Məhkəmə qərarları › İş №2(060)-3651/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3651/2023

29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3651/2023 29.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi və abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixində xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 21 saylı evin, 14 saylı mənzilinin **********00109 saylı abonent kodunun onun adına rəsmiləşdirilməsinin cavabdeh "xxxx" ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdeh tərəfindən hesablanmış 235.03 manat borcun silinməsini və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 21 saylı evin, 14 saylı mənzilinin abonent kodunun onun adına rəsmiləşdirilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 21, mənzil 14 ərazisində yerləşən ümumi sahəsi 28.00 m2 olan fərdi yaşayış sahəsi onun istifadəsindədir. Mənzilin sahibinin dəyişməsinə baxmayaraq həmin mənzilə verilmiş abonent kodu yeni istifadəçi olaraq onun adına dəyişdirilməmişdir. Buna görə də o, cavabdeh təşkilata müraciət edərək istifadəsində olan mənzilə verilmiş abonent kodunun keçmiş istifadəçinin adından öz adına dəyişdirilməsini xahiş etmişdir. "xxxx" ASC-nin elektron məlumat bazasında araşdırma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış sahəsi **********00109 nömrəli abunə kodu ilə qeydiyyatdadır və həmin kod üzrə əvvəlki dövrdə istehlak edilmiş, lakin dəyəri ödənilməmiş dondurulmuş borc mövcuddur. O, cavabdeh təşkilatın gətirdiyi arqumenti əsassız hesab edir. Hazırda sayğacı öz adına rəsmiləşdirmək istəsə də göstərilən borcların olması buna maneə olur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, məsələ ilə bağlı "xxxx" ASC-nin elektron məlumat bazasında araşdırma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış sahəsi **********00109 nömrəli abunə kodu ilə qeydiyyatdadır və həmin kod üzrə xx.xx.2015-ci ilədək olan dövrə aid dondurulmuş borc mövcuddur. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı ilə MN H.Zeynalabdin rayon MİH arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, 153 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Tağıyev 3, Hərbi şəhərciyi, F.Qayıbov küçəsi, 21 nömrəli binada 14 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 28.0 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin istifadəsinə verilmişdir. - Abunə haqqında çıxarışdan görünür ki, keçmişə doğru M-K sərfiyyatına görə hesablanmış 235.03 manat borc mövcuddur və abonent kodu Bayramov İ. adınadır. -"xxxx" ASC-nin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizədə qeyd edilən məsələ ilə bağlı "xxxx" ASC-nin elektron məlumat bazasında araşdırma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış sahəsi **********00109 nömrəli abunə kodu ilə qeydiyyatdadır və həmin kod üzrə xx.xx.2015-ci ilədək olan dövrə aid dondurulmuş borc mövcuddur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 21 saylı evin, 14 saylı mənzilinə 235.03 manat dondurulmuş borc mövcuddur. Həmin məbləğ keçmişə doğru M-K sərfiyyatına görə hesablanmış borcdur. Abonent kodu Bayramov İ. adınadır. İddiaçı mənzili xx.xx.2019-cu ildə kirayəyə götürmüşdür. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanmış 235.03 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 235.03 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “ETAİS-dən gələn borc” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb edilməsi, eləcə də kirayə müqaviləsinə əsasən yaşadığı mənzilin elektrik enerjisi üzrə abonent kodunun onun adına rəsmiləşdirilməməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Odur ki, iddia əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, abonent kodu **********00109 olan ünvana hesablanmış 235.03 manat borc silinməli və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 21 saylı evin, 14 saylı mənzilinin abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X2 yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 21 saylı evin, 14 saylı mənzili üzrə qeydiyyata alınmış **********00109 saylı abonent koduna hesablanmış 235.03 manat borc silinsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 21 saylı evin, 14 saylı mənzilinin abonent kodunun iddiaçı X2 adına rəsmiləşdirilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar