Məhkəmə qərarları › İş №2(060)-3406/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3406/2023

04.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3406/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Regional «Asan xidmət» Mərkəzində Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum atası X2 miras qalan Sumqayıt şəhəri, Saray-Novxanı bağlar massivində yerləşən 3422B saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi iddiaçı tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X7 xx.xx.2014-cü ildə vəfat etmişdir. İddiaçı və miras qoyanın qanun üzrə birinci növbə vərəsələri ondan miras qalan əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etmiş və tərəflərindən miras əmlakın siyahısı təqdim olunmuşdur. İddiaçının atasına 1967-ci ildən Sumqayıt şəhər XDS İK-nin qərarına əsasən Sumqayıt şəhər Saray bağlar sahəsində sahəsi 0,10 ha olan 3422B saylı bağ sahəsi ayrılmış və 1992-ci ildə həmin sahədə bağ evi tikilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfat İstehsalat birliyinin Bağ təsərrüfatı sahəsi ilə X7 arasında 27 noyabr 2001-ci ildə 2209 nömrəli uzunmüddətli icarə müqaviləsi bağlanılmış və həmin bağ sahəsinin texniki pasportu verilmişdir. Həmin bağa dair uzunmüddətli icarə müqaviləsində onun ailə üzvləri kimi onların da adları qeyd olunmuşdur. İddiaçının atasının vəfatından sonra iddiaçı bu bağa baxmış, bağdan istifadə ilə bağlı kommunal xidmət xərclərini və torpaq vergilərini ödəmiş və bu gün də bu bağ sahəsi iddiaçının istifadəsindədir. Miras qoyanın digər qanun üzrə 1-ci növbə vərəsələri (anası, bacısı) ilə aralarında hər hansı bir mübahisə yoxdur və cavabdeh təşkilatda olarkən digər vərəsələr miras əmlakdan onlara çatası paydan iddiaçının xeyrinə imtina etmişlər. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, Sumqayıt şəhəri, Saray-Novxanı bağlar massivində yerləşən 3422B saylı bağı özəlləşdirmək istəyir. Anası və bacısı həmin bağ evi üzrə paylarından imtina ediblər. X9 isə vəfat edib. Mirasın onun tərəfindən qəbulu ilə bağlı vərəsələr arasında mübahisə mövcud deyildir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1974-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2 Məhəllə Komitəsinin xx.xx.2021-ci il tarixli, 35 saylı arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, Saray və Novxanı bağlar massivi, 422 b nömrəli bağ evində qeydiyyatsız yaşayır. Doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçının atası X7, anası isə X5r. Sumqayıt şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə X7 arasında bağlanmış xx.xx.2001-ci il tarixli 2209 saylı müqaviləyə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3422 B saylı bağ sahəsi Yaşar Qəhrəmanova uzunmüddətli icarəyə verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2014-cü ildə vəfat etmişdir. X6 tərəfindən Sumqayıt şəhər notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilmişdir ki, o, xx.xx.2014-cü ildə ölmüş atası X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. X8 tərəfindən Sumqayıt şəhər notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilmişdir ki, o, xx.xx.2014-cü ildə ölmüş atası X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2023-cü il tarixli, 923 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə sorğusuna əsasən X3 və X4 birgə nikahdan anadan olmuş övladları barədə məlumat göndərilmişdir. Məktuba əlavə edilmiş akt qeydlərindən görünür ki, həmin şəxslərin birgə nikahdan İddiaçı, Elçin Qəhrəmanov və Zəminə Qəhrəmanova adlı uşaqları vardır. İş materiallarına Sumqayıt şəhəri, Saray-Novxanı bağlar massivində yerləşən 3422B saylı bağın texniki pasportu əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). Göründüyü kimi Sumqayıt şəhəri, Saray-Novxanı bağlar massivində yerləşən 3422B saylı bağ X3 mülkiyyətində olmuşdur. X7 vəfat etdikdən sonra iddiaçı mənzil üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. X1 digər birinci dərəcəli vərəsələri ondan miras qalmış əmlakın iddiaçının adına keçirilməsinə etiraz etmirlər. Bu səbəbdən iddia təmin edilməli, Sumqayıt şəhəri, Saray-Novxanı bağlar massivində yerləşən 3422B saylı bağın miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Saray-Novxanı bağlar massivində yerləşən 3422B saylı bağın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar