Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3658/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən **********00026 saylı abonent koduna 285355 saylı akt əsasında əsassız olaraq hesablanmış 580 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən ona hesablanmış 579.89 manat debitor borcun silinməsi barədə iddiası təmin edilməmişdir. Hazırda iddiaçı borcun məbləğinə cuzi dəyişiklik edərək, "xxxx" ASC-yə qarşı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin icraatda da İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 285355 saylı akt əsasında yazılmış borc mübahisələndirilmişdir. Beləliklə eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı yenidən borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(060)-3658/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3658/2024
06.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver