Məhkəmə qərarları › İş №2(060)-3604/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3604/2025

01.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3604/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1nə dair "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən tərtib edilən 120335 №li, xx.xx.2025-ci il tarixli akt əsasında əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 uzun illərdir onun istifadəsindədir. Qeyd edir ki, həmin evi o qardaşı ilə bərabər almışdır. Aralarında pay bölgüsü olmuşdur. Hər birinin ayrıca həyəti, qapısı vardır. Digər qardaşı ilə qonşudur. Belə ki, yaşadıqları müddətdən evə dair bütün kommunal, yəni elektrik, su, qaz təchizatları ilə təmin olunmuşdur. Qanunvericiliklə nəzərdə tutulan qaydalarla lazımi dövlət təşkilatlar ilə onun arasında müqavilə bağlanmış, abunə kodları da onun adına qeydiyyata alınmışdır. Həmçinin də "xxxx" ASC ilə onun arasında 32279034 N-li müqavilə bağlanmış, həmin müqavilə əsasında yaşayış evinə su çəkilərək su sayğacı quraşdırılmışdır. **********000 nömrəli abunə kodu onun adına qeydiyyata alınmışdır. Həmin tarixdən cavabdeh təşkilatla onun arasında heç bir mübahisə yaranmamış, ödənişlər də vaxtı vaxtında ödənilmişdir. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən onun faktiki istifadəsində və mülkiyyətində olan bağ evinə dair **********000 nömrəli abonent koduna əsassız olaraq 189 manat həbləğində cərimə borcun hesablanması ilə bağlıdır. Belə ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2025-ci il tarixdə, sayğaca baxış keçirilmiş və bununla bağlı 120335 Ne-li akt tartib edilmişdir. Həmin akta əsasən, sayğaca baxış keçirilən zaman ünvandan d=20mm-lik xəttdən sayğacdan kənar, qanunsuz istifadə halının aşkarlandığı müəyyən edilmişdir. Hesab edir ki, sözü gedən akt və həmin akt əsasında hesablanmış cərimə borcu tamamilə əsassız və qanunsuzdur. Bu borc reallığı əks etdirmir. Belə ki, sayğac həyətə quraşdırılaraq xüsusi plomla bağlanmışdır və həmin sayğaca nəzarət edilməsinə görə məsuliyyət məhz cavabdehin əməkdaşlarının üzərinə düşür. Habelə sayğaca bağlanan su filtrinin su sızması açıq aşkar görünür. Dəfələrlə bu barədə nəzarətçilər görmüş olsa da, bunun həlli ilə bağlı heç bir müsbət addım atmamışlar. Daha dəqiq olaraq bildirir ki, su kartında yüklənmiş məbləğ bitdikdən sonra su dayanmalı olduğu halda, sayğac su sərfiyyatını həmin sızmaya görə qeyd edir. Bu da artıq su sərfiyyatının işlədilməsi ilə nəticələnir. Reallıqda su kartında məbləğ bitdikdən sonra onlar evdə sudan istifadə edə bilmirlər, həmin su sızmanın nəticəsində hesablanır. Bununla bağlı onun müraciətləri ilə əlaqəli heç bir yoxlama, heç bir fəhlə həmin sızmanın qarşısını almamışdır. Sayğac çöldə quraşdırıldığı halda və cavabdeh tərəfindən daim onun xəbəri olmadan sayğaca olduğu yerdə baxış keçirilmə imkanı olduğu halda necə ola bilər ki, sayğacın görünən hissəsinə müdaxilə edilsin? Həmçinin sayğaca məhz onun və ya ailə üzvləri tərəfindən müdaxilə edilməsi heç bir dəlillə sübuta yetirilmir. Qeyd etmək istəyir ki, aylıq ödənişlər daim tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, hesablanmış cərimə borc tamamilə əsassız və qanunsuzdur. Hesab edir ki, cavabdeh təşkilat müvafiq komissiya təşkil edərək, sayğac quraşdırılan yerə baxış keçirməli, sayğacın düzgün işləməsi, məsələnin həlli üçün müvafiq addımlar atmalı idi. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə nəzərə almalıdır ki, sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını pozur. Göründüyü kimi bu borc reallığı əks etdirmir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1nə dair İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən tərtib edilən 120335 №li, xx.xx.2025-ci il tarixli akt əsasında əsassız hesablanmış 168 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cərimə əsassız şəkildə yazılıb. Elə ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Sayğaca heç bir qoşulma olmayıb. 15 gündür sayğacın üzərində plomb var. Ana xətt yoxlanmayıb. Su kəsiləndə çəndən istifadə edirlər. Ayda 50 manat ödəniş edirlər. Cavabdehin dediyinə görə onlar bir aya 70 tondan çox sudan istifadə etməlidirlər. Lakin bu mümkünsüzdür. Günə 2 ton yarım suyu hara işlədə bilərlər. Cavabdeh təşkilatın onlara qərəzi vardır. Onlar bildirirlər ki, iddiaçı aya 50- 60 manat ödəniş edərək, istədiyi qədər sudan istifadə edə bilər. Eyni zamanda sayğacdan çıxan xətt sübut edir ki, plomb üzərindədir. Onun iştirakı olmadan həyətində çəkiliş olmuşdur. Biri rəqəmsal, digəri kartla olmaqla iki sayğac var. Sayğacdan əvvəllər bir xətt ayrılırdı.Onu da bağlayıblar. Dəfələrlə müraciət etsələr də, dəyişməmişlər. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, görüntülərdən də göründüyü kimi qanunsuz qoşulma vardır. Video-çəkiliş də olunub. Ona görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli abonent kartından müəyyən olunur ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, ev 605 ünvanında su və kanalizasiya xidmətlərindən istifadəyə görə 2025-ci il üzrə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən 178.4 manat məbləğində borc hesablanmışdır. - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi Saray bağları massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 37 nömrəli, 28 aprel 2025–ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. -“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən tərtib edilmiş 120335 nömrəli, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanda d=20 mm-lik xətdən sayğacdan kənar, qanunsuz istifadə halı aşkar edilmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə görə yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən sayğacların hər ikisi bağlı olduğu halda həmin ünvanda yerləşən baka su dolur, yəni sərfiyyat vardır. İddiaçının nümayəndəsinin məhkəmə iclasında qanunsuz xəttin olub-olmamasına münasibətdə fikirlərini belə ifadə etmişdir ki, əvvəlcədən çəkilmiş başqa bir xəttin olmasını, lakin həmin xəttdən istifadə etmədiyini bildirsədə, işin araşadırılan halları onu deməyə əsas verir ki, cavabdeh tərəfindən təqdim edilmiş çəkiliş zamanı onu təqzib edən dəlillər, yəni sayğacların bağlı olduğu vaxtda iddiaçıya məxsus baka suyun haradan gəlməsi, ən əsası qanunsuz xəttin olmaması inandırıcı sayılmayaraq, iddia tələbinin əsassız olmaqla, təmin edilməməsi qənaətinə gəlməsinə gəlməsinə imkan verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmaması nəzərə alınaraq ,«İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3rşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3rşı « əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar