Məhkəmə qərarları › İş №2(060)-353/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-353/2021

23.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-353/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-nin Yol Körpütikinti Firmasına qarşı əmək və məzuniyyət haqqı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə müraciət edərək, işlədikləri 2 iş ilinə görə əsas məzuniyyətin əvəzi olaraq hər birinə 900 manat, artıq işlədikləri 1750 saata görə 5150 manat, ödənilməmiş 2 aylıq əmək haqqına görə 900 manat, ailələrinin və onların çəkdikləri mənəvi iztirablara görə isə 3500 manat, ümumilikdə 10000 manatın cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası 23 noyabr 2021-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-nin Yol Körpütikinti Firmasına qarşı əmək və məzuniyyət haqqı tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar