Məhkəmə qərarları › İş №2(060)-3641/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3641/2021

07.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3641/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən ona məxsus olan Sumqayıt şəhəri, 45-ci məhəllə, 52/3 saylı evin, 46 nömrəli mənzilinə aktlar əsasında hesablanmış 201.88 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 52/3 saylı evin, 46 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehin əməkdaşları ona xəbərdarlıq etmədən və onun xəbəri olmadan onun mənzilinə dair 201.88 manat borc hesablamışlar. Bununla bağlı akt tərtib edilmiş və akt tərtib edilən zaman onun xəbəri olmamışdır. Həmin aktın tərtib olunmasına səbəb kimi isə, sayğaca müdaxilə olunması qeyd edilmişdir. Bundan başqa ünvana quraşdırılmış elektrik hesabat sayğacı pilləkən meydançasında xüsusi qutuda yerləşdirilmişdir. Hesab edir ki, ona hesablanmış borc əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, 11.01.2021-ci il tarixdə "xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğaca müdaxilə olunması ehtimalı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 11.01.2021-ci il tarixli, 211502 saylı akt əsasında 201,88 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.02.2021-ci il tarixli, 210910 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokolun surətindən görünür ki, 211502 saylı akta əsasən müəyyən edilmişdir ki, sayğacın gövdəsində aşağı çöl tərəfdə üst qapaq bağlanan hissədə əzilmə müşahisə olunur, hesablama mexanizminin dişli çarxlarında və metal korpusunda cızıqlar müşahidə olunur. İş materiallarında olan abunə haqqı arayışından görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 52/3 saylı evin, 46 nömrəli mənzilinə aktın köhnə tarifi (0.07) ilə 129.50 manat, EİQ pozulması nəticəsində isə 72.38 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 52/3 saylı evin, 46 nömrəli mənzili İddiaçı məxsusdur. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, akt əsasında hesablanmış aktın köhnə tarifi (0.07) ilə 129.50 manat və EİQ pozulması nəticəsində hesablanmış 72.38 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 mənzilə məxsus elektrik sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini qeyd etsə də, etirazının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki “xxxx” ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün aktın köhnə tarifi (0.07) ilə 129.50 manat və EİQ pozulması nəticəsində hesablanmış 72.38 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqlaj tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilinəsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə, 52/3 saylı evin, 46 nömrəli mənzilinə itirilmiş elektrik enerjisinin bərpası üçün aktın köhnə tarifi (0.07) ilə 129.50 manat və EİQ pozulması nəticəsində hesablanmış 72.38 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə, 52/3 saylı evin, 46 nömrəli mənzilinə (Abunə kodu: **********00562) itirilmiş elektrik enerjisinin bərpası üçün aktın köhnə tarifi (0.07) ilə 129.50 manat və EİQ pozulması nəticəsində hesablanmış 72.38 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar