Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3584/2020 28.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı «X14 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı «X14 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər məhkəməsinə müraciət edərək, Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı evə dair Cavabdeh2 adına Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xususi notariusu X1 tərəfindən verilmiş reyestrdə 2V-103 № ilə qeyd edilmiş, xx xxx 2019-cu il tarixli qanun üzrə iş X14 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı evin faktiki olaraq onun qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt ev 15 nənəsi Həsənova Gözəl Qədim qızının mülkiyyətində olmuşdur. Nənəsinin mülkiyyətində olan həmin evdə uşaqlıqdan indiyədək yaşayır. Hal-hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Nənəsi xx xxxxxxx 2004-cü ildə vəfat etmişdir. Nənəsindən qalan miras evi faktiki olaraq o, qəbul etmiş, hal-hazırda həmin evi o, idarə edir və ev onun istifadəsindədir. Həmin evi öz adına rəsmiləşdirmək üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət etmişdir. Ona məlum olmuşdur ki, həmin miras əmlaka tam hissədə Cavabdeh2 adına xx xxx 2019-cu il tarixdə X14 hüququ haqqında şəhadənamə verilmişdir. Ona görə də, həmin miras əmlakı öz adına rəsmiləşdirə bilməmişdir. Faktiki olaraq miras əmlakı o, qəbul etdiyi halda, orada yaşamayan bibisinin adına vərəsəlik haqqında şəhadətnamə verilmişdir. X14 hüququ haqqında şəhadənamə verilərkən digər vərəsələr müəyyən edilməli və onların payı açıq saxlanılmalı idi. Lakin qanunun bu tələbləri pozulmuşdur. Ona görə də o, evi öz adına rəsmiləşdirə bilmir. Hesab edir ki, mirasın onun faktiki qəbul etməsi faktı müəyyən olunmalı, Cavabdeh2 adına verilmiş xx xxx 2019-cu il tarixli qararı üzrə vərəsəlik hüququ haqqında şəhadənamə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin notariusu X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğuyer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında, üçüncü şəxs qismində cəlb edilmiş X5 göstərmişdir ki, miras qoyan mərhum Həsənova Gözəl Qədim qızı onun anasıdır. Cavabdeh2 onun bacısı, İddiaçı isə onun mərhum qardaşı Abdullanın oğludur. Miras qalmış evdə daim qardaşı və onun ailəsi yaşamışdır. Belə ki, o və bacısı Serinka ailə quraraq gəlin köçmüş və onların özlərinə məxsus evləri vardır. Anasından miras qalmış ev faktiki olaraq iddiaçı tərəfindən qəbul edilmişdir. Bu evə dair onlar arasında heç vaxt mübahisə olmamışdır və evin iddiaçının olduğuna əmin olmuşlar. Hazırda isə ona məlum olmuşdur ki, miras qalmış evə dair bacısı Cavabdeh2 xx.xx.2019-cu il tarixdə X14 hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən, bir vərəsə kimi onun məlumatı olmamış, buna razılığını bildirməmişdir. O, anasından miras qalmış evdən heç bir pay tələb etmir. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Muradova (Quliyeva) Minayə Abdulla qızı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, nənəsi Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı ev qardaşı İddiaçı tərəfindən faktiki qəbul edildiyindən və idarə edildiyindən həmin evdən heç bir pay tələb etmir və evin qardaşı İddiaçı adına qeydə alınmasına etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş X8 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qaynanası Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı ev oğlu İddiaçı tərəfindən faktiki qəbul edildiyindən və idarə edildiyindən həmin evdən heç bir pay tələb etmir və evin oğlu İddiaçı adına qeydə alınmasına etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş X6 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, nənəsi Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı ev qardaşı İddiaçı tərəfindən faktiki qəbul edildiyindən və idarə edildiyindən həmin evdən heç bir pay tələb etmir və evin qardaşı İddiaçı adına qeydə alınmasına etiraz etmir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, 15 nömrəli ev Həsənova Gözəl Qədim qızının adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənova Gözəl Qədim qızı xx.xx.2004-cü il tarixdə baş beyinə qansizma səbəbindən vəfat etmiş və bu barədə akt qeydləri kitabında 1340 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X14 X2 görünür ki, xx.xx.2004-cü ildə ölmüş Həsənova Gözəl Qədim qızının vərəsəsi Səfərova X3 şəhəri, Stansiya Sumqayıt,15 nömrəli evə dair miras əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan digər ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin atası X7 xx.xx.1983-cü il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında 401 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Vİİİ-JQ 392116 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə anadan olmuş, atası X7, anası isə X4r. İş materiallarında olan doğum haqqında çıxarışdan görünür ki, X7 xx.xx.1952-ci ildə anadan olmuş, atası X6, anası isə Həsənova Gözəl Qədim qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən X14 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən X14 zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşin araşdırılan hallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, Həsənova Gözəl Qədim qızı xx.xx.2004-cü il tarixdə vəfat etmiş, lakin Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bundan sonra yəni, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 X14 hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, Cavabdeh2 anasının ölümündən 15 il keçdikdən sonra notariat ofisinə müraciət etmiş və X14 haqqında şəhadətnamə almışıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən isə görünür ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Lakin Cavabdeh2 qanunda nəzərdə tutulmuş müddəti ötürmüş, müddəti ötürsə belə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə aidiyyatı üzrə məhkəməyə ərizə verməmişdir. Həmçinin X14 hüququ haqqında şəhadətnamə verilərkən digər vərəsələrin dairələri müəyyən edilməmiş, mirasın kim tərəfindən faktiki olaraq qəbul edilməsi halı nəzərə alınmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X14 hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət edilməmiş, bu hal isə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını tələb etməkdə haqlı olması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı evin faktiki olaraq İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilməli, Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı evə dair Cavabdeh2 adına Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xususi notariusu X1 tərəfindən verilmiş reyestrdə 2V-103 № ilə qeyd edilmiş, xx xxx 2019-cu il tarixli X14 hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 216-220, 191, 261 və 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı evin faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Həsənova Gözəl Qədim qızından miras qalmış Sumqayıt şəhəri, Stansiya Sumqayıt 15 saylı evə dair Cavabdeh2 adına Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xususi notariusu X1 tərəfindən verilmiş reyestrdə 2V-103 № ilə qeyd edilmiş, xx xxx 2019-cu il tarixli X14 hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3584/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3584/2020
28.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver