Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3513/2022 01.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (üçüncü şəxs - "xxxx" ASC) tikilinin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Yaşıl dərə ərazisində xəttin altında yerləşən, iddiaçının balansında olan 110 kv. 2-ci Sənaye Qovşağıl HX-nin 12-13 №-li dayalararası aşırımının kənar məftillərindən 11 metr məsafədə, xəttin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş yarımtikili və hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən heç bir qanuni sənədi olmadan özbaşına iddiaçının balansında olan 110 kv 2-ci Sənaye Qovşağıl HX-nin 12-13 №-li dayalararası aşırımının kənar məftillərindən 11 metr məsafədə, xəttin mühafizə zonasında qeyri-qanuni tikinti işləri aparır. Sumqayıt şəhəri və səhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik veriliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zolağının pozulması, onların altında yaşayış binalarının tikilməsi halları aiddir. Bütün bunlar xətlərin istismarını və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması zamanı bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. Cavabdeh Sumqayıt şəhəri,Yaşıl dərə ərazisində yerləşən və "Sumqayıt YGEŞ” MMC-nin balansında olan 110 kv 2-ci Sənaye Qovşağı HX-nin 12-13 №-li dayalararası aşırımının kənar məftillərindən 11 metr məsafədə, xəttin mühafizə zonasında qeyri-qanuni tikintiyə başlamışdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində aşkar olunmuş tikinti barədə cavabdeh xəbərdarlıq edilmiş və xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Dəfələrlə vətəndaşa tikinti işlərinin dayandırılması barədə yazılı xəbərdarlıqlar edilmiş lakin buna baxmayaraq vətəndaş tikinti işlərini davam etdirmişdir. Bu məsələ ilə aidiyyəti qurumlara müraciət edilmişdir. Lakin bütün bu müraciətlərə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Sumqayıt Şəhər Məhkəmsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, sözügedən ərazidə əvvəllər tikilən evlər var. Hazırda isə bütün tikinti işləri saxlanılıb. Qeyd edilən yüksək gərginlikli xətt orada çoxdan mövcuddur. Cavabdeh tikinti işlərinə başladığı vaxt ona xəbərdarlıq edilsə də, cavabdeh buna məhəl qoymayıb. Orada olan tikinti işlərinin qarşısını almaq yerli icra hakimiyyəti orqanlarının və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin funksiyasına aiddir. Oradan keçən yüksək gərginlikli elektrik xətləri bəzi təhlükələrə səbəb ola bilər. Orada tikinti işləri aparılan zaman şəxs müvafiq məktubla cinayət məsuliyyəti barədə xəbərdarlıq edilir, müvafiq orqanlara məlumat verilir, akt tərtib edilir və şəxsə imzalatdırılır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Sözügedən ərazidə çoxlu sayda özbaşına tikililər var. O, artıq həmin ərazidə tikintini başa çatdırmışdır. Həmin evdə ailəsi ilə birlikdə 1 ildir ki, yaşayır. Tikinti işləri başlanan zaman iddiaçının əməkdaşlarından biri ona tikinti işləri aparmağa razılıq verib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxsə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, yüksək gərginlikli elektrik xətləri iddiaçının balansındadır. Bu səbəbdən də, iddiaçı öz mühafizə zonasına nəzarət etməlidir. Bu səbəbdən nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1988-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan elektrik montyoru Şirinov E.A., elektrik montyoru Bayramov E.İ. , vətəndaş Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli, 40 saylı aktda cavabdehin 2-ci Sənaye Qovşağıl HX-nin 12-13 №-li dayalararası aşırımının kənar məftillərindən 11 metr məsafədə, xəttin mühafizə zonasında qeyri-qanuni tikinti işləri apardığı qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşları tərəfindən mütəmadi həyata keçirilən tədbirlər zamanı Sumqayıt şəhəri, «Samur-Abşeron» kanalının şimalında yeni salınmış yaşayış massivində («Yaşıl dərə») cavabdeh tərəfindən qeyri-qanuni olaraq, heç bir icazəverici sənədlər olmadan, yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisinin aparılması aşkar edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mümarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, «Yaşıl dərə» qəsəbəsindən keçən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq 2-ci Sənaye Qovşağı HX-nin 12-13 saylı dayaqlararası aşırımın kənar məftillərindən 11 metr məsafədə, xəttin mühafizə zonasıda cavabdeh tərəfindən qeyri-qanuni tikinti işlərinin aparılması aşkar olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya rayonun inzibati ərazi vahidinin sərhədləri daxilində ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək və özbaşına tikintilərin qarşısının alınması yerli icra hakimiyyəti orqanlarına həvalə edildiyindən məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4009 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalan”nın 5-ci bəndinin a) abzasına görə, 110 kV-luq hava elektrik xəttinin hər-iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 m müəyyən edilmişdir. Ekspertə təqdim edilmiş Cavabdeh tərəfindən Sumqayıt şəhər, Yaşıl Dərə ərazisində inşa edilmiş fərdi yaşayış evi və hasar, həmin ərazidən keçən "xxxx" ASC-nin "xxxx" MMC-nin balansında olan 110 kV-luq 2-ci “Sənaye Qovşağı” HX-nin 12-13 №li dayaqlarının yerləşdiyi sahədə mühafizə zonasında yerləşir. Belə ki, həmin 110 kV-luq hava xəttinin fərdi yaışayış evinə tərəf olan yan xətti ilə evin hasarı arasındakı məsafə 3 m, fərdi yaşayış evi arasına olan məsafə isə 11 m təşkil edir. İş materiallarına ərazinin fotoşəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Göründüyü kimi iddiaçı onun balansında olan elektrik xəttinin mühafizə zonasında cavabdeh tərəfindən tikinti işləri aparıldığını bildirir və həmin tikilinin sökülməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda göstərilmişdir ki, 110 kv.-luq elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 20 metr məsafədə müəyyən edilir (bən 5 a). Göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi tikili cavabdeh tərəfindən inşa edilmiş və özbaşına tikili olmaqla cavabdeh həmin tikili ilə bağlı heç bir hüquq müəyyən edici sənədə malik deyildir. İş üzrə ekspert rəyi ilə müəyyən edilir ki, həmin tikili iddiaçının balansında olan 110 kv.-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh tərəfindən iddiaçının balansında olan 110 kv.-luq elektrik xəttinin mühafizə zonasında inşa edilmiş tikili sökülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Yaşıl dərə ərazisində "xxxx" MMC-nin balansında olan 110 kv.-luq 2-ci Sənaye Qovşağıl HX-nin 12-13 №-li dayalararası aşırımının kənar məftillərindən 11 metr məsafədə, xəttin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikili və hasar sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3513/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3513/2022
01.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver