Məhkəmə qərarları › İş №2(060)-3525/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3525/2022

19.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3525/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1469.25 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1995-ci ilin avqust ayından xx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvan 2otariat Kontorunda dövlət notariusu kimi fəaliyyət göstərmişdir. xx.xx.2019-cu tarixdə təqaüdə çıxmışdır. Notarius kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 150782 saylı müqavilə bağlanmışdır. Həmin dövr ərzində ünvan 2otariat Kontoruna sudan istifadəyə və tullantı sularının axıdılması xidmətlərinə görə hesablanmış pul vaxtı-vaxtında ödənilmiş və kontorun qeyd edilən xidmətlərlə bağlı borcu olmamışdır. ünvan 2otariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olduğundan 2021-ci ilin may ayında həmin ünvana aid su sayğacını öz adına keçirmək üçün "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsinə müraciət etdikdə ünvan 2otariat Kontoruna 1610.40 manat məbləğində borc hesablandığından xəbər tutmuşdur. Belə ki, "xxxx" ASCnin Sumqayıt Sukanal İdarəsi əməkdaşları tərəfindən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 4 ünvanında sudan qeyri-qanuni istifadə faktı aşkarlanaraq MXD-09650 saylı, xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən hesablanmış 1610.40 manat məbləğində borc hal-hazırkı vaxtadək tam ödənilməmişdir və xx.xx.2021-ci il tarixə 1469.25 manat borc qalmışdır. Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoru və onun fəaliyyət göstərdiyi ünvan 2otariat Kontorunun su təchizatı bir müqavilə ilə tənzimləndiyindən Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoruna hesablanmış qeyd olunan borc əsassız olaraq ünvan 2otariat Kontoruna da hesablanmışdır. ünvan 2otariat Kontorunun fəaliyyət göstərdiyi ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Hal-hazırda Notariat Kontoru fəaliyyət göstərmir. Əsassız borcun hesablanması ilə əlaqədar olaraq ona məxsus mənzilin su təchizatı dayandırılmışdır. Bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, tələb olunan məbləğ əsaslıdır və borc ödənilməlidir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəh., 16-cı məhəllədə yerləşən 35/12 saylı evin 16 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 150782 olan obyektə baxış keçirilən zaman su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixli, MXD- 09650 saylı akt tərtib olunmuş, ünvan 6 ünvanına 1610 manat məbləğində dəymiz ziyan hesablanmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc sayğac göstəriciləri 74 və 144 m3 olmaqla 1469.25 manat təşkil edir. - Sumqayıt Sukanal İdarəsinin xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, MXD- 09650 saylı aktından görünür ki, aparılan araşdırma zamanı 2 saylı Dövlət Notariat Kontorunda sayğacdan keçməyən d=15 mm-lik su xəttindən qeyri-qanuni istifadə edilir. Həmin akt əsasında ünvan 6 ünvanına 1610.40 manat məbləğində dəymiz ziyan hesablanmışdır. - xx.xx.2013-cü il tarixli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 150782 №-li müqavilənin surətindən görünür ki, ünvan 2otariat Kontoruna su sayğacı quraşdırılmışdır. - Abonent kartından görünür ki, 1469.25 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoruna 2011-2016-cı illər ərzində 1469.25 manat su sərfiyyatına görə hesablanmış qeyd olunan borc əsassız olaraq ünvan 2otariat Kontorunun fəaliyyət göstərdiyi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanına da hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 5.1.5-ci bəndinə əsasən İstehlakçıların verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüquqları vardır. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər 2 saylı Dövlət Notariat Kontoruna su sərfiyyatına görə hesablanmış 1469.25 manat borc, eyni zamanda ünvan 2otariat Kontorunun fəaliyyət göstərdiyi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanına da hesablandığından həmin borcun iddiaçıdan tələb edilməsi əsassızdır. Belə ki, iddiaçı cavabdeh qarşısında istifadə etmədiyi suyun və xidmətlərin dəyərini ödəmək öhdəliyini daşımır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 34.69 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1-ya aid 150782 abonent koduna hesablanmış 1469.25 manat borc silinsin. İddianın verilməsinə görə 34.69 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar