Məhkəmə qərarları › İş №2(060)-3637/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3637/2021

02.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3637/2021 02.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsilə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzilini almışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən 08.12.2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyat aparılaraq, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzili "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 25.02.2021-ci il tarixli “ASAN-1” vasitəsilə əldə olunmuş Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır və bu şəxslərin həmin mənzildə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzildə hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə heç bir hüququ yoxdur. ünvan 1 ünvanı kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 20 saylı evin 98 saylı mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə forma №2 təqdim edib, iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hərracla bağlı şikayət yoxdur, banka heç bir məlumat daxil olmayıb. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı tam xüsusi mülkiyyət hüququ ilə iddiaçı "xxxx" KB ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan hərracın yekunları barədə 29/02 nömrəli protokolundan görünür ki, ünvan 1 ünvanı 19.10.2020-ci il tarixində hərraca çıxarılmış, ilkin hərrac qiyməti 52000 manat, təkrar hərracdakı ilkin satış qiyməti isə 44200 manat olmuşdur. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanı 19.10.2020-ci il tarixində keçirilmiş hərracda 33150 manat qiyməti ilə "xxxx" KB ASC qalib olmuş və onun nümayəndəsi X4 ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X7” MMC arasında müqavilə imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.08.2019-cu il tarixli, 2(102)-5244/2019 saylı qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2(105)-157/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasında maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamaması, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılsınlar və həmin mənzil boşaldılaraq iddiaçı "xxxx" KB ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar