Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-342/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı3, İddiaçı4, İddiaçı2, Cavabdeh3 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğluna, Cavabdeh6 Kəmaləddin qızına, Cavabdeh8, Cavabdeh7 və maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğluna, Cavabdeh6 Kəmaləddin qızına və maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, mən, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülmələri, cavabdehlər, ünvan 1indən məcburi köçkünlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlunun, Cavabdeh6 Kəmaləddin qızının 16075 Saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə İclasının 03 N°-li, 02 fevral 1998-ci il tarixli Protokoluna əsasən ona və ailə üzvlərinə ayrılmış Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzildən çıxarılması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzil Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişinə əsasən zabit və gizirlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 16075 Saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə İclasının 03 N°-li, 02 fevral 1998-ci il tarixli Protokoluna əsasən İddiaçı1 və 3 nəfərdən ibarət ailə üzvlərinə İddiaçı2, İddiaçı3 və İddiaçı4 ayrılmışdır. Onlara ayrılmış Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzildə 1993-cü ildən cavabdehlər, ünvan 1indən məcburi köçkünlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu, Cavabdeh6 Kəmaləddin qızı məskunlaşdığından Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həmin bina rəsmən bölünmədiyindən ona order verilməmiş, o və ailə üzvləri həmin mənzilə köçüb yaşaya bilməmişdirlər. Dəfələrlə yazılı və şifahi olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzilə order verilməsini və cavabdehlərin həmin mənzildən çıxarılmasını xahiş etdiklərinə baxmayaraq cavabdehlərin 1993-cü ildən həmin mənzildə məskunlaşmaları əsas göstərilərək mənzildən çıxarılmamışlar. Məcburi köçkünlərin, yəni cavabdehlərin müvəqqəti yaşayış sahəsinin yaxşılaşdırılması ilə bağlı mövcud şərait nəzərə alınmaqla, bu sahədə dövlət tərəfindən qəbul olunacaq yeni qərarların tələblərinə uyğun olaraq müraciətinə baxılacağı bildirilərək, mənzilində cavabdehlər yaşadığından ona mənzilə dair order verilməmiş, mənzilə köçə bilməmişdir. O, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 uzun müddət qaynata, qayın evində, uzun müddət müxtəlif ünvanlarda kirayədə yaşamışdırlar, ailə və maddi vəziyyətləri günü-gündən pisləşmiş, bu vəziyyət onların ailə münasibətlərinə təsirsiz ötüşməmiş, evsizlikdən ailəsi dağılmış və rəsmən boşanmışdırlar. Bir sözlə onlar uzun illərdir kirayələrdə və dözülməz şəraitdə yaşayırlar. Onların yeni mənzil və ya fərdi yaşayış evi alması maddi imkanları xaricindədir. Cavabdehlərin onlara ayrılmış Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzilə böyük ehtiyacları vardır. Hal-hazırda cavabdehlərin məcburi köçkün düşdüyü ərazilər mənfur erməni düşmənlərinin işğalından azad edilmişdir. Bundan başqa ona məlum olmuşdur ki, cavabdehlər yaşadıqları mənzili yaxın qohumlarının istifadəsinə verərək, onlara məxsus mənzildən çıxmırlar, orada yaşamırlar. Yuxarıda sadalananlara əsasən hesab edirlər, məhkəmə tərəfindən iddia tələbləri təmin edilməli, İddiaçı1, İddiaçı2, İddiaçı3, X11 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülmələri, cavabdehlər, ünvan 1indən məcburi köçkünlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlunun, Cavabdeh6 Kəmaləddin qızının 16075 Saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə İclasının 03 N°-li, 02 fevral 1998-ci il tarixli Protokoluna əsasən ona və ailə üzvlərinə ayrılmış Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmalı, pozulan hüquqları bərpa edilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğluna, Cavabdeh6 Kəmaləddin qızına, Cavabdeh8, Cavabdeh7 və maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdirlər ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu, Cavabdeh6 Kəmaləddin qızına qarşı mənzilə köçürülmə və mənzildən çıxarılma təiəbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi zəruridir. Belə ki, şəxsi araşdırmaları zamanı məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Cəmaləddin oğlu, Cavabdeh6 Kəmaləddin qızı xx.xx.2021-ci il tarixədək mənzildə yaşasalar da mənzili təhvil verməmiş, əksinə mənzili yaxm qohumları Cavabdeh7 istifadəsinə verərək, bir daha onların mənzil və yaşayış hüquqlarını pozmuşlar. Belə ki, Sumqayıt şəhər 20 saylı Mənzil Kommunal Sahəsinin 974 N-li, xx.xx.2022-ci il tarixli X19 Arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün kimi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu, X14, X12, Cavabdeh8 ibarət ailə tərkibində məskunlaşmışdır. (X19 Arayışın əsli iddia ərizəsinə əlavə edilmişdir). Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektorunun 334 N-li, xx.xx.2022-ci il tarixli S-28 N-li X10 görünür ki, Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh1 Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunda 4685 nömrəli karta, Cavabdeh2, həyat yoldaşı Cavabdeh3, oğlu Cavabdeh5 Kəmaləddin oğlu, qızı Cavabdeh6 Kəmaləddin qızı 4686 nömrəli karta əsasən 1993-cü ildə qeydiyyata alınmışlar və ilkin olaraq ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışlar. Yuxarıda göstərilən məcburi köçkünlərin ünvan 3 ünvanında hal-hazırda yaşayıb yaşamaması haqqında Sumqayıt şəhər sektorunda heç bir məlumat yoxdur. (X15 Məktubunun surəti iddia ərizəsinə əlavə edilmişdir). Azərbaycan Respublikası Qaçqınların və X8 Üzrə Döviət Komitəsinin 02/145 N-li, xx.xx.2023-cü il tarixli S-31 saylı X10 görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh1, Quliyeva X4 Sumqayıt şəhəri üzrə sektorluğunda 4685 nömrəli karta, Cavabdeh2, həyat yoldaşı Cavabdeh3, oğlu Cavabdeh5 Kəmaləddin oğlu, qızı Cavabdeh6 Kəmaləddin qızı 4686 nömrəli karta əssasən 1993-cü ildə qeydiyyata alınmış və ünvan 3 ünvanında məskunlaşmışlar. Cavabdeh6 Kəmaləddin qızı ailə qurduqdan sonra ünvan 5 ünvanında məskunlaşmışdır. Adları qeyd olunan vətəndaşlardan heç biri Komitə tərəfindən mənzillə təmin edilməmişdir. (X15 Məktubunun surəti iddia ərizəsinə əlavə edilmişdir). Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti «Sumqayıt Sukanal» İdarəsinin 10,07.2023-cü il tarixli, 13-16-7/2-713/23 N-li X10 görünür ki, 47 məhəllə, ev 12, mənzil 56 (kod **********560) ünvanı xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci ii tarixədək Cavabdeh2 adına qeydiyyata alınmış və xx.xx.2010-cu il tarixində 732041 saylı mexaniki su sayğacı quraşdırılmışdır. xx.xx.2019-cu il tarixində 19016478 saylı mexaniki su sayğacı ilə dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə ünvan Cavabdeh7 adına qeydiyyata alınmışdır. Azəriqaz İB Sumqayıt QİS-nin 14-2-2-6/2- 452/2023 Ns-ii, xx.xx.2023-cü il tarixli S-22 saylı X10 görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı evin 56 saylı mənzilin (abonent kodu:**********00560) kommunal xərci təbii qaz istehlakçısı kimi bazada olan məlumata əsasən ailə tərkibi 4 nəfər olmaqla Cavabdeh7 adınadır və təbii qazın dəyərinin ödənilməsi həmin abonent tərəfindən aparılır. Məktubda göstərilən məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, yuxarıda göstərilən ünvanda xx.xx.2021-ci ilə qədər Sumqayıt Qaz İstismar Sahəsinin bazasında qeydiyyatda olublar. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də hesab edirlər ki, məhkəmə tərəfindən iddia tələbləri təmin edilməli, İddiaçı1, İddiaçı2, İddiaçı3, X13 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülmələri, cavabdehlər, ünvan 1indən məcburi köçkünlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlunun, Cavabdeh6 Kəmaləddin qızının, Cavabdeh8, azyaşlılar, 2013-cü il təvəllüdlü X7, X5, Cavabdeh7 və ailə üzvlərinin 16075 Saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə İclasının 03 N-li, 02 fevral 1998-ci il tanxli Protokoluna əsasən onlara ayrılmış Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmalı, pozulan hüquqları bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçılar iddia ərizəsinin təmin edilməsini, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülmələri, cavabdehlər, ünvan 1indən məcburi köçkünlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Züifüqar qızının, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlunun, Cavabdeh6 Kəmaləddin qızının, Cavabdeh8, azyaşlılar, 2013-cü il təvəllüdlü X7, X5, Cavabdeh7 və ailə üzvlərinin 16075 Saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə İclasınının 03 N-li, 02 fevral 1998-ci il tarixli Protokoluna əsasən onlara ayrılmış Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və İddiaçı3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzil atasına iş yerindən verilib, lakin mənzilin orderi təqdim edilməyib. Həmin mənzildə məcburi köçkünlər məskunlaşıb. Prezidentin fərmanı ilə məcburi köçkünlər toxunulmaz olduğu üçün onlar cavabdehlərin oradan çıxarılmaları üçün heç nə edə bilmirdilər. Məhkəmənin nəzərinə çatdırır ki, onların 30 ildir ki, məcburi köçkün kimi yaşayırlar, belə ki, yaşayış üçün evləri yoxdur. Təzəlikcə öyrəniblər ki, hal hazırda məcburi köçkünlər orada yaşamır, mənzili başqa adama satıblar. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, mənzil dövlət tərəfindən onlara ayrılıb. Bu səbəbdən də hesab edir ki, cavabdehlər mənzildən çıxarılmalı və mənzil onlara qaytarılmalıdır. İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, onların hazırda yaşamaq üçün evləri yoxdur, çətin şəraitdə yaşayırlar. O, ailə quranda 18-19 yaşı var idi. Bu məsələ ilə bağlı hər dəfə mübahisəli evə gedəndə cavabdehlər onlara çox aqressiv cavab verirdilər. Ha-hazırda Qubadlı rayonu işğaldan azad olunmuş və dövlət tərəfindən məcburi köçkünlər üçün ev ayrılır. Belə olan halda hesab edir ki, cavabdehlər mütləq onlara aid olan evdən çıxmalıdırlar. Onların özlərinin evi olmadığı halda cavabdehlərə yaşamaq üçün şərait yaratmışdırlar. İllərdir o həmin evin onlara qaytarılacağını gözləyir. İddiaçı iddia tələbinin təmin olunmasını və iş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, o və ailə üzvləri 1993-cü ildən Qubadlı qaçqını kimi mübahisəli evdə məskunlaşmışdırlar. Həmin ev əvvəl çox şəraitsiz vəziyyətdə idi, belə ki, evin hamamtualeti, qapı-pəncərəsi yox idi. Daha sonra müəyyən müddət ərzində evdə yüngül təmir işləri aparılmış, evə su və kanalizasiya xətti çəkdirilmiş və nəticədə ev nisbətən yaşayış üçün normal vəziyyətdə olmuşdur. Qeyd edir ki, o, iddiaçıları tanımır. Evin sahibi kimi Cavabdeh7 tanıyır, lakin onu da heç vaxt görməmişdir. Cavabdeh7 hər dəfə telefonla onların evdən çıxmalı olduğunu bildirəndə, onlara möhlət verilməsini xahiş edirdilər. O, Cavabdeh7 torpaq aldıqları və orada ev tikənə kimi onlara vaxt verilməsini istəmişdi. Nəhayət 2022-ci ildə onlar həmin evi tərk etmişdirlər. Qeyd edir ki, hazırda mübahisəli evdə o və onun ailə üzvlərindən heç kim yaşamır, evdə Cavabdeh7 və ailəsi qalır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu, Cavabdeh6 Kəmaləddin qızı, Cavabdeh8, Cavabdeh7 və maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu, Cavabdeh6 Kəmaləddin qızı, Cavabdeh8, Cavabdeh7 və maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası DİN-n BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu, Məhərrəmova X2 rayonu, Mərdanlı kəndində qeydiyyatdadırlar. İşdə olan AZ-İV 577398 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İşdə olan AZ-İİ 724715 saylı doğum haqıqnda şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İşdə olan AZ-İ 157057 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında 77 nömrə ilə qeyd edilmişdir. İşdə olan 16075 Saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə İclasının xx.xx.1998-ci il tarixli, 03 nömrəli protokolundan görünür ki, Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzil İddiaçı1 və onun ailə üzvlərinə ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin 723 nömrəli, xx.xx.2013-cü il tarixli ətraflı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu, X1 1993-cü ildən ünvan 8 ünvanında məskunlaşmışdırlar. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının K-37 nömrəli, xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, AR Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 N-li qərarına əsasən, məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Əlavələrin 1,4-cü bəndində Bakı və Sumqayıt şəhərlərində başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələrinin köçürürülməsi nəzərdə tutulmuşdur. «Dövlət Proqramı»na edilmiş Əlavələr İcra olunarkən ərizədə qaldırılan məsələyə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 01/8191 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərinclə başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və hazırda bununla bağlı işlər davam etdirilir. Odur ki, bu məqsədlə evlər tikildikdən sonra sizin mənzildə müvəqqəti məskunlaşmış məcburi köçkünün mənziiiə təmin oiunmasına qanunvericilikdə nəzərdə tutulmuş qaydaaa baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 01/23223 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “27 sentyabr 2020-ci il tarixdən başlayaraq ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın uzun illər ərzində işğal altında olan bir çox əraziləri azad olunaraq, geri qaytarılmışdır. Hazırda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında atılan hər bir addım torpaqlarımızın düşmən tapdağından tamamilə təmizlənərək məcburi köçkün düşmüş bütün vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdacaqlarını, həmin ərazilərdə dağılmış evlərin bərpa ediləcəyini, bütün sosial-texniki və mədəni infrastrukturun qurulacağını, bölgədə normal həyatın bərqərar olunacağını əminliklə söyləməyə əsas verir. Qeyd olunanlara əsaslanaraq məcburi köçkünlərin müvəqqəti yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı mövcud şərait nəzərə alınmaqla, bu sahədə dövlət tərəfindən qəbul olunacaq yeni qərarların tələblərinə uyğun olaraq müraciətinizə baxılacaqdır”. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı4 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 nömrəli Hərbi Hissədə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil Kommunal Sahəsinin 1139 nömrəli, xx.xx.2021-ci il tarixli və 1140 nömrəli, xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, İddiaçı3 və İddiaçı2 Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 42-də qeydiyyatda olmaqla yaşayırlar. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin S-74 nömrəli, xx.xx.2022-ci il tarixli ailə tərkibi haqıqnda arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu, X14, Cavabdeh8, X12 1993-cü ildən ünvan 8 ünvanında məskunlaşmışdırlar. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektorunun 334 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün olan X17 qızı Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunda 4685 nömrəli karta, Cavabdeh2, həyat yoldaşı Cavabdeh3, oğlu Cavabdeh5 Kəm aləddin oğlu, qızı Cavabdeh6 Kəmaləddin qızı 4686 nömrəli karta əsasən 1993-cü ildə qeydiyyata alınmışlar və ilkin olaraq ünvan 10 ünvanında müvəqqəti məskunlaşmışlar. Yuxarıda göstərilən məcburi köçkünlərin ünvan 3 ünvanında hal-hazırda yaşayıb yaşamaması haqqında Sumqayıt şəhər sektorunda heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 02/145 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh1, Quliyeva X4 Sumqayıt şəhəri üzrə sektorluğunda 4685 nömrəli karta, Cavabdeh2, həyat yoldaşı Cavabdeh3, oğlu Cavabdeh5 Kəmaləddin oğlu, qızı Cavabdeh6 Kəmaləddin qızı 4686 nömrəli karta əsasən 1993-cü ildə qeydiyyata alınmış və ünvan 3 ünvanında məskunlaşmışlar. Cavabdeh6 Kəmaləddin qızı ailə qurduqdan sonra ünvan 5 ünvanında məskunlaşmışdır. Adları qeyd olunan vətəndaşlardan heç biri Komitə tərəfindən mənzillə təmin edilməyib. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, yaşayış sahəsi 31.35 kv. m olan 2 otaqlı ünvan 3 16075 saylı Hərbi Hissənin xx.xx.1998-ci il tarixli 03 saylı protokolu əsasında İddiaçı1 4 nəfərdən ibarət ailə tərkibinə verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Sumqayıt şəhəri 47-ci məhəllə, 12 saylı evin 56 saylı mənzili 16075 Saylı Hərbi Hissə Komandanlığı və Mənzil İstismarı Komissiyasının Birgə İclasının xx.xx.1998-ci il tarixli, 03 nömrəli protokol qərarına əsasən İddiaçı1 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçıların mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçıların həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X16rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də 5 mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların istifadəsinə verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 56 saylı mənzil Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh2 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Cavabdehlərdən yalnız Cavabdeh7 məcburi köçkün statusu yoxdur. Lakin həm onun, həm də digər cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün hər hansı hüquqi əsasa malik olmaları iş materialları ilə müəyyən edilmir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş əmlak məlumatlarında Cavabdeh7 adına hər hansı daşınmaz əmlak, o cümlədən mübahisəli mənzil aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində 4 təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri 47-ci məhəllə, 12 saylı evin 56 saylı mənzilinə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları həmin mənzilə gözlənilən mülkiyyət hüququ mövcud olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə Qubadlı rayonundan məcburi köçkün olan X3 Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, Cavabdeh3 artıq sözügedən ünvanda yaşamadıqlarını bildirsə də, məhkəməyə təqdim edilən sənədlərdə onun və digər ailə üzvlərinin məcburi köçkün kimi sözügedən ünvanda məskunlaşdığı qeyd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi onlara münasibətdə də təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Züifüqar qızı, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu və onun azyaşlı uşaqları 2013-cü il təvəllüdlü X14 və 2015-ci il təvəllüdlü X12, Cavabdeh6 Kəmaləddin qızı, Cavabdeh8 və Cavabdeh7 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, 56 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində Cavabdeh7 ailə üzvlərinin də mənzildən çıxarılması xahiş edilsə də, onların konkret olaraq kimlərdən ibarət olması dəqiq qeyd edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan iddia tələbi mübahisəli mənzilə köçürülmə hissəsində də təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, mənzil 56 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Züifüqar qızı, Cavabdeh4, Cavabdeh5 Kəmaləddin oğlu və onun azyaşlı uşaqları 2013-cü il təvəllüdlü X14 və 2015-ci il təvəllüdlü X12, Cavabdeh6 Kəmaləddin qızı, Cavabdeh8 və Cavabdeh7 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, 56 saylı mənzildən çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Sumqayıt şəhəri, məhəllə 47, ev 12, 56 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-342/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-342/2024
19.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver