Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3578/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs1 olmaqla) hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderin və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-809-2023 saylı arxiv arayışının X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti olmaqla) ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderin və Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 23 saylı arxiv protokolunun X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin iş 2(060)-1290/ 2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, "məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın.” İddia ərizəsinə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmakın Dövlət Kadastrı və X10 Şəxsi Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 31/2-3397/2023 saylı məktubunda qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi Sumqayıt Ərazi İdarəsində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müraciət ilə bağlı bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı order sahibinin ata adında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilən Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderdə atasının ata adı olaraq “X8” kimi, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3- 48-DA-10F/2-809-2023 saylı arxiv arayışında göstərilən 23 nömrəli protokoldan çıxarışda ‘’X9” kimi. ’’ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 377587 nömrəli ölüm haqqında şəhadətnamədə (təkrar) isə “X7" kimi qeyd olunmuşdur. Nəzərə çatdırılmışdır ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1290/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərilən xüsusatlar məhkəməyə təqdim etdiyi yeni iddia ərizəsində qeyd edilmişdir. İddiaçının, cavabdehin ünvanı, şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri, ünvan, yazışmaların aparılmasının istənildiyi ünvan və digər AR MPM-nin tələbləri nəzərə alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli onun ərizəsinə cavablandırılmış məktubunda qeyd edilmişdir ki, AR Dövlət Arxivinin Sumqayıt filialının arxiv arayışında ata adı “atam2” əvəzinə “Aman“, doğum haqqında isə “Hətəm” kimi qeyd olunduğu səbəbdən yaranmış səhvə düzəliş olunması barədə Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Apanlmış arxiv araşdırmaları nəticəsində Sumqayıt Şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988ci il tarixli, 23 saylı protokolu ilə xx.xx.1988-ci il tarixdə verilmiş 987 saylı orderdə və sərəncam altı sənədlərdə ata adı Hüseynov Cümşüd “Atam” oğlu kimi qeyd olunduğu məlum olmuş, bununla da texniki səhvə yol verildiyi məlum olunmuşdur. Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderdə atasının ata adı olaraq “X8” kimi, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-809-2023 saylı arxiv arayışında göstərilən 23 nömrəli protokoldan çıxarışda “X9” kimi, “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İl 377587 nömrəli ölüm haqqında şəhadətnamədə (təkrar) isə “X7” kimi qeyd olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Əlavə olaraq qeyd etdi ki, sənəddə Hüseynov Hətəm yazılmışdır. Hatam yazılmasına baxmayaraq onun babasının adı Hətəmdir. Həmin sənəd evin özəlləşdirilməsi üçün Daşınmaz Əmlaka veriləcəkdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinə də müraciət edilməsinə baxmayaraq nəticəsi olmamışdır. Atasının adı soyadı ata adı əslində X4r. Sənəddə isə rus dilində qarışığı olmadığı üçün başqa söz yazılmışdır. Şahidlərdən biri kirvə, digəri isə əmisi nəvəsidir. 03 iyul 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti maraqlı şəxslər qismində cəlb edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 1 avqust 2024-cü il tarixli, 5-6/2-1586/2024 nömrəli müraciətdən görünür ki, göstərilən uyğunsuzluqla bağlı məsələyə baxılmasını məhkəmə mülahizəsinə təqdim etmişlər. İşə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır. Onun atasının adı Cümşüddür. Mürşüd ailədə üç qardaş və dörd bacıdırlar. Uzun müddətdir ki, onu tanıyır. Qohumluq əlaqələri də vardır. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçini tanıyır. Öncədən qohumluq əlaqələri, yəni kirvəlikləri vardır. Mürşüdün atasının adı Cümşüddür. Cümşüdün atasının adı isə Hətəmdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının aparatının Ərizəçi ünvanlanmış 29 mart 2024-cü il tarixli, 5-6/1-H-53-068/2024 nömrəli müraciətə cavabından görünür ki, aparılmış arxiv araşdırması nəticəsində Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 23 saylı protokolu ilə xx.xx.1988-ci il tarixdə verilmiş, 987 saylı orderdə və sərəncam altı sənədlərdə ata adının Hüseynov Cümşüd “Atam” oğlu kimi qeyd olunduğu məlum olmuş, bununla da, texniki səhvə yol verildiyi məlum olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 57724497 nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 377587 nömrəli ölüm haqqında şəhadətnamənin tərkrar verilmiş surətindən görünür ki, X7 xx.xx.2005-ci ildə Sumqayıt şəhərində baş beyin ödemi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin 08ci ayının 16-cı günündə 1082 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-109-2023 saylı Arxiv çıxarışından müəyyən olunur ki, X2 ata adı “Hətəm” əvəzinə səhvən “Aman” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2023cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən 12 nömrəli mənzil üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müraciət ilə bağlı olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı order sahibinin ata atında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilən Sumqayıt Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 987 nömrəli orderdə ata adı “X8” kimi, Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-809- 2023 saylı arxiv arayışında göstərilən protokoldan çıxarışda “X9” kimi, “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 377587 nömrəli ölüm haqqında şəhadətnamədə isə “X7” kimi qeyd edilmişdir. Nəzərə çatdırılmışdır ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan rus dilindən azərbaycan dilinə tərcümə olunmuş, notarial qaydada təsdiq edilmiş Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sumqayıt Şəhər Mənzil İdarəsinin yaşayış yerlərinin dəyişdirilməsi üzrə büronun 19 oktyabr 1988-ci il tarixli 987 nömrəli orderin surətindən görünür ki, verilir ondan ötrü ki, vətəndaş X7 və onunla 3 otaqlı, sahəsi 63.2 kv.m olan Sisiyan rayonu, Şəki kəndi ünvanında yaşayan 5 nəfər vətəndaş Ayrapetiyan M.V ilə dəyişdirilmə qaydasında ünvan 7 ünvanında yerləşən, sahəsi 47.31 kv.m olan 3 otaqlı mənzilə köçmək hüququna malikdir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən, xx.xx.1988ci ildə «X12» oğlunun adına verilmiş, hüquqmüəyyənedici sənəd olan xx.xx.1988-ci il tarixli, 23 №-li protokolda ərizəçi X2 ata adı “Aman” kimi qeyd olunmuşdur. Həmçinin müəyyən olundu ki, Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sumqayıt Şəhər Mənzil İdarəsinin yaşayış yerlərinin dəyişdirilməsi üzrə bürosu tərəfindən, xx.xx.1988-ci ildə «X12» oğlunun adına verilmiş, hüquqmüəyyənedici sənəd olan xx.xx.1988-ci il tarixli, 987 №-li orderdə ərizəçi X2 ata adı “Aman” kimi qeyd olunmuşdur. Qeyd olunan hüquqmüəyyənedici sənədlər olan order və protokolda yanlışlıqlar aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və sair hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən atasının həqiqi ata adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilənadı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir), ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) ona məxsus olmasıfaktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaqüçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sumqayıt Şəhər Mənzil İdarəsinin yaşayış yerlərinin dəyişdirilməsi üzrə büronun 987 №-li, xx.xx.1988-ci il tarixli orderi və Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 23 saylı arxiv protokolunun X3 məxsus olması faktı müəyyən olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Sumqayıt Şəhər Mənzil İdarəsinin yaşayış yerlərinin dəyişdirilməsi üzrə büronun 987 №-li, xx.xx.1988-ci il tarixli orderi və Azərbaycan SSR Sumqayıt şəhəri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 23 saylı arxiv protokolunun X3 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3578/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3578/2024
26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver