021-ci il tarixli, 238140 saylı və 30.03.2022-ci il tarixli, 028372 saylı aktlardan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X1 Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri pozularaq akt tərtib olunarkən hal şahidinin iştirakı təmin olunmamışdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilə verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır ki, qeyd olunan “X1 Qaydaları”na görə də qeyd olunan halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının qeyd edilən aktlara əsasən hesablanmış borcu 597,34 manat və 932,48 manat məbləğindədir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissədə təmin edilməsi əsaslıdır. MPM-nin 119-cu maddəsinə əsasən 35,29 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi “Xəzri“ MK-nın ərazisində yerləşən evə 03.11.2021-ci il tarixli, 238140 saylı akta əsasən hesablanmış 597,34 (beş yüz doxsan yeddi manat otuz dörd qəpik) manat və 30.03.2022-ci il tarixli, 028372 saylı akta əsasən hesablanmış 932,48 (doqquz otuz iki manat qırx səkkiz qəpik) manat borc **********03021 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 35,29 (otuz beş manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar