Məhkəmə qərarları › İş №2(060)-3521/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3521/2022

08.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3521/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 792,62 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən fərdi yaşayış evi halhazırda iddiaçının mülkiyyətindədir. Həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Cavabdehin nümayəndələri tərəfindən yaşadığı fərdi yaşayış evində "su təchizatı və kanalizasiya xidmətləri"nə görə xx.xx.2022-ci il tarixə 792,62 manat borcunun olması bildirilmişdir. Qeyd edilən ünvanda xidmətlərə görə Sumqayıt Sukanal İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə kod açılmış və 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. İddiaçıya məxsus ünvanda cavabdehin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə su sayğacı quraşdırılmışdır. Cavabdehin nümayəndələri borcunun olduğunu və həmin borc məbləğinin ödənilməsini tələb edirlər. Cavabdeh təşkilat tərəfindən əsassız olaraq iddiaçının ünvanında 4 nəfər ailə tərkibinə uyğun olaraq 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illər ərzində yaşayış olmadığı halda normativ qaydada hesabat aparılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1-də Cavabdeh ASC-nin Sumqayıt Sukana idarəsinin abonent bazasında xx.xx.2015-ci il tarixdən bağlanmış müqavilə ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda xx.xx.2022-ci il tarixə həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 799,22 manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. Qeyd olunan ünvanda xx.xx.2015-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə və 3 sot torpaq sahəsinə görə normativ qaydada hesabat aparılmışdır. xx.xx.2021-ci il tarixdə qeyd olunan ünvanda su sayğacı quraşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia əizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1986-cı ildə, ünvan 3 ünvanında qeydiyyatdadır. “Xəzri” Məhəllə Komitəsinin 593 saylı arayışında göstərilmişdir ki, “Xəzri” MK-nın ərazisində 2015-ci ildən yaşayan iddiaçının X3, X4 və X2 ibarət ailə tərkibi vardır. “Xəzri” Məhəllə Komitəsinin 554 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən Sumqayıt şəhəri, Bağlar, 150/V nömrəli evdə yaşayış yoxdur. İşdə olan abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, 2016-2022-ci illər üzrə iddiaçının yekun olaraq 792,62 manat borcu qalmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2015ci il tarixli, 30181400 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə 2015-ci ildə bağlanmışdır. İddiaçı ünvan 1 ünvanında 2010-cu ildən yaşamamışdır. Cavabdeh isə iddiaçının yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadəyə görə 4 nəfərlik ailə tərkibinə uyğun hesablama aparmışdır. Göründüyü kimi iddiaçıya məxsus olan ünvan 1 ünvanında su sayğacı olmadığından cavabdeh tərəfindən hesablama 4 nəfərlik ailə tərkibinə uyğun aparılmışdır. Lakin, həmin ünvanda 2015-ci ildən bəri yaşayış olmamışdır. Cavabdeh isə iddiaçının yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadəyə görə 4 nəfərlik ailə tərkibinə uyğun hesablama aparmışdır. Cavabdehin nümayəndəsindən bu hesablamanın hansı əsasla aparıldığı soruşulduqda o, məhkəmə iclasında bunu əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya sudan və kanalizasiya xidmətlərindən istifadəyə borcu hesablayarkən 4 nəfərdən ibarət ailə say tərkibinin nəyin əsasında götürüldüyünü əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 792 (yeddi yüz doxsan iki) manat 62 (altmış iki) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar