Məhkəmə qərarları › İş №2(060)-3447/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3447/2023

20.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3447/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı-26 avqust 1997-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qızı, X5 26 avqust 1997-ci il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki olaraq yaşayır. İİ dərəcəli əlilliyi vardır. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi, nitq üsuru və qıcolma tutmaları, doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi, nitq qüsuru və qıcolma tutmaları, nitq qüsuru, xroniki dəmir defısitli anemiya diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. Daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsində mane olur. Ərizəçi məhkəmədə ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi A.V.Eyvazova ekspert rəyini nəzərə alaraq L.H.Salmanovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan XX-JQ №418069 saylı, xx.xx.1997-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial ekspertiza və Reablitasiya Xidməti 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, X5 2-ci dərəcəli əlil olmaqla fəaliyyət qabiliyyətsizdir. İş materiallarında olan müayinəyə dair məlumatdan görünür ki, X8 “Serebral iflic, Uşaq serebral iflicinin davamlı qalıq əlamətləri. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Psixomotor inkişafdan geri qalma, qicolma sindromu. Digər paralitik sindromlar, Ətrafların tetraparezi. Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, Nitq qüsuru-alaliya. Kişi cinsiyyət orqanlarının digər inkişaf qüsurları, iki tərəfli kriptorxizm, qasıq forma. Digər dəmir defisitli anemiyalar, Xroniki dəmir defiasitli anemiya” diaqnozu qoyulmuş, o müddətsiz birinci dərəcəli əlildir. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12 iyul 2023-cü il tarixli, 1892 saylı rəyindən müəyyən edilir ki, X3 “Orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12 iyul 2023-cü il tarixli, 1892 saylı rəyini nəzərə alaraq, məhkəmə 26 avqust 1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 26 avqust 1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar