Məhkəmə qərarları › İş №2(060)-3544/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3544/2021

06.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3544/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə və maraqlarına toxunan üçüncü şəxs X9 qarşı «himayədə qalma faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 mart 2006-cı ildə anadan olmuş nəvəsi X4 nənəsi Ərizəçi himayəsində olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəyə dəqiqləşmə verərək, 08 mart 2006-cı ildə anadan olmuş nəvəsi X4 03 sentyabr 2020-ci ildən nənəsi Ərizəçi himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, qızı X17 03 sentyabr 2020-ci ildə “Ağ ciyər ödemi” xəstəliyindən vəfat etmişdir. X2 qeyri-rəsmi nikahdan anadan olmuş 08 mart 2006-cı il təvəllüdlü qızı X11 himayəsində olmuşdur. Qızının vəfatından sonra azyaşlı nəvəsi X11 onun himayəsindədir. Bunu Sumqayıt şəhər Bələdiyyəsinin 2-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin 16.10.2020-ci il tarixli, 0233 saylı arayışı təsdiq edir. Nəvəsinin ondan savayı digər bir himayədarı yoxdur. Uşağın atası uşaqla maraqlanmır, atalıq vəzifəsini yerinə yetirmir. Uşaqla heç bir əlaqəsi yoxdur. Uşaq onun himayəsində qalmışdır. X1 onun öhdəsində olması faktının müəyyən edilməməsi bir sıra sosial məsələlərin həll edilməsində problemlər yaratmışdır. Sosial problemləri həll etmək üçün nəvəsi Rüqəyya Əliyevanın onun himayəsində olması faktının təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt şəhər İH-nin Q-23 0-099 №-li, 05.01.2021 - ci il tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O, maraqlı tərəfin imtinası ilə razılaşmır. Beləki, nəvəsi X11 14 ildir ki, onun himayəsindədir. Onun ondan savayı 2-ci bir yaxın adamı yoxdur. Buna görə də hesab edir ki, 08 mart 2006-cı ildə anadan olmuş nəvəsi X12 nənəsi Ərizəçi (ərizəçinin) himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, 08 mart 2006-cı ildə anadan olmuş nəvəsi X4 03 sentyabr 2020-ci ildən nənəsi Ərizəçi himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf qismində dəvət olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti və maraqlarına toxunan üçüncü şəxs X13 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin və maraqlarına toxunan üçüncü şəxs X8 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 115183 saylı, 18.09.2020-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 03.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan, AZ-İİ № 101325 saylı, 30.04.2008-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən müəyyən edilir ki, X12 08.03.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1844 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında-X14, ana qrafasında X17 qeyd edilmişdir. İş materiallarında olan, İX-JQ № 400133 saylı, 21.06.1983-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən müəyyən edilir ki, X17 29.06.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olub. Ata qrafasında-X23, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X26 şəxs 1 saylı regional ərazi filialının 26.10.2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Sosial Müdafiə X26 şəxs 1 saylı regional ərazi filialı tərəfindən Ərizəçi ərizəsinə baxılmış, lakin qəyyumluğu təsdiq edən sənəd olmadığı üçün şöbə tərəfindən müavinətin təyin olunması mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi X7 üzrə 1 saylı Məhəllə Komitəsinin 16.10.2020-ci il tarixli arayışından görünür ki, X4 anası X19 03.09.2020-ci il tarixində rəhmətə getdiyindən nənəsi Qasımov Diləfruz Mirzəxan qızının himayəsində Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış Massivi. 2-ci məhəllə. 1 saylı məhəllə komitəsinin ərazisində qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının Ərizəçi ünvanladığı 05.01.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və manfelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. İş materiallarında olan X8 notarial qaydada təsdiq edilmiş 16.05.2021-ci il tarixli ərizəsindən görünür ki, o. 08.03.2006-cı il təvəllüdlü qızı X6 nənəsi Ərizəçi qəyyumluğa verilməsinə heç bir etirazı yoxdur, razıdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 30.07.2021-ci il tarixli, 424 saylı rəyindən müəyyən edilir ki, Komissiya, 08.03.2006-cı il təvəllüdlü X4 nənəsi Qasımova Diləfruz Mirzəxan qızının himayəsində olması faktının müəyyən edilməsinə etiraz etmir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, M.F.Axundov. ev 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqlarının qanuni nümayəndəsi hesab olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin sosial hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Ona görə də məhkəmə hesab edir ki ərizə təmin olunmalı, 08 mart 2006-cı ildə anadan olmuş nəvəsi X4 03 sentyabr 2020-ci ildən nənəsi Ərizəçi himayəsində olması faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 08 mart 2006-cı ildə anadan olmuş nəvəsi X4 03 sentyabr 2020-ci ildən nənəsi Ərizəçi himayəsində olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar