Məhkəmə qərarları › İş №2(060)-3547/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3547/2022

04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3547/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X2 Ərazi Bölmələrini İdarətetmə Birliyi Qubadlı rayon X1 hüquqi Şəxsi maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əməhiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X2 Ərazi Bölmələrini İdarətetmə Birliyi Qubadlı rayon X1 hüquqi Şəxsi maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun 1992-ci ilin iyun ayının əvvəllərində Azərbaycan Respublikasının müdafiəsi uğrunda Qarabağ müharibəsində gedən döyüşlər zamanı Qubadlı rayonunun Yazıdüzü postunda olarkən mərmi partlaması nəticəsində yaralanması və kontuziya travması alması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, «Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir». MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, yoxlanılan mübahisənin həlli ümumi məhkəməyə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənədlərin əldə edilməsi üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinası barədə inzibati qaydada mübahisə qaldıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 306, 153, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X2 Ərazi Bölmələrini İdarətetmə Birliyi Qubadlı rayon X1 hüquqi Şəxsi maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə təqdim edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar