Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3695/2024 06.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxslər: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Arixivinin Sumqayıt Filialının 16 may 1992-ci il tarixli, 51 nömrəli protokoldan çıxarışından 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA- 10F/2-926-2023 saylı arxiv çıxarışının və 25 may 1992-ci il tarixli, 69/479 nömrəli orderin iddiaçı xx xxxxxx 1980-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Ərizəçi məxsus olması ilə bağlı qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil “Sumqayıtəlvanmetal” İB-i tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı müvafiq olaraq 69/479 nömrəli order də verilmişdir. Həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxsin adı (Ərizəçi) ilə ərizəyə əlavə edilən 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-926-2023 nömrəli arxiv çıxarışında qeyd olunan şəxsin adı (X4) arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir.Etibarnamə üzrə nümayəndəsi olduğu Ərizəçi iddiaçının nümayəndəsinin oğlumdur və iddiaçının nümayəndəsinə verilmiş və order ilə iddiaçının nümayəndəsinə məxsus olan mənzil üzərində oğlunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxsə müraciət etsə də yuxarıda qeyd olunan səbəbdən imtina edilmişdir. O bildirmişdir ki, oğlunun adı Elmandır və hazırda Rusiyada Federasiyasında yaşamaqla həmin ölkənin də vətəndaşlığın qəbul etmişdir. Ona məxsus olan sənədlərdə məhz adı Elman olaraq qeyd edilmişdir. Həmçinin evə dair orderdə qeyd olunan şəxslərin eləcə də oğlu Elmanın soyadı tam şəkildə qeyd edilmiş adın isə yalnız başlanğıc hərfi qeyd edilmişdir. Qeyd olunanlara əsaslanaraq faktın müəyyən edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında nümayəndəsi Nümayəndə ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-S-0049- 8/2023 saylı məktubundan görünür ki, müraciətin araşdırılması zamanı adına mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxsin adı ("Ərizəçi") ilə ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-926-2023 nömrəli arxiv çıxarışında qeyd olunan şəxsin adı ("X3") arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixində dünyaya gəlmişdir. X1, anası Nümayəndədır. - xx.xx.1991-ci il tarixli, 69/479 №-li orderin surətindən görünür ki, sahəyə ixtiyarı olub order üzrə evə keçən şəxslərin siyahısında iddiaçı ƏrizəçiO adı ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-926- 2023 saylı məktubundan görünür ki, mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxslərin siyahısında Ərizəçi əvəzinə X3 qeyd edilmişdir. Beləliklə, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil “Sumqayıtəlvanmetal” İB-i tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı müvafiq olaraq 69/479 nömrəli order də verilmişdir. Həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. Mənzilin qeydiyyata alınması nəzərdə tutulan şəxsin adı (Ərizəçi) ilə ərizəyə əlavə edilən 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-926-2023 nömrəli arxiv çıxarışında qeyd olunan şəxsin adı (X4) arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalı olduğu qeyd edildiyindən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd olan Azərbaycan Respublikası Dövlət Arixivinin Sumqayıt Filialının 16 may 1992-ci il tarixli, 51 nömrəli protokoldan çıxarışından 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA- 10F/2-926- 2023 saylı arxiv çıxarışının və 25 may 1992-ci il tarixli, 69/479 nömrəli orderin iddiaçı xx xxxxxx 1980-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Arixivinin Sumqayıt Filialının 16 may 1992-ci il tarixli, 51 nömrəli protokoldan çıxarışından 24 oktyabr 2023-cü il tarixli, 3-48-DA- 10F/2-926- 2023 saylı arxiv çıxarışının və 25 may 1992-ci il tarixli, 69/479 nömrəli orderin iddiaçı xx xxxxxx 1980-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3695/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3695/2024
06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver