Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3532/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçi nümayəndəsi X11 iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2014-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də üçüncü mülkiyyətçi kimi qeyd olunmuş X12 onunla yəni Məmmədova (Əliyeva) Asəfə Novruz qızı ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxx 1985-ci ildə Türkmənistanın Nebitdaq şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri Saray bağ massivi 3705B ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 08.02.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsində baxılmış və imtina edilmişdir. İmtina edilməsi barədə bildirişdə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN- 401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməmdə üçüncü mülkiyyətçinin yəni onun adının səhvən "Asofa" olaraq qeyd olunduğu göstərilmişdir. Buna görə də JN-401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməmin şəxsiyyət vəsiqəsinin təqdim olunmuş şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməyi bildirilmiş və qeyd olunanlara əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir.Bu səbəbdən də hazır ki, ərizə ilə məhkəməyə müraciət edir. Belə ki, onun əsl adı Ərizəçidır. Doğum haqqında şəhadətnamədə eləcə də şəxsiyyət vəsiqəsində də adı Ərizəçi kimi qeyd olunmuşdur. Əlavə olaraq nikah haqqında şəhadətnamədə də adı Ərizəçi kimi qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 izahat verərək bildirdi ki, ərizəçi onun bacısıdır, ailəlidir və ailə qurduqdan sonra öz ailəsi ilə yaşayır. Bacısının adı Asəfədir. Məhkəmə ərizəçini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: -AA******* seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə anadan olmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 17.07.1985-ci ildə anadan olmuşdur. X8, anası isə X9r. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə Məmmədova Asəfə Novruz qızı arasında 15.06.2020-ci ildə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 837 nömrəsi ilə qeyd edilmişdir. X16 soyadı verilmişdir. - JN -401H KOD 30800086 saylı şəhadətnamənin surətindən görünür ki, 0,12 hektar Saray Bağlar massivindəki 3705b saylı bağ sahəsi 02.04.1997-ci il tarixli 04 saylı qərar ilə X26 oğluna, X10, X7, X3, X5 və X1. -əsas təhsil haqqında şəhadətnamədən görünür ki, Məmmədova Asəfə Novruz qızı Sumqayıt şəhər 3 saylı tam orta məkətibini 2000-ci ildə bitirmişdir. -BB-İ 009434 saylı diplomun surətindən görünür ki, Məmmədova Asəfə Novruz qızı Azərbaycan Beynəlxalq Universitetinə daxil olmuş və 2008-ci ildə Azərbaycan Tibb Universitetini ixtiası üzrə tam kursu bitirmişdir. -0707 saylı vəsiqənin surətindən görünür ki, Məmmədova Asəfə Novruz qızı 01.08.2008-ci ildən 01.07.2009-cu ilədək Sumqayıt Şəhər Uşaq Xəstəxanasında internatura kursu keçmişdir. -ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin X14 ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı,atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmələrin səlahiyyətinə aid edilmişdir. Ona görə də aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olumuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN- 401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməmdə üçüncü mülkiyyətçinin yəni onun adının səhvən "Asofa" olaraq qeyd olunduğu göstərilmişdir. Buna görə də JN-401H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməmin şəxsiyyət vəsiqəsinin təqdim olunmuş şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməyi bildirilmiş və qeyd olunanlara əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Belə ki, ərizəçinin əsl adı Ərizəçidır. Doğum haqqında şəhadətnamədə eləcə də şəxsiyyət vəsiqəsində də adı Ərizəçi kimi qeyd olunmuşdur. Bu fakt iş materiallarında olan Məmmədova (Əliyeva) Asəfə Novruz qızına məxsus diplomla, nikah haqqında şəhadətnamə ilə, doğum haqqında şəhadətnamə, ərizəçinin izahatı və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2014-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də üçüncü mülkiyyətçi kimi qeyd olunmuş X6 Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-401H KOD 30800086 nömrəli, 09.01.2014-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də üçüncü mülkiyyətçi kimi qeyd olunmuş X6 Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3532/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3532/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver