Məhkəmə qərarları › İş №2(060)-361/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-361/2024

08.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-361/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı Rzayeva İradə Qasım qızının fəaliyyət qabiliyyətinin olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, bacısı xx.xx.1957-ci il təvəllüdlü Rzayeva İradə Qasım qızı paranoid şizoifreniya xəstəsidir. O, “Paranoid şizofreniya, fasiləsiz gedişli, F200” diaqnozu ilə Sumqayıt şəhər 3 nömrəli X1 psixiatrik dispanser müşahidəsindədir. Bildirmək istərdi ki, psixi qüsurun nəticəsində bacısının öz hərəkətlərinin mənasını anlaya bilməməsi və bir sıra hallarda öz hərəkətlərini idarə edə bilməməsi halları da baş verir. X9 Musa xx.xx.2007-ci il tarixində, anaları X2 isə xx.xx.2006-cı ildə vəfat etmişlər. Bacısı 30 ildən artıq müddətdir psixiatrik xəstədir və onu ən yaxşı tanıyan və qoruyan insan olaraq qəyyumluğunu öz üzərinə götürməək istəyir. Belə ki, o bir sıra hərəkətlər edərkən bu qanunla tənzimlənməlidir. Ərizəsinə əlavə etdiyi sənədlərdən sübuta yetirilir ki, bacısı ağır dərəcəli şizofreniya xəstsiədir. Onun elədiyi hərəkətlərin hüquqi əhəmiyyət verməsi üçün mütləq onun qəyyumu təyin olunmalıdır. Hazırkı ərizəni verməyinin əsas səbəbi bundan ibarətdir. Hesab edir ki, məhkəmə əsassız vaxt itkisinə yol verməmək səbəbi ilə hazırlıq iclasında işə baxarkən bacısının sağlamlıq (psixoloji) vəziyyətini müəyyən etmək üçün ekspertiza təyin etməlidir. Ərizəsitam qanuni və əsaslıdır. Bacısı xx.xx.1957-ci il təvəllüdlü Rzayeva İradə Qasım qızının uzun illər paranoid şizofreniya xəstəsi olmasını və öz hərəkətlərinin mənasıı anlaya bilməməsi, özünü idarə edə bilməməsini, eyni zamanda daimi nəzarət altında olmalı olduğunu nəzərə alaraq ərizəsinin təmin olunması zəruridir.Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə dair izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, bacısı artıq uzun müddətdir ki, paranoid şizoifreniya xəstəliyindən əziyyət çəkir və onun vəziyyəti getdikcə daha da ağırlaşır. Hər zaman o, bacısının maddi və mənəvi tələbatlarını ödəmişdir. Bəzən mühüm qərarların qəbul edilməsi halları olur ki, həmin vaxt bacısının da fikrinin öyrənilməsi zərurəti yaranır, lakin bacısı öz fikirlərini ifadə edə bilmir. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SX014265025AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. X8 Qasım qızının səhhəti buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Tibb Mərkəzi PHŞ Sumqayıt şəhər 1 nömrəli Xəstəxananın xx.xx.2023-cü il tarixli 198 nömrəli arayışından görünür ki, Rzayeva İradə Qasım qızı Sumqayıt 3 nömrəli şəhər X1 psixiatrik dispanser və müşahidəsindir. İşdə olan AZ- İJ 255803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayeva İradə Qasım qızı xx.xx.1957-ci il ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası Xanımnisə Rzayevadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3562 saylı rəyinə əsasən, Rzayeva İradə Qasım qızında Şizofreniya paranoid forma, p six i qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə ilk dəfə psixi vəziyyətində dəyişikliklər 2005-ci ildə meydana gəlməsi, ilk dövrlərdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları, qeyri-adektav hərəkətləri biruzə vermiş, “Paranoid şizofreniya, fasiləsiz gedişli” diaqnozu ilə Sumqayıt şəhər 1 nömrəli X1 psixiatrik dispanser müşahidəsində olması, əvvəllər psixi vəziyyətində kəskinləşmə ilə əlaqədar dəfələrlə stasionar müalicədə olması, sonuncu dəfə Sumqayıt Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Paranoid şizofreniya” diaqnozu ilə stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, hazırda həkim-psixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul etməsi, buna baxmayaraq psixi vəziyyəti ilə əlaqədar öz-özünə danışması, gülməsi, evdə ara-sıra aqressiv hərəkətlərə yol verməsi, çaşqınlıq halları keçirməsi, davranışında qeyriadekvatlıq ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji olması, autikliyi, passiv olaraq münasibət sayıqlama ideyaları və hallüsinator təsirə məruz qalması, öz hiss və həyəcanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. 1-ci və 2-ci suallara cavab: Rzayeva İradə Qasım qızında Şizofreniya paranoid forma, psixi qüsurhalı xroniki psixi xəstəlik qeyd olunur. X6 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasım dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də Rzayeva İradə Qasım qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Rzayeva İradə Qasım qızında müəyyən edilən Şizofreniya paranoid forma, psixı qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Rzayeva İradə Qasım qızı vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3562 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü Rzayeva İradə Qasım qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü Rzayeva İradə Qasım qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar