Məhkəmə qərarları › İş №2(060)-3525/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3525/2023

04.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3525/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh qarşı «mühafizə zonasında tikilmiş qeyri-qanuni tikintinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kVluq, 7-ci Sumqayıt, 3-cü Yaşma HX-nin 85-86 saylı dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən heç bir qanuni sənədi olmadan özbaşına "xxxx" MMC-nin balansında olan 110 kV-luq 7-ci Sumqayıt, 3-cü Yaşma HX-nin 85-86 №-li dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında qeyriqanuni tikinti işləri aparılmışdır. Sumqayıt şəhəri və səhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik veriliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zolağının pozulması, onların altında yaşayış binalarının tikilməsi halları aiddir. Bütün bunlar xətlərin istismarını və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması zamanı bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və "xxxx" MMC-nin balansında olan 110 kV- luq 7-ci Sumqayıt, 3-cü Yaşma HX-nin 85-86 saylı dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında qeyri-qanuni tikinti işləri aparır. xx.xx.2022-ci il tarixində tərəflərindən həmin əraziyə baxış keçirərkən vətəndaşa tikinti işlərinin dayandırılması barədə şifahi və yazılı xəbərdarlıq və akt tərtib edilmiş (30 saylı, xx.xx.2022 il tarixli akt və xəbərdarlıq) lakin buna baxmayaraq vətəndaş tikinti işlərini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları’,nm təsdiq edilməsi haqqında 2014-cü il 24 noyabr 375 nömrəli Fərmanının 4.2 bəndində Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən , habellə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Fərmanın tələbinə uyğun olaraq, tərəflərindən AR, FHN Tikintidə X3 Agentliyinə 16/01-202/861 №-li, Sumqayıt İH-nə 16/01- 20/862 №-li, Sumqayıt Polis İdarəsinə 16/01-20/863 №-li və H.Z.Tağıyev Bələdiyyəsinə 16/01-20/864 №-li, xx.xx.2022-ci il tarixində yazılı müraciətlər edilmişdir. Cavabdeh tərəfindən qeyri-qanuni çardağın və hasarın tikintisi ilə bağlı Memarlıq və şəhərsalma İdarəsinin xx.xx.2022-ci il tarixli, 384 saylı məktubu ilə müraciət olunmuş və tərəflərindən görülmüş tədbirlər barədə 116/01-13-2 saylı, xx.xx.2022-ci il tarixli məktubla yazılı cavab göndərilmişdir. Həmçinin bu məsələnin həlli məqsədi ilə Sumqayıt İH-ti tərəfindən 1529 saylı, xx.xx.2022-ci il tarixli məktubda AR, FHN Tikintidə X3 Agentliyinə 426 saylı, xx.xx.2022-ci il tarixli yazılı müraciət olunmuşdur. Həmçinin AR, FHN-nin Tikintidə X3 agentliyinin xx.xx.2022-ci il tarixli, xx/xx-06776 saylı məktubunda bildirilmişdir ki, belə məsələlərlə bağlı yerli İH-nə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmalıdır. Lakin bütün bu müraciətlərə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Məsələnin hüquqi müstəvidə həll edilməsi üçün məhkəməyə müraciət etmək zəruriyyətindədilər. Məhkəmədə iddiaçının nümayəndəsi B.M.Səməndov eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, sözügedən torpaq sahəsi ona atasından qalıb, 1987-ci il tarixdən həmin ərazidə yaşayır. O, sözügedən torpaq sahəsində hasar çəkmişdir. Ona həmin hasarın inşası zamanı heç kim həmin ərazidən elektrik xəttinin keçməsi barədə məlumat verməmişdir. Hazırda həmin hasarın sökülməyinə etiraz etmir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 bildirdi ki, iddia tələbi əsaslıdır. Hesab edirlər ki, cavabdeh tərəfindən inşa edilmiş yarımtikili "xxxx" ASC-nin balansında olan 110 kV-luq, 7-ci Sumqayıt, 3-cü Yaşma HX-nin 85-86 №-İi dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında yerləşdiyi üçün sökülməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qanunsuz tikinti işləri aparması ilə əlaqədar AR FHN Tikintidə X3 Agentliyinə 16/01-20/861 №-li, Sumqayıt şəhər İcra Hakimiyyətinə 16/01-20/862 №-li, Sumqayıt şəhər X1 16/01-20/864 №-li, Sumqayıt Polis İdarəsinə 16/01-20/863 №-li yazılı müraciətlər edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Oktay oğlunun Nasosnu, H.Z.Tağıyev qəsəbəsində inşa etdiyi evin yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasına düşdüyü üçün xəbərdarlıq edilərək, bu barədə "xxxx" ASC-nin "xxxx" MMC-nin işçiləri tərəfindən akt tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə Sumqayıt şəhəri, «Xəzri» qəsəbəsəsi adlanan ərazidə vətəndaş Cavabdeh tərəfindən yüksək gərginlikli elektrik mühafizə zolağında qeyri-qanuni olaraq çardaq tikintisinin aparılması və Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalında yeni salınmış yaşayış massivində, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında vətəndaş X6 tərəfindən qeyri-qanuni olaraq hasar tikintisinin aparılması aşkar olunmuş pozuntu barədə öz səlahiyyətləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 426 nömrəli, 30 sentyabr 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, yazılı müraciət olunmuşdur. İş materiallarında olan Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə Sumqayıt şəhəri, “Xəzri” qəsəbəsi adlanan ərazidə vətəndaş Cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında qeyri-qanuni olaraq çardaq tikintisinin aparılması barədə səlahiyyətləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən yazılı müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4909 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ASC-nin "xxxx" MMC-nin balansında olan 110 kv-luq Sumqayıt, 3-cü Yaşma HX-nin 85-86 saylı dayaqlararası aşırımın aşağı proeksiyasından tikiliyə qədər olan məsafə 1 metr təşkil edir. Tədqiq olunan tikilinin "xxxx" ASC-nin "xxxx" MMC-nin balansında olan 110kv-luq Sumqayıt, 3-cü Yaşma HX-nin yaxınlığında inşa edildiyini nəzərə alaraq, həmin tikilinin “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən elektrik xəttinin mühafizə zonasında inşa edildiyini müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Avropa Məhkəməsi “X7rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təşkil edir; həmin maddənin müvafiq hissəsində deyilir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatdan məhrum edilə bilməz…». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən "xxxx" ASC-nin "xxxx" MMC-nin balansında olan 110kv-luq Sumqayıt, 3-cü Yaşma HX-nin yaxınlığında inşa edilmış, həmin tikilinin “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən elektrik xəttinin mühafizə zonasında inşa edilməsini və məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq, 7-ci Sumqayıt, 3-cü Yaşma HX-nin 85-86 saylı dayalararası aşırımının tam altında, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar