Məhkəmə qərarları › İş №2(060)-3460/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3460/2024

13.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3460/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi Əliağa qızının iştirakı ilə, Ərizəçi Əliağa qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Əliağa qızı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü X4 anadangəlmə ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu-nitq qüsuru ilə müddətsiz 1-ci dərəcəli əlildir. O bu diaqnozla Sumqayıt şəhər RƏXD-də qeydiyyatdadır. Qızı özünü müstəqil idarə edə bilmir,kənar şəxslərin köməyinə ehtiyacı vardır,öz hərəkətlərinə görə cavabdehlik daşımaq və onun məsuliyyətini dərk etmək iqtidarında deyildir.Onun qəyyuma ehtiyacı vardır. iddiaçı bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və iddiaçıya bildirilmişdir ki, o məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edildikdən sonra ona qəyyum təyin oluna bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi Əliağa qızı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Doğum haqqında şəhadətnamənin ürətindən görünür ki,X4 xx.xx.2006-cı ildə anadan olmuş, atası X5, anası Ərizəçidır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxəanası xx.xx.2024-cü il tarixli 71-428 saylı Həkim-psixsiatr rəyindən görünür ki, X2 “ağır dərəcəli əqli gerilik, daimi ciddi qulluq və müalicə tələb edən pozuntular və nitq qüsuru ilə” diqanozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 2993 saylı rəydən görünür ki, X2 ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) müəyyən edilir. X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs , xx.xx.2006-cı il təvəllüdlü X4 anadangəlmə ağır dərəcəli əqli gerilik,qulluq və müalicə tələb edənciddi davranış pozuntusu-nitq qüsuru ilə müddətsiz 1-ci dərəcəli əlildir. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxəanası xx.xx.2024-cü il tarixli 71-428 saylı Həkim-psixsiatr rəyindən görünür ki, X2 “ağır dərəcəli əqli gerilik, daimi ciddi qulluq və müalicə tələb edən pozuntular və nitq qüsuru ilə” diqanozu qoyulmuşdur. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar