Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3664/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı bağ sahəsinin açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin paylara mütənasib bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı bağın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin iddiaçılar və cavabdeh arasında paylarına mütənasib bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 3969 saylı bağ paylı mülkiyyət hüququ əsında iddiaçılara və cavabdehə məxsusdur. Bunu 12.04.201 8-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* saylı çıxarış təsdiq edir. B-3969 saylı bağ sahəsinin ölçüsü 0,10 ha-dır. Cavabdeh iddiaçıların bağdan istifadə etməsinə maneçilik törətdiyinə görə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişlər. Sumqayıt şəhər Məhkəməsinin (xx.xx.2021-ci il tarixli, 2(060)-556/2021 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı bağ sahəsinə paylı mülkiyyətin mülkiyyətçilərinin cavabdeh tərəfindən müdaxiləsi qadağan edilmişdir.Lakin paylı mülkiyyətin mülkiyyətçiləri kimi iddiaçılar öz paylarından istifadə edə bilmirlər. Buna cavabdeh imkan vermir. Hesab edirlər ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı bağın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin iddiaçılar və cavabdeh arasında paylarına mütənasib bölüşdqrülməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il 2(060)-64/2020 nömrəli qətnaməsi ilə Cavabdehlər -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi və İddiaçı2,İddiaçı1 və digərinə qarşı “paylı torpaq sahəsinin naturada bölünməsi və torpaq sahəsi üzərində inşa edilmiş evə mülkiyyət hüquqnun tanınması “barədə iddia tələbimi qismən təmin etmiş,Sumqayıt şəhəri,Novxanı Bağ massivi B-3969 saylı 0,10 ha torpaq sahəsinin % hissəsi yəni 0,025 ha. ölçüdə Cavabdeh qızma aid hissədə naturada bölünsün”barədə qətnamə qət etmişdir.Qətnamə qanuni qüvvəsini almışdır. 0.10 ha torpaq sahəsinin 0.025ha torpaq sahəsi üzərində 2014-2017-ci illər ərzində ümumi sahəsi 200 kv.m bir mərtəbəli fərdi ev inşa etdirmişdir,iki oğlu -ailəsi ilə birgə həmin evdə yaşayır.Başqa yaşayış sahəsi yoxdur. Həmin torpaq sahəsinin özünə aid olan hissəsindəki fərdi ev mənə məxsusdur, evə 90000 manat xərc çəkmişdir. Müvafiq dövlət (081396 nömrəli) lisenziyası ilə fəaliyyət göstərən "xxxx" MMC-in mütəxəssisi fərdi evin və torpaq sahəsinin memarlıq planlaşdırmasını aparmış,plan-sxemini tərtib və təsdiq etmişdir. Faktiki yaşadığı fərdi ev Cavabdeh mülkiyyətindəolan 0.025ha torpaq sahəsində yerləşir. 2(060)-64/2020 nömrəli mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki,Sumqayıt şəhəri,Novxanı bağ massivi, B-3969 -da yerləşən 0,10 ha torpaq sahəsindən iddiaçının payına düşən 0,025 ha torpaq sahəsinin (1/4 payın) sahəsinin ayrılması münkündür. Azərbaycan Respublikasında Hərracın keçrilməsi qaydaları və müddətləri qanunlarla tənzimlənir.Hərrac yalnız boş ayıca torpaq sahəsi üzərində keçirilə bilər.Torpaq sahəsinin bir hissəsi,yəni 0,025ha paylı mülkiyyət olaraq Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(0xx-xx/2020 saylı qətnaməsi ilə 0.025ha Cavabdeh aid hissədə naturada bölünmüşdür.Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün DƏDRX-ya göndərilmişdir.Belə olan halda necə hərrac keçirilə və onu ailəsi ilə birgə yaşayış sahəsindən məhrum etmək olar? İddiaçı tərəf həm də torpağın qiymətlədirilməsini tələb edir. Halbuki DƏDRX-in xx.xx.2018-ci il tarixli 02/10569 nömrəli arayışıa əsasən torpaq sahəsinin qiymətləndirilməsi xx.xx.2018-ci il tarixə 35000 manat təşkil edir. İddiaçı tərəf əsassız iddiasına “don geyindirmək”məqsədi ilə qeyd edir ki, guya onlara torpaqdan istifadə etməyə imkan verməmiş ,mane olmuşdur və s. Halbuki məhkəmə çəkişmələrinədək İddiaçı2 demək olar ki, onlarla birgə yaşamışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra isə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru fərdi evin yerləşdiyi həyətin giriş qapısının açarını alaraq Aktla iddiaçıların nümayəndəsinə təhvil vermiş və icra işi üzrə icraata xitam qərarı qəbul etmişdir. Qeyd edir ki, belə olan halda onların torpaq sahəsindən istifadə etməsinə necə maneə ola bilərdi? İddiaçı iddia tələbində istinad etdiyi maddi hüquq normaları səhv təfsir edib. Belə ki,Azərbaycan Respublikası MM-in 220.3.-220-4,-cü maddələrini bu hüquq münasibətlərinə o halda tətbiq etmək olar ki, məhkəmənin qətnaməsi olmasın. Qeyd edir ki, artıq xx.xx.2018-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə torpaq sahəsi naturada cavabdehin mülkiyyətinə ayrılıb (0.025ha). İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verdi, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi, RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969-un mülkiyyətçisi ¼ hissədə İddiaçı2 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2018), ¼ hissədə Cavabdeh (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi:xx.xx.2018), ¼ hissədə İddiaçı3, ¼ hissədə İddiaçı1dur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-64/2020 saylı, xx.xx.2020-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı, 0,10 ha olan torpaq sahəsinin ¼ hissəsi, yəni 0,025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölünməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamə qanüni qüvvəsini almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlak tərəflərin ½ nisbətində paylı mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-64/2020 saylı, xx.xx.2020-cü il tarixli qətnaməsi əmlakın naturada bölgüsü aparılmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bu Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflərin paylı mülkiyyətində olan əmlaklarının açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından əsassızdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-64/2020 saylı mülki iş öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri,Novxanı bağ massivi, B-3969 saylı torpaq sahəsinin ¼ paylı hissəsinin ayrılması, ayrıca çıxarışın verilməsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 250 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-64/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhəri,Novxanı bağ massivi, B-3969 saylı, 0,10 ha olan torpaq sahəsinin ¼ hissəsi, yəni 0,025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölünməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Göründüyü kimi Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 64/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mübahisəli əmlak üzərində naturada bölgü müəyyən edildiyi halda iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı bağın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin iddiaçılar və cavabdeh arasında paylarına mütənasib bölüşdürülməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3664/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3664/2023
22.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver