Məhkəmə qərarları › İş №2(060)-3684/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3684/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3684/2023 10.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına qarşı «himayədə olma faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il təvəllüdlü X1 Ərizəçi himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1941 -ci il təvəllüdlü anası X4 üzərində Sumqayıt şəhər İcra Hakimiyyətinin 74 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən bacısı X6 qəyyum təyin edilmişdir. Lakin o, qəyyum kimi vəzifələrini icra etmir, anası ilə maraqlanmır. Belə ki, ruhi xəstə olan, kənar qulluğa ehtiyacı olan anaları evdə tək, özbaşına qoyaraq yad dini təriqətlərlə məşğul olur və onunla pis davranırdı. 3 ilə yaxındır ki, qapını bağlayaraq, evi tərk edərək Bakı şəhərində yaşamağa getmişdir. Lakin o, qəyyumu olduğu F.Mirzəyevanın pensiyasını alaraq mənimsəyir. Yataq xəstəsi olan X2 himayəsinə götürmüş, anasına görə yaşadığı evi sataraq bağ evi almış və onu yanına gətirərək, himayəsinə götürərək ona qulluq edir. Qəyyumluq, pensiya məsələlərin həlli zamanı anasının onun himayəsində, öhdəsində olması faktının təsdiqi tələb olunur. Həmin hüquqi əhəmiyyəti olan faktı isə yalnız məhkəmə müəyyən edə bilər. Məhkəmədə ərizəçinin nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının aparatının Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, anası-xx.xx.1941-ci il təvəllüdlü X1 himayədə olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Ərizəçi aid İİ-JQ №272990 saylı, xx.xx.1973-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətində ata qrafasında-X7, ana qrafasında X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı müəyyən edildi ki, X3 hazırda qızı Ərizəçi qulluq edir və onun himayəsindədir. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin sosial hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Ona görə də məhkəmə hesab edir ki ərizə təmin olunmalı, 29 yanvar 1941-ci ildə anadan olmuş X1 qızı-Ərizəçi himayəsində olması faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 29 yanvar 1941-ci ildə dogulmuş X1 qızı- Ərizəçi himayəsində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar