Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3563/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 16/132 saylı evin 3 otaqlı 46-cı mənzili 135 saylı, xx.xx.2005-ci il tarixli orderlə ərizəçinin adına verilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə AR iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, 3-21-3-31/2-4837/2024 saylı, xx.xx.2024cü il tarixli məktubla ərizəçiyə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, "...təqdim edilmiş sənədlərin araşdırılması zamanı Sumqayıt şəhər İH Başçısı Aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 135 saylı, xx.xx.2005-ci il tarixli Orderində və Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-784/2024 saylı, xx.xx.2024-cü il tarixli arxiv çıxarışında ata adı “Ələkbər” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində “Əkbər” kimi yazıldığı müəyyən edilmişdir. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Bundan sonra ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 16/132 saylı evin 46-cı mənzilinə dair ərizəçinin adına verilmiş 135 saylı, xx.xx.2005-ci il tarixli orderdə düzəliş edərək atasının adının "Əkbər" yazılmasını xahiş etmişdir. Lakin 5-6/1-R-15-092/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla ərizəçiyə imtina edilmişdir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayon, 16/132 saylı evin 3 otaqlı 46-cı mənzilinə dair 135 saylı, xx.xx.2005-ci il tarixli orderin ərizəçiyə məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra Ərizəçi tərəfindən tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 16/132 saylı evin 3 otaqlı 46-cı mənzilinə dair 135 saylı, xx.xx.2005-ci il tarixli qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Atasının adı Rüstəmov Əkbər, anasının adı isə Rüstəmova Valiyədir. Hazırda Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 16-da yaşayır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun 1976-cı ildən etibarən tanışıdır. Atasının adı Rüstəmov Əkbərdir. Hazırda 5-ci mikrorayonda yaşayırlar.
10. İş materiallarında olan olan 02 sentyabr 1995-ci il tarixində verilmiş İ-ИГ № 008524 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Cəlilabad rayonunda anadan olmuş, atası Rüstəmov Əkbər Əli oğlu, anası X1r.
11. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, yaşayış yeri Sumqayıt şəhəri, MİK-5, ev 16/132, mənzil 46-dır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA- 10F/2-784-2024 saylı arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 100 nömrəli “Şəhər yaşayışçılarının öz mənzillərinin şəxsi hesab və kirayə müqavilələrinin bir ailə üzvünün adından digər ailə üzvünün adına keçirilməsi haqqında” Sərəncamına əsasən yaşayış sahəsi 43,62 kv.m olan 3 otaqlı, 5-ci mkrn., ev 16/132, 46 №-li mənzilin orderi əsas kirayəçinin ərizəsi ilə əlaqədar Ərizəçi Ələkbər oğlunun 3 nəfərdən (Ərizəçi Ələkbər oğlu-özü, X2 –anası, X6-atası) ibarət ailə tərkibi ilə adına keçirilmişdir.
13. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 135 nömrəli orderdən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 16/132, mənzil 46 Ərizəçi Ələkbər oğluna verilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-4837/2024 saylı daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, təqdim edilən sənədlərin araşdırılması zamanı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.2005-ci il tarixli 135 nömrəli orderində və Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-10F/2- 784/2024 nömrəli arxiv çıxarışında ata adı “Ələkbər” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində “Əkbər” yazıldığı müəyyən edilmişdir. Bildirilir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli, 5-6/1-R-15-092/2025 saylı məktubdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, eb 16/132, mənzil 46-ya dair Ərizəçi Ələkbər oğlunun adına verilmiş 135 saylı, xx.xx.2005-ci il tarixli orderdə ata adının “Ələkbər”, şəxsiyyət vəsiqəsində isə “Əkbər” kimi yazıldığı səbəbdən “Əkbər” kimi düzəliş olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. Aparılmış arxiv araşdırması nəticəsində sözügedən sərəncamda və sərəncamaltı sənədlərdə ata adının “Ələkbər”, şəxsiyyət vəsiqəsində isə “Əkbər” kimi qeyd olunduğu məlum olmuşdur. Yuxarıda göstərilən uyğunsuzluqlar nəzərə alınaraq ərizədə qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır.
16. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2005-ci ildən etibarən X4 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 16/132, 46 saylı mənzildə qeydiyyatdadırlar.
17. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 5-6/2-1266/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbi”nə dair mülki iş üzrə məhkəmə işi ilə bağlı məktuba şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 16/132, mənzil 46 Ərizəçi 135 saylı, xx.xx.2005-ci il tarixli order əsasında verilmişdir. Aparılmış araşdırma zamanı qeyd olunan sərəncamda və sərəncamaltı sənədlərdə Ərizəçi ata adı “Ələkbər”, şəxsiyyət vəsiqəsində isə “Əkbər” kimi qeyd olunduğu məlum olmuşdur. Nəzərə alınması xahiş olunur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 5-ci mkr., ev 16/132, 46 saylı mənzilin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 135 nömrəli orderdə ərizəçinin ata adı “Əkbər” olduğu halda, “Ələkbər” kimi qeyd edilmişdir və yanlışlığın yol verildiyi order hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
20. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.
21. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
22. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
23. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.
24. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
25. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 5-ci mkr., ev 16/132, 46 saylı mənzilin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 135 nömrəli orderdə Ərizəçi Ələkbər oğluna dair qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 5-ci mkr., ev 16/132, 46 saylı mənzilin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 135 nömrəli orderdə Ərizəçi Ələkbər oğluna dair qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva