Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3479/2022 08.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması tələbinə dair mülki işə 08 avqust 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhəri “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı Lütfi-X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi, müddətin bərpa edilməsi və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 həyat yoldaşı Lütfi-X2 adınadır. X3 oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Ondan, ünvan 1 ünvanda yerləşən əmlak miras qalmışdır. Həyat yoldaşının vəfatından sonra onlar həmin mənzili ailəlikcə istifadə edirlər, hal-hazırda da onların daimi istifadəsindədir. O və övladları həyat yoldaşından qalan miras əmlakı dövlət qeydiyyatına alınması üçün vərəsəlik işinin açılması məqsədilə Sumqayıt şəhər Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdirlər. Notariat Ofisi onlara bildirmişdir ki, vaxt müddəti ötmüşdür və bunun bərpası üçün məhkəməyə müraciət edilməlidir. Buna dair xx.xx.2022-ci il tarixli imtina məktubu notarius tərəfindən təqdim edilmişdir. Notariat ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Onlar məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Onlar ailə olaraq bilməmişdirlər ki, həyat yoldaşı vəfat etdikdən sonra vərəsəlik üçün müraciət edilməlidir. Məlumatsız olduqlarından bu qədər vaxt keçmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı hüquqlarını bilmədiyi üçün vaxtında notariat orqanına müraciət etməmişdir. Halbuki miras əmlak iddiaçı tərəfindən faktiki olraq qəbul edilmişdir. Hazırda iddiaçı orada yaşayır və həmin miras əmlakdan istifadə edir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 1101 saylı məktubda Lütfi-X2 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq qanunla müəyyənləşdirilmiş müddəti keçdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 oğlu xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2270 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 oğlu ilə İddiaçı 16 fevral 2021-ci il tarixdə nikaha girərək ailə qurmuşlar və bu nikah 25 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Bayramova soyadı verilmişdir. İşdə olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, məhəllə 1, ev 1A, 28 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Lütfi-X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 oğlu xx.xx.2021-ci il tarixində vəfat etmiş, ondan Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, məhəllə 1, ev 1A, 28 saylı mənzil miras qalmışdır. İddiaçı Lütfi-X2 birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı Lütfi-X2 birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Lütfi-X1 miras qalmış Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, məhəllə 1, ev 1A, 28 saylı mənzilin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Lütfi-X1 miras qalmış Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, məhəllə 1, ev 1A, 28 saylı mənzilin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3479/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3479/2022
08.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver