Məhkəmə qərarları › İş №2(060)-3645/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3645/2023

05.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3645/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı , Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı nun Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Yaşıl Dərə yeni yaşayış massivi ünvanında yerləşən fərdi ev faktiki olaraq onun istifadəsindədir. Cavabdeh Sumqayıt X3 əməkdaşları tərəfindən onun fərdi evinə quraşdırılmış smartkart tipli qaz sayğacı yeni smartkart tipli qaz sayğacı ilə əvəz edilmişdir. Evdən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X1 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və xx.xx.2023-cü il tarixli, MSK-14-2/3-5-4235-1 saylı akta əsasən müəyyən edilmişdir ki, sayğacın çıxış paltsmas borusunun deşilməsi, qayka plomb üçün nəzərdə tutulmuş qulaqcığın qırılması, xətaların normadan artıq olması, sayğacın minimal və nominal sərfiyyatda 100% nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyini, sayğacın istismar yararsız olması qeyd edildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ xx.xx.2023-cü il tarixli, ******* №-li akt tərtib olunmuş, akta əsasən iddiaçıya 3110.4 manat cərimə hesablanmışdır. İddiaçı aktla razılaşmır. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmadığını qeyd etmişdir. Tələb olunan məbləği əsassız hesab edir. Aktın tərtibində iştirak etməmişdir və aktı imzalamamışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən quraşdırılmış smartkart tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Qaz sayğacı fərdi evin çöl divarında, 20 metr uzaqlıqda yerləşir. İddiaçı bildirir ki, sayğaca olunan hər hansı müdaxiləyə, sayğacın sıradan çıxmasına görə günahkar deyildir. Qeyd edilənlərə əsasən məhkəmədən, cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən abonent saldosunda göstərilən 3110.40 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x180=25920m3x0, 12qəpik=3,110,40 (üç min yüz on manat qırx qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Dövlət təşkilatı kimi Azəriqaz İstehsalat Birliyinin məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə bu da öz növbəsində dövlətə maliyyə cəhətdən zərər vurar. Ona görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, akta əsasən itirilmiş qazın bərpası üçün 3110.4 manat məbləğində cərimə hesablanmışdır.Cavabdeh Sumqayıt X3 əməkdaşları tərəfindən quraşdırılmış smartkart tipli qaz sayğacı yeni smartkart tipli qaz sayğacı ilə əvəz olunmuşdur. Sayğac dəyişdirildikdən sonra problem olmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “ xx.xx.2023-cü il tarixli, ******* №-li akt tərtib olunmuş, akta əsasən iddiaçıya 3110.4 manat cərimə hesablanmışdır. İddiaçı aktla razılaşmayaraq,onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmadığını bildirdi. Tələb olunan məbləği əsassız hesab etdi. Aktın tərtibində iştirak etməmişdir və aktı imzalamamışdır. İddiaçı bildirmişdir ki, sayğaca olunan hər hansı müdaxiləyə, sayğacın sıradan çıxmasına görə günahkar deyildir. 2023-cü ilin sonuna 25920 kub metr qaz sərfiyyatı olmuş və ilin sonuna 3110.4 manat vəsait hesablanmışdır. Evdə 4 gözlü qaz sobası vardır, onun da 1 gözü işləyir. Qışda da kombi işlədir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Akt əsasında 3110.4 manat hesablanmışdır. Akta göstərilən məbləğ əsaslıdır. 3110.4 manatı iddiaçı mübahisələndirdiyi üçün iddiaçı özü sübut etməlidir. Akta qeyd olunmuş borc iddiaçı tərəfindən Cavabdehnə ödənməlidir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, qayka plomb üçün nəzərdə tutulmuş qulaqcıq qırılmış, xətalar normadan artıq olmuş, sayğacın minimal və nominal sərfiyyatda 100% nisbi xəta ilə işləmiş, hesablama mexanizminin minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etməmiş, sayğac istismar yararsız kimi qiymətləndirilmişdir. 25 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, 25 aprel 2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 25920 kubmetr qaz itkisi hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********04960) Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 4-cü məhəllə ünvanında xx.xx.2022-ci il tarixdə ZENNER G4T SMART tipli, **********427 nömrəli sayğac quraşdırılmışdır. 04/2023-cü il tarixə 25920 kub metr qaz sərfiyyatı olmuş və ilin sonuna 3110.4 manat vəsait hesablanmışdır. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmiş, qayka plomb üçün nəzərdə tutulmuş qulaqcıq qırılmış, xətalar normadan artıq olmuş, sayğacın minimal və nominal sərfiyyatda 100% nisbi xəta ilə işləmiş, hesablama mexanizminin minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etməmiş, sayğac istismar yararsız kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilməsi, qayka plomb üçün nəzərdə tutulmuş qulaqcığın qırılması, xətaların normadan artıq olması, sayğacın minimal və nominal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 04/2023-cü il tarixə 25920 kub metr qaz sərfiyyatı olmuş və həmin tarixə 3110.4 manat vəsait hesablanmışdır. Bu 25920 kub metr qaz sərfiyyatı üçün 25 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 3110.4 manat pul vəsaiti hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 3110.4 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 25 aprel 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış 3110.4 manat borc abonentin hesabından (abonent kodu **********04960) silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 51.11 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********04960 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 3110.40 (üç min yüz on) manat 40 (qırx) qəpik borc silinsin. Cavabdehndən 51 (əlli bir) manat 11 (on bir) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar