Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-367/2023 06.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 06 yanvar 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmak X18 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər XDS-nin 17.321.4 nömrəli xx.xx.1987-ci il tarixli qərarında X6 ölümü ilə əlaqədar kirayəçi olduğu Sumqayıt şəhəri, 4-cü məhəllə, Nizami küçəsi, 30/15 saylı evin 14 saylı mənzilə dair yaşayış sahəsinin kirayə müqaviləsinin onun arvadı X3 adına dəyişdirilməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivi Sumqayıt Filialının 68 saylı xx.xx.2022-ci il tarixli sənədinin mərhum X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qaynatası X10 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivi Sumqayıt Filialının 68 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhər XDS-nin 17.321.4 nömrəli xx.xx.1987-ci il taraixli qərarına əsasən onun ölümü ilə əlaqədar kirayəçi olduğu Sumqayıt şəhəri, 4-cü məhəllə, Nizami küçəsi, 30/15 saylı evin 14 saylı mənzilə dair yaşayış sahəsinin kirayə müqaviləsi onun arvadının adına dəyişdirilmişdir. Rus dilində yazılmış həmin qərarda qaynatasının soyadı “Balaeminov” qaynanasının soyadı “Balaeminova” adı “Usniya“ göstərilmişdir. Halbuki nikah haqqında şəhadətnamədən göründüyü kimi xx.xx.1959-cu il tarixdə nikahları qeydə alındıqdan sonra hər ikisi Balaemiyev soyadını götürmüş və qaynanasının adı öncə qeyd olunan qərardakı kimi “Usniya” yazılmışdır. Həmin dövrdə şəxsiyyəti müəyyən edən sənədlər rus dilində yazılırdı. Rus əlifbasında “ə” hərfı olmadığına görə “Balaəmiyev” soyadı “Balaemiyev”, “H” hərfı olmadığına görə “Hüsniyyə” “Usniya” kimi yazılmışdır. xx.xx.2014-cü il tarixdə qaynanası vəfat etmişdir. Onun şəxsiyyət vəsiqəsi Sumqayıt Qeydiyyat Şöbəsinə təhvil verilmişdir. Şəxsiyyət vəsiqəsinə əsasən yazılmış ölüm haqqında şəhadətnamədə qaynanasının soyadı “Balaemiyeva” adı “Hüsniyyə” yazılmışdır. Göründüyü kimi qaynatasının və qaynanasının soyadı “Balaemiyev” olduğu halda Sumqayıt şəhər XDS-nin 17.321.4 nömrəli xx.xx.1987ci il tarixli qərarında soyadları” səhvən düzgün olmayaraq Balaeminov” yazılmışdır. Sumqayıt şəhər XDS-nin İcraiyyə Komitəsi ləğv edilmiş, sənədləri isə arxivə təhvil verilmişdir. Bu səbəbdən həmin sənədi verən orqan tərəfindən səhvin aradan qaldırılması mümkün deyildir. xx.xx.1987-ci ildə X11 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdurlar və nikah bağlandıqdan sonra hər ikisi “Balaemiyev” soyadını götürmüşdür. Sonra hər biri şəxsiyyət vəsiqəsi alarkən azərbaycan əlifbası ilə soyadını düzgün olaraq "Balaəmiyev” yazılmışdır. xx.xx.2021-ci il tarixdə əri vəfat etmişdir. Həmin mənzildə onunla bərabər qızı X12, X7 və Balaəmiyev Qurban Kamil oğlu qeydiyyatdadır və mənzildə yaşayırlar. Yaşadıqları mənzil dövlət mənzil fondundadır. Sumqayıt XDS-nin qərarında qaynanasının soyadı səhv göstərildiyinə görə mənzili əvəzsiz özəlləşdirib xüsusi mülkiyyətlərinə keçirmək hüquqlarından istifadə edə bilmirlər. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi, X12 və Balaəmiyeva Qurban Kamil qızı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 30/15, 14 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan AZ İ 722448 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 54 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ İİ 255068 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 312 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ İİ 223394 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2205 nömrə ilə qeyd edilmişdir. İşdə olan İ–İE ******* nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X17 28 fevral 1959-cu il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 8 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Balaemiyeva soyadı verilmişdir. İşdə olan İV–JQ 357188 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X14 21 iyun 1987-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 626 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İşdə olan İ-İE 816051 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1955-ci ildə Sumqayıt şəhərində doğulmuş, anası X17, atası X8r. İşdə olan Sumqayıt şəhər XDS-nin 17.321.4 nömrəli xx.xx.1987-ci il tarixli qərarından edilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Nizami küçəsi, 30/15 saylı evin 14 saylı mənzilinə dair yaşayış sahəsinin kirayə müqaviləsi X5 ölümü ilə əlaqədar onun arvadı X3 adına dəyişdirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Nizami küçəsi, 30/15 saylı evin 14 saylı mənzilinə dair kirayə müqaviləsi ərizəçinin qaynanası - X1 adınadır. Bu barədə Sumqayıt şəhər XDS-nin 17.321.4 nömrəli xx.xx.1987-ci il tarixli qərarında onun adı və soyadı səhvən “X9” kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər XDS-nin 17.321.4 nömrəli xx.xx.1987-ci il tarixli qərarında X6 ölümü ilə əlaqədar kirayəçi olduğu Sumqayıt şəhəri, 4-cü məhəllə, Nizami küçəsi, 30/15 saylı evin 14 saylı mənzilə dair yaşayış sahəsinin kirayə müqaviləsinin arvadı X3 adına dəyişdirilməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivi Sumqayıt Filialının 68 saylı xx.xx.2022-ci il tarixli sənədinin mərhum X2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhər XDS-nin 17.321.4 nömrəli xx.xx.1987-ci il tarixli qərarında X6 ölümü ilə əlaqədar kirayəçi olduğu Sumqayıt şəhəri, 4-cü məhəllə, Nizami küçəsi, 30/15 saylı evin 14 saylı mənzilə dair yaşayış sahəsinin kirayə müqaviləsinin arvadı X3 adına dəyişdirilməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivi Sumqayıt Filialının 68 saylı xx.xx.2022-ci il tarixli sənədinin mərhum X2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt şəhər X21 17.321.4 nömrəli xx.xx.1987-ci il tarixli qərarında X6 ölümü ilə əlaqədar kirayəçi olduğu Sumqayıt şəhəri, 4-cü məhəllə, Nizami küçəsi, 30/15 saylı evin 14 saylı mənzilinə dair yaşayış sahəsinin kirayə müqaviləsinin arvadı X3 adına dəyişdirilməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivi Sumqayıt Filialının 68 saylı xx.xx.2022-ci il tarixli sənədinin mərhum X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-367/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-367/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver