Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3391/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 2 mkr., 33/75 saylı evin, 50 saylı mənzilinə əsassız olaraq hesablanılmış 135 manat məbləğində borcun və 64.67 manat sayğacın dəyəri olan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 2-ci mkr, ev 33/75, mənzil 50 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Kommunal ödənişləri və s. vergiləri həmişə vaxtlıvaxtında ödəmişdir. Heç vaxt hanşısa vergidən və s yayınmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, 30 noyabr 2020-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərək 25 noyabr 2020-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş sayğacların müayinəsi labarotoriyasının rəyinə görə sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində iki zavod qurğuşun plombdan birinin kəsildiyi aşkarlanmışdır. Buna görə də, ona 135 manat məbləğində borc yazmışlar. Qeyd edir ki, sayğac hər kəsin müdaxilə edə biləcəyi yerdə, çöldə yerləşir. Həmin sayğaca görə o, istehlakçı kimi məsuliyyət daşımır. Bu barədə akt tərtib edilərkən bu aktdan nə onun, nə də hansısa ailə üzvünün xəbəri olmamışdır. Bütün yuxarıda qeyd etdiyi səbəblərə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa mənzilinə yeni quraşdırılmış sayğacın dəyəri olan 64.67 manat pulun ödənilməsi də ondan tələb edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, onların əməkdaşları iddiaçının evində olan sayğaca baxış keçirmiş, mənzildən çıxarılmış G–2,5 markalı ******* nömrəli sayğac dövlət yoxlamasına göndərilmiş, verilən rəyə görə sayğacın hesablayıcı mexanizmininin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri yoxdur. İddiaçıya məxsus olan mənzilin qaz işlədicilərinin maksimal saatlıq qaz işlətmə qabiliyyətinə əsasən Sumqayıt QİS-nə dəyən ziyan hesablanmışdır. Hesablama zamanı QİS-nə 135 manat ziyan dəydiyi müəyyən edilmişdir. Qaz sayğacı abonentin təqsiri üzündən istifadəyə yararsız olduğundan müdaxilə edilmiş sayğacın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli, 30.11.2020-cu il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 33/75 saylı evin, 50 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə G–2,5 markalı, ******* nömrəli sayğac dövlət yoxlamasına göndərilmiş, verilən rəyə görə sayğacın hesablayıcı mexanizmininin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri yoxdur. İş materiallarında olan 30.11.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 2 mkr., 33/75 saylı evin, 50 saylı mənzilinə 1350 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 33/75 saylı evin, 50 saylı mənzilinə dair 135 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01/01MS-11-477 nömrəli, 29.04.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 33/75 saylı evin, 50 saylı mənzilinə müdaxilə edilmiş sayğacın dəyəri olan 64.67 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, aktda göstərilən hallar iş materialları ilə təsdiq olunmadığından və qeyd olunan akt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “X2”nın tələblərinin pozulması ilə tərtib olunduğundan, dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 135 manat məbləğində borc və tələb edilən 64.67 manat sayğacın dəyəri olan borc silinməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 2 mkr., 33/75 saylı evin, 50 saylı mənzilinə (abunə kodu: **********00500) dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 135 manat borc və 64.67 manat sayğacın dəyəri olan borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-3391/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3391/2021
17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver