Məhkəmə qərarları › İş №2(060)-3600/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3600/2021

21.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3600/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağlar massivi B37005B ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərfindən verilmiş JN-403H KOD 30800086 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, o, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda yuxarıda göstərilən ünvanda ailəsi ilə yaşayır. Sumqayıt şəhəri Saray bağlar massivi B3705B ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 08.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış və imtina edilmişdir. İmtina edilməsi barədə bildirişdə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN- 403H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də üçüncü mülkiyyətçinin, yəni onun adının səhvən “Rizvan” olaraq qeyd olunduğu göstərilmişdir. Buna görə də JN-4Cİ3H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli “Torpağın Milkiyyətə verilməsinə dair şəhadətnamə”nin şəxsiyyət vəsiqəsinin təqdim olunmuş şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün ona məhkəmə orqanlarına müraciət etməsi bildirilmiş və qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də o, hazırki ərizə ilə məhkəməyə müraciət edirək bildirir ki, onun əsl adı Ərizəçidur. Doğum haqqında şəhadətnamədə, eləcə də şəxsiyyət vəsiqəsində də adı Ərizəçi Məmmədli oğlu kimi qeyd olunmuşdur. Əlavə olaraq nikah haqqında şəhadətnamədə və hərbi biletində də adı Ərizəçi kimi qeyd edilmişdir. Həmin sənədlərin təsdiq edilmiş surətləri də ərizəyə əlavə olunmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun qardaşıdır. Sözü gedən bağ sahasi onun mərhum atası, anası, onun və qardaşlarının adınadır. Həmin sənəddə qardaşı Ruslanın adı həqiqətən də texniki səhv əsasında “Rizvan” kimi qeyd edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, XVİİİ-JQ 418312 nömrəli doğum haqqında şəhadətnamənin, AO ******* nömrəli hərbi biletin və AZ-İ № 624446 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, həmin sənədlərdə ərizəçinin adı “Ruslan” kimi qeyd edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-403H, KOD 30800086 nömrəli şəhadətnamədən görünür ki, Sumqayıt şəhər İH-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının 02.04.1997-ci il tarixli, 04 saylı qərarına əsasən Sumqayıt şəhəri, Saray bağlar massivindəki yerləşən B-37005b saylı bağ sahəsi X3 ,Məmmədov Məmmədəli H. oğlunun, X1, X2, X9 oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Maraqlı şəxsn tərəfindən verilmiş 02.03.2021-ci il tarixli, **********79 nömrəli bildirişdən görünür ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN-403H KOD 30800086 nömrəli, 09.01.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə üçüncü mülkiyyətçinin adı “Rizvan” kimi qeyd edilmişdir. Lakin, Mülki qanunvericiliyin tələblərinə əsasən hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətinə aid olduğu üçün, bununla bağlı ərizəçiyə yaşayış yeri üzrə məhkəməyə müraciət etməsi bildirilmiş, qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. İş materiallarından göründüyü kimi Ərizəçi adı bütün sənədlərdə “Ruslan” kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-403H, KOD 30800086 nömrəli şəhadətnamədə olan məlumatların Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Bundan başqa, işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, Saray bağlar massivi B37005b ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-403H, KOD 30800086 olan şəhadətnamədə “X5”na aid məlumatların ərizəçi “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar