Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3514/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “yüksək gərginlikli xəttin mühafizə zonasında tikilmiş qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Yaşıldərə ərazisində xəttin altında yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 №-İi dayalararası aşırımının kənar məftillərindən 2 metr məsafədə, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh tərəfindən heç bir qanuni sənədi olmadan özbaşına "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 №-li dayalararası aşırımının kənar məftillərindən 2 metr məsafədə, xəttin mühafizə zonasında qeyri-qanuni tikinti işləri aparır. Sumqayıt şəhəri və səhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik veriliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zolağının pozulması, onların altında yaşayış binalarının tikilməsi halları aiddir. Bütün bunlar xətlərin istismarı və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması zamanı bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. Cavabdeh Sumqayıt şəhəri, Yaşıldərə ərazisində yerləşən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 №-li dayaqlararası aşırımının kənar məftillərdən 2 metr məsafədə, xəttin mühafizə zonasında qeyri-qanuni tikintiyə başlamışdır. Tərəflərindən xx.xx.2022-ci il tarixində aşkar olunmuş tikinti barədə vətəndaş Cavabdeh xəbərdarlıq edilmiş və 02 saylı, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. O öz hərəkətləri ilə qanun pozuntusuna yol vermişdir. Dəfələrlə vətəndaşa tikinti işlərinin dayandırılması barədə şifahi və yazılı xəbərdarlıqlar edilmiş lakin buna baxmayaraq vətəndaş tikinti işlərini davam etdirmişdir. Bu məsələ ilə bağlı AR, FHN Tikintidə X3 Agentliyinə 16/01-20/33 №-li, Sumqayıt şəhər İH-nə 16/01-20/34 №-li, Sumqayıt şəhər Bələdiyyəsinə 16/01-20/35 Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə 16/01- 20/36 №-li, Sumqayıt Polis İdarəsinə 16/01- 20/37 №-li, xx.xx.2022-ci il tarixli məktublarla tərəfimizdən yazılı müraciətlər edilmişdir. Sumqayıt şəhər Polis idarəsinin 5-ci Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 329-482-1222 saylı məktubunda vətəndaşla söhbətlərin aparılması və bu məsələ ilə bağlı AR Dövlət Tikinti və Arxitektura Komitəsində baxıldığı bildirilmişdir. Həmçinin, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2022-ci il tarixli, 103 №-li və eyni zamanda Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2022-ci il tarixli, 30 №-li məktublarında qeyd edilmişdir ki, AR FHN Tikintidə X3 Agentliyinə və Sumqayıt Şəhər Polis İdarəsinə 19 yanvar 2022-ci il tarixli, 23; 24 saylı məktublarla yazılı müraciətlər edilmişdir. Lakin bütün bu müraciətlərə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Məsələnin hüquqi müstəvidə həll edilməsi üçün məhkəməyə müraciət etmək zəruriyyətindədirlər. Eyni zamanda bu məsələlər kütləvi surətdə ölümə səbəb ola bilər. Belə ki, həmin ərazidən keçən elektrik xəttləri 2200 V-la gedir. Həmin xəttlər qırılanda bütün ətrafı yandırır. Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən belə ərazilərdə yalnız icazə alınmaqla, əkin işləri aparıla bilər, lakin tikinti aparılması qanuna ziddir. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinin 103 saylı sərəncamı var. Həmin sahə 11 metr aralıqdadır. Əslində isə izolyatorun küncündən 25 metr kənarda olmalıdır. Prezidentin 2016-cı il tarixli, 375 saylı sərəncamına əsasən belə ərazilərə nəzarət İcra Hakimiyyəti və FHN tərəfindən həyata keçirilir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Yaşıldərə ərazisində xəttin altında yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 №- İi dayalararası aşırımının kənar məftillərindən 2 metr məsafədə, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən ərazidə onun evindən başqa digər yaşayış evləri də var. O, uzun müddət kirayədə yaşayıb, sonradan bankdan kreditə pul götürərək Yaşıldərə ərazisində özünə yaşayış üçün ev tikmişdir. O, məcburiyyətdən həmin ərazidə ev tikib yaşayır. Onun himayəsində iki xəstə uşaq var. Onların müalicəsi üçün yetərli vəsaitə malik deyildir. Bu səbəbdən o, başqa bir ünvana köçməsi və tərəfindən tikilmiş tikilinin sökülməsi qeyri-mümkündür. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbi əsaslıdır. Hesab edirlər ki, cavabeh tərəfindən inşa edilmiş yarmtikili "xxxx" ASC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 №-İi dayalararası aşırımının kənar məftillərindən 2 metr məsafədə, xəttin mühafizə zonasında yerləşdiyi üçün sökülməlidir. Məhkəmə iddiaçı Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qanunsuz tikinti işləri aparması ilə əlaqədar AR FHN Tikintidə X3 Agentliyinə 16/01-20/33 №-li, Sumqayıt şəhər İcra Hakimiyyətinə 16/01-20/34 №-li, Sumqayıt şəhər Bələdiyyəsinə 16/01-20/36 №-li, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə 16/01-20/36 №-li, Sumqayıt Polis İdarəsinə 16/01-20/37 №-li yazılı müraciətlər edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Yaşıldərə massivi ərazisində inşa etdiyi evin yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasına düşdüyü üçün xəbərdarlıq edilərək, bu barədə "xxxx" ASC-nin "xxxx" MMC-nin işçiləri tərəfindən akt tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, tərəflərindən aparılan araşdırma zamanı Sumqayıt şəhəri Yaşıl dərə ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 110 KV-luq Görədil HX-nin 5-6 saylı dayaqlararası aşırımının kənar məftillərindən 2 metr məsafədə xəttin mühafizə zonasında qeyri-qanuni olaraq tikinti işləri aparan Cavabdeh qanunsuz tikinti işləri aparması ilə əlaqədar Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət olunaraq onunla profilaktiki söhbətlər aparılmış, tərəflərindən xəbərdarlıq olunaraq gələcəkdə bu kimi hallara yol verilməməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə Sumqayıt şəhəri, «Yaşıl dərə» ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 saylı dayaqlararası aşırımın kənar məftillərindən 2 metr məsafədə, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh (əlaqə nömrəsi *** *** ** **) tərəfindən qeyri-qanuni olaraq fərdi ev tikintisi məqsədilə qeyd olunmuş pozuntu barədə səlahiyyətləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə və Sumqayıt şəhər Polis İdarəsinə 23, 24 nömrəli, 19 yanvar 2022-ci il tarixli məktublarla yazılı müraciət olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə Sumqayıt şəhəri, «Yaşıl dərə» ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 saylı dayaqlararası aşırımın kənar məftillərindən 2 metr məsafədə, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh (əlaqə nömrəsi *** *** ** **) tərəfindən qeyri-qanuni olaraq fərdi ev tikintisi məqsədilə qeyd olunmuş pozuntu barədə səlahiyyətləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə və Sumqayıt şəhər Polis İdarəsinə 23, 24 nömrəli, 19 yanvar 2022-ci il tarixli məktublarla yazılı müraciət olunmuşdur. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sözügedən ərazidə mühafizə zonasında yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi deyildir. Həmçinin tikinti işlərini aparmış vətəndaşa sözügedən ərazidə Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır və mühafizə zolağındakı tikintilərin sökülməsi bələdiyyənin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5579 nömrəli ekspert rəyindən görünür ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 110 KV-luq hava elektrik xəttinin hər-iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 m müəyyən edilmişdir. Sumqayıt şəhər, Yaşıldərə ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili, "xxxx" ASC "xxxx" MMC-nin balansında olan 110 KV-luq “Görədil” hava elektrik xəttinin 5-6 №li dayaqlarının yerləşdiyi sahədə mühafizə zonasında yerləşir. Belə ki, həmin 110 KV-luq “Görədil” hava elektrik xəttinin yarımtikiliyə tərəf olan yan xətləri ilə həmin yarımtikili arasında olan məsafə 2 m təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsindən görünür ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Məhkəmə tərəflərin iştirakı ilə mübahisə predmeti olan ərazidə tikiliyə yerində baxış keçirərək müəyyən etmişdir ki, hazırki halda tikilinin olduğu ərazidə yüksək gərginlikli elektrik naqillərinin müvafiq normalardan da nəzərdə tutulmuş yaxın məsafədə olması, həmin naqillərdə yaranmış hər hansı texniki nasazlıq (məftillərin hər hansı kənar təsir məsələn külək təsirindən sınması və sair hallarında) yaşayış evinin, mübahisə obyekti olan yarım tikilinin ətrafında olan şəxslər üçün təhlükə yaratması açıq aydın müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təşkil edir; həmin maddənin müvafiq hissəsində deyilir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatdan məhrum edilə bilməz…». Həmin qərarın 59-ci bəndində qeyd olunur ki, Konvensiyanın 2-ci maddəsindəki «məhrum edilmə» ifadəsinin mənasına diqqəti cəlb edərək bildirmişdir ki, bu maddədən irəli gələn pozitiv öhdəlik konsepsiyası, bu işin hallarına bənzər hallarda digər şəxslərin həyatını qorumaq öhdəliyini dövlətlərin üzərinə qoyan və «səhlənkarlıq haqqında iddialar» doğuran konsepsiya kimi başa düşülə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddia tələbi təmin edilərək Sumqayıt şəhəri, Yaşıldərə ərazisində yerləşən "xxxx" ASC "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 №-li dayaqlararası aşırımının kənar məftillərindən 2 metr məsafədə xəttin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Yaşıldərə ərazisində yerləşən "xxxx" ASC "xxxx" MMC-nin balansında olan 110 kV-luq Görədil HX-nin 5-6 №-li dayaqlararası aşırımının kənar məftillərindən 2 metr məsafədə xəttin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülsün. Cavabdeh 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3514/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3514/2022
30.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver