Məhkəmə qərarları › İş №2(060)-35/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-35/2025

26.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-35/2025 26.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4, X9 (qanuni nümayəndəsi Cavabdeh5) və X13 (qanuni nümayəndəsi Cavabdeh5) qarşı "paylar müəyyən edilmiş əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun paylara uyğun şəkildə bölünməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "paylar müəyyən edilmiş əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun paylara uyğun şəkildə bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ataları X14 xx.xx.2021-ci ildə dünyasını dəyişmiş və ondan miras qalan əmlak Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/25v-də yerləşən 29 saylı mənzildəki 1/5 payı olmuşdur ki, bu paya da tərəflərin hər birinin 5/30-də payları tanınmış və bu barədə DƏDRX 2 saylı ərazi idarəsi tərəfindən hər birinin adına çıxarış da verilmişdir. Bu əmlakın 8 payçısı olmuş, onlardan biri X5 dünyasını dəyişmişdir. Tərəflər öz payının naturada bölünərək ayrılmasını istəyir, hətta cavabdehlərə ərizə ilə müraciət edərək paylarına düşən hissəyə uyğun kompensasiya verilməsini xahiş etmiş, lakin iddiaçıların müraciətinə də cavab verilməmişdir. İddiaçılar da bir mülkiyyətçi kimi bu əmlak üzərində hüquqları vardır, lakin tərəflər bu hüquqdan yararlana bilmirlər, buna görə də bu problemə son qoyulması üçün, həmin əmlakın aralarında naturada bölünməsini məqsədəuyğun bilirlər. Bu mümkün olmadıqda isə evin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında paylara uyğun bölünməsi məqsədəuyğundur. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/25v-də yerləşən 29 saylı mənzilin naturada bölünərək tərəflərin hər birinə düşən 1/5 payın naturada ayrılması, bu mümkün olmadıqda evin açıq hərracdan satılması, satış pulunun paylara uyğun şəkildə aralarında bölgüsü barədə barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı1 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, X18 və X10 qanuni nümayəndəsi Cavabdeh5 əlavə cavabdehlər qismində işə cəlb edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X19 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və bildirir ki, Cavabdeh3 Qarabağ müharibəsi əlilidir və pensiya ilə ailəsini saxlayır. İddiaçılar Cavabdeh3 ata evinə dair pay istəyirlər. Cavabdeh3 pensiya alır. Tutulacaq pul məbləğini ödəyə bilməyəcəkdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 7.Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ № 014968 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə Cavabdeh5 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir.

12. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 15 sentyabr 1996-cı il tarixində verilmiş XX-JQ № 253003 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxxxx 1996-cı il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X15, anası X16r.

13. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 02 aprel 2022-ci il tarixində verilmiş АZ-T № 198055 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1998-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X15, anası X16r.

14. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 268085 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə bronxoektaziya xəstəliyindən vəfat etmişdir.

15. İş materiallarında olan Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X21 tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X3 vərəsələri: İddiaçı2, İddiaçı1 və onların hər biri miras əmlakdan 1/5 irs almaldır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında Sumqayıt Ərazi İdarəsi tərəfindən paylı mülkiyyə üzrə xx.xx.2022-ci il tarixdə X6 verilmiş **********66-05101-093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv/m olan mənzildən miras qoyana məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlak dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********VU32001 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhdətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Miras əmlakda 3/5 hissədə açıq pay saxlanılır.

16. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş- X1 vərəsəsi X7r, lakin onun xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələri: qızı İddiaçı1, oğlu İddiaçı2dur və onların hər biri miras əmlakdan 1/5 irs almaldır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X2 verilmiş **********66-05101-093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv/m olan mənzilə dair vərəsəliyi qəbul etmiş, lakin həmin mənzilə öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X6 düşən 5/30 hissənin 1/5 hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********PK73902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qeyd: Miras əmlakın qarşı Cavabdeh1 düşən 5/30 hissənin 1/5 hissəsi, bacısı Cavabdeh4 düşən 5/30 hissənin 1/5 hissəsi, qardaşı Cavabdeh3 düşən 5/30 hissənin 1/5 hissəsi, bacısı Cavabdeh2 düşən 5/30 hissənin 1/5 hissəsi, qardaşı arvadı Cavabdeh5 düşən 5/30 hissənin 1/5 hissəsinin 1/5 hissəsi, qardaşı qızı X12 düşən 5/30 hissənin 1/5 hissəsinin 1/5 hissəsi, qardaşı qızı X17 düşən 5/30 hissənin 1/5 hissəsinin 1/5 hissəsi açıq saxlanılır.

17. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25, 29 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına xx.xx.2024-cü il tarixdə ********** saylı nömrə ilə 30/750 hissədə payı, Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə ********** saylı nömrə ilə 125/750 hissədə payı, Cavabdeh4 adına 125/750 hissədə payı, Cavabdeh3 adına 125/750 hissədə payı, Cavabdeh2 adına 125/750 hissədə payı, Cavabdeh5 adına xx.xx.2024-cü il tarixdə ********** saylı nömrə ilə 25/750 hissədə payı, X8 adına 25/750 hissədə payı, İddiaçı2 adına 30/750 hissədə payı və 115/750 hissədə açıq payı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

18. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2821 saylı ekspert rəyinə əsasən, tədqiqat Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 29V/25 saylı evin 29 saylı mənzili üzrə aparılır. Tədqiq olunan mənzilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və müvafiq ölçü işləri aparılmışdır. Tədqiqat baxış zamanı əldə olunmuş məlumatlara və mülki iş materiallarında olan məlumatlara əsasən aparılmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın məlumatlardan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən, 29V/25 saylı evin 29 saylı mənzilinin ümumi sahəsi 72,80 m2 olmaqla, 5/30 hissəsi Cavabdeh1, 5/30 hissəsi Cavabdeh4, 5/30 hissəsi Cavabdeh3, 5/30 hissəsi Cavabdeh2, xx.xx.2022-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə isə sözügedən mənzilin 1/30 hissəsi İddiaçı2, 1/30 İddiaçı1 mülkiyyətinə verilmişdir. Həmçinin həmin Çıxarışa dair tərtib edilmiş Texniki pasport sənədinin məlumatlarından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən, 29V/25 saylı evin 29 saylı mənzili 1970-ci ildə inşa edilmiş 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşməklə, 1 (bir) dəhliz, 3 (üç) yaşayış otağı, 1 (bir) mətbəx, 2 (iki) balkon, 1 (bir) sanitar qovşağı və 1 (bir) hamam tikililərindən ibrarət olmaqla ümumi sahəsinin 72,4 m2, yaşayış sahəsinin 47,3 m2, daxili hündürlüyü isə 2,75 m təşkil edir. Ekspert tərəfindən qeyd olunur ki, “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərində və metodik tövsiyyədə göstərilir: 1.1. bəndi - Yäşayış otaqlarının hündürlüyü, döşəmədən tavana qədər məsafə 2,5 metrdən, yardımçı otaqların hündürlüyü 2,1 metrdən az olmamalıdır. 2.2. bəndi - Mənzillərdə aşağıdakı otaqlar nəzərdə tutulur: Yaşayış - Yataq və ümumi otaqlar. Yardımçı - mətbəx, hamam, tualet, dəhliz, şüşəbənd, təsərrüfat anbarı və s.. 2.4. bəndi - Yaşayış otaqlarının sahəsi 8,0 kv.metrdən az olmamalıdır. 1.2.9. bəndi - Yaşayış otaqlarının eni 2,2 metrdən az olmamalıdır. Mənzil - küçəyə, həyətə, dəhlizə, pilləkən meydançasına çıxış yolu olan, digər tikililərdən sırf arakəsmə və ya boşluğu olmayan divarla təcrid olunmuş tikililərdir. Tədqiq olunan mənzilin planlı yerləşməsini, o cümlədən həmin mənzilin yalnız 1 giriş-çıxış qapısının olduğunu, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığını nəzərə alaraq, tədqiq olunan mənzilin paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən 29 saylı mənzilin tərəflərin paylarına münasib real bölgüsü “İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, mənzillərin (yaşayış evlərinin) tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililəri, eləcə də həmin tikililərə və torpaq sahəsinə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Həmçinin mənzillərin (yaşayış evlərinin) tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililəri, eləcə də həmin tikililərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Tədqiq olunan mənzilin planlı yerləşməsini, o cümlədən həmin mənzilin yalnız 1 giriş-çıxış qapısının olduğunu, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığını nəzərə alaraq, tədqiq olunan mənzilin paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən 29 saylı mənzilin tərəflərin paylarına münasib bölgüsü “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

19. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9891 saylı ekspert rəyinə əsasən, tədqiq oluanan fərdi yaşayış evinin təmirlilik səviyyəsinə və yerləşmə ərazisinə uyğun olaraq Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də ya həmin ərazidə yerləşən analoji mənzillərə dair məlumat olmadığından, həmin mənzil üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

20. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AE 07- 125/25 saylı ekspert rəyinə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25də yerləşən 29 saylı mənzilin ədadlətli bazar dəyəri 21 iyul 2025-ci il tarixinə 101300 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 225 manat təşkil edir.

21. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ACOC058/25 saylı ekspert rəyinə əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən 29 saylı mənzilin təmirli mənzilin bazar dəyəri 127100 manat, zəif təmirli mənzilin bazar dəyəri 120800 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən 29 saylı mənzilə dair tərəflərin payları müəyyən olunmuşdur. Hazırda iddiaçılar mənzilin real bölgüsünün aparılmasını, mümkün olmadığı halda açıq hərracdan satılmasını tələb edirlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.

26. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

28. Bundan əlavə, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.

29. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

30. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

31. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

32. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli Qərardadı:

34. Həmin Qərardadın 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

35. Həmin Qərardadın 18-ci bəndə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi).

36. Həmin Qərardadın 19-cu bəndinə əsasən qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

37. Həmin Qərardadın 25-ci bəndinə əsasən məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir.

38. Həmin Qərardadın 28-ci bəndinə əsasən bununla belə nəzərə alınmalıdır ki, qanunvericilikdə bu kateqoriya işlər üzə məcburi şəkildə mərhələli həll qaydası müəyyən edilmişdir.

39. Həmin Qərardadın 29-cu bəndinə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

40. Həmin Qərardadın 39-cu bəndinə əsasən Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.

41. Həmin Qərardadın 40-cı bəndinə əsasən bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər.

42. Həmin Qərardadın 42-ci bəndinə əsasən birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.

43. Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan əmlakın naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mənzilin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.

44. Göründüyü kimi hazırki iddia tələbi ilə paylı mülkiyyətdə olan mənzildə payın bölünməsi deyil, ayrılması tələb edildiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü, kompensasiya və əşyanın məhkəmə qərarı ilə hərracdan satılması həyata keçirilə bilər.

45. Məhkəmə qeyd edir ki, iddiaçılar həmçinin haqlı olaraq, naturada bölgünün mümkün olmadığı təqdirdə, həmin mənzilin açıq hərracda satılmasını və əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsini tələb etmişdir.

46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli Qərardadının 47-ci bəndinə əsasən naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.

47. Həmin Qərardadın 49-cu bəndinə əsasən kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir.

48. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında kompensasiya ilə bağlı razılıq əldə olunmamışdır.

49. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir.

50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli Qərardadının 57-ci bəndinə əsasən məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir.

51. Həmin Qərardadın 58-ci bəndinə əsasən təcrübədə fikir ayrılığı yaradan məsələlərdən biri də mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmaması ilə bağlıdır.

52. Eyni Qərardadın 59-cu bəndinə əsasən bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.

53. Eyni Qərardadın 60-cı bəndinə əsasən odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

54. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki mübahisənin hüquqi həllinin yeganə vasitəsi mübahisələndirilən əmlakın açıq hərracda satılaraq müvafiq satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsidir.

55. Belə ki, Mülki Məcəllənin 220.2-220.3-cü maddələri ilə nəzərdə tutulmuş 1 və 2-ci qaydaların tətbiqi, yəni əşyaların naturada bölünməsi və tərəfə məxsus payın dəyərinin ödənilməsi mümkün deyildir. Məhkəmə göstərilən qanunvericilik normalarından çıxış edərək hesab edir ki, iddia əmlakın açıq hərracdan satılması hissəsində təmin edilməli, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən 29 saylı mənzil açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin paylarına mütənasib surətdə bölünməlidir.

56. Mövcud vəziyyətdə mənzilin açıq hərracdan satılması paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və paylı mülkiyyət halının başa çatmasının Mülki Məcəllənin 220ci maddəsində təsbit olunmuş mərhələli mexanizminə uyğundur və mülkiyyətçilərdən hər hansı birinin mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması hesab edilə bilməz.

57. Keçirilmiş qiymətləndirmə nəticəsində mənzilinin bazar dəyərinin 101.300 manat olduğu müəyyən edilmişdir.

58. Beləliklə məhkəmə qeyd edilən qanunvericilik tələblərini əsas götürərək hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 29V/25-də yerləşən 29 saylı mənzilin hərraca çıxarılma üçün başlanğıc qiyməti 101.300 manat müəyyən edilməlidir.

59. Məhkəmə iddiaçının məhkəyə təqdim etdiyi digər qiymətləndirmə rəyi ilə bağlı qeyd edir ki, həmin rəydəki qiymət ağlabatan məbləğ deyildir.

60. Eyni zamanda, məhkəmə qeyd edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

61. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1-un ilkin satış qiyməti (real bazar dəyəri) 101.300 (bir yüz bir min üç yüz) manat müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait payçılar İddiaçı1 30/750 hissədə, İddiaçı2 30/750 hissədə, X22 25/750 hissədə, X18 25/750 hissədə, Cavabdeh5 25/750 hissədə, Cavabdeh2 125/750 hissədə, Cavabdeh3 125/750 hissədə, Cavabdeh4 125/750 hissədə, Cavabdeh1 125/750 hissədə paylarına uyğun bölünməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

64. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

65. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 225 (iki yüz iyirmi beş) manat məbləğində pul İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülməlidir. Nəticə hissəsi:

69. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 1-un ilkin satış qiyməti (real bazar dəyəri) 101.300 (bir yüz bir min üç yüz) manat müəyyən edilməklə, açıq hərracda satılsın. Satışdan əldə edilən vəsait payçılar İddiaçı1 30/750 hissədə, İddiaçı2 30/750 hissədə, X22 25/750 hissədə, X18 25/750 hissədə, Cavabdeh5 25/750 hissədə, Cavabdeh2 125/750 hissədə, Cavabdeh3 125/750 hissədə, Cavabdeh4 125/750 hissədə, Cavabdeh1 125/750 hissədə paylarına uyğun bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 225 (iki yüz iyirmi beş) manat məbləğində pul İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar