Məhkəmə qərarları › İş №2(060)-348/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-348/2021

11.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-348/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə, Cavabdeh “İddiaçı” İB-nə qarşı hesablanmış borcun silinməsi qarşılıqlı iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “İddiaçı” İB məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən 1188 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1218 manat pulun tutularaq “İddiaçı” İB-nə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, cavabdeh “İddiaçı” İB tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, ev 1, mənzil 35 ünvanında yerləşən mənzilə əsassız olaraq hesablanmış 1188 manat cərimənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə əsasında cavabdeh təbii qazla təchiz edilmiş və **********00350 nömrəli abonent kodu verilmişdir. Yoxlanış zamanı cavabdeh tərəfindən sayğacdan kənar qoşulma aşkar edilmiş və təbii qaz talanmışdır. Bu hal xx.xx.2018-ci il tarixli ******* saylı aktla aktlaşdırılmışdır. Həmin akta əsasən cavabdehə 1188 manat iddiaçıya vurulmuş zərər hesablanmışdır. Odur ki, iddia tələbinin təmin olunması xahiş olunur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə əsasında cavabdeh təbii qazla təchiz edilmiş və **********00350 nömrəli abonent kodu verilmişdir.Onun yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, ev 1, mənzil 35 ünvanına 1188 manat cərimə hesablanmışdır. Sayğacdan kənar qoşulma etmişdir, lakin cərimə məbləği ilə razı deyildir. Buna görə də qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək,ilkin tələbin təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, ilkin iddianın rədd edilməsini və məhkəmədən qeyd olunanları nəzərə alaraq məhkəmə iclasını onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “İddiaçı” İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1218 saylı müqavilədən görünür ki, Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, 1 saylı evin, 35 saylı mənzilinə “G-4” markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, bu mənzildə PQ-4 və ASQ tipli məişət qaz qurğuları quraşdırılmışdır. - İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, 1 saylı evin, 35 saylı mənzilində sayğacdan kənar qaz xətti aşkar olunmuşdur. - “İddiaçı” İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2018-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 11880 m3 müəyyən olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00350 olan Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, 1 saylı evin, 35 saylı mənzilinə akta görə 1188 manat borc hesablanmışdır. -Cavabdeh Yunus oğlunun ərizəsindən görünür ki, qaz sayğacına qanunsuz qoşulmaya yol vermiş, lakin cərimə məbləği ilə razı deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə əsasında cavabdeh təbii qazla təchiz edilmiş və **********00350 nömrəli abonent kodu verilmişdir. Yoxlanış zamanı cavabdeh tərəfindən sayğacdan kənar qoşulma aşkar edilmiş və təbii qaz talanmışdır. Bu hal xx.xx.2018-ci il tarixli ******* saylı aktla aktlaşdırılmışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin cərimə məbləği ilə razı deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Tərəflər arasında imzalanmış “qaz paylayıcısı ilə məişət qz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qa paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən sayğacdan kənar qoşulma həyata keçirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx xxxx 2011-ci il tarixli 11 saylı qərarı Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı X5 oğlu üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. İddiadan və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün 180 gün hesabat müddəti qəbul edilmiş və cavabdehdən həmin dövr ərzində vurulmuş ziyan tələb edilmişdir. Eyni zamanda abonentin saldosundan görünür ki, cavabdeh tərəfindəən təbii qazın istifadəsinə görə ən çox ödəniş 2019-cu ilin yanvar ayın edilmiş və bu tarix qaz xəttinə özbaşına qoşulma aşkar olunduqdan sonrakı dövrə təsadüf edir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpası ən çıx ödənişin 180 günə (6 aya) müvafiq hesablanması məqsədəmüvafiqdir. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan qaydada hesablanmaqla cavabdehin iddiaçıya vurduğu ziyan 180 manat (30 manat x 6ay (180 gün)) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki,ilkin iddia qismən təmin edildiyindən dövlət rüsumuda qismən təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə cavabdehdən 4,5 manat tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki,ilkin və qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh 180 manat və ödənilmiş dövlət rüsumundan 3,5 manat tutularaq “İddiaçı” İB-ə ödənilməli, “İddiaçı” İB tərəfindən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, ev 1, mənzil 35 ünvanına hesablanmış 1008 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh 180 manat və ödənilmiş dövlət rüsumundan 3,5 manat tutularaq “İddiaçı” İB-ə ödənilsin. “İddiaçı” İB tərəfindən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, ev 1, mənzil 35 ünvanına hesablanmış 1008 manat (abonent kodu:**********00350) borc silinsin. İlkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar