Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3704/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız ləğvedilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qarşı xx.xx.2018-ci il tarixli aktın ləğv edilməsi və 439,2 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatət təqdim edərək mülki işin aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 vəsatəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. İddiaçı vəsatətin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, ərizəni və mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. (Maddə
33. Ərazi aidiyyəti anlayışı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 36.11-ci maddəsinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, cavabdehlə müqaviləni faktiki yaşadığı Abşeron rayonu, Görədil bağ dəmir yol altında yerləşən evin təbii qazla təchiz edilməsi məqsədilə bağlamışdır, yəni müqavilənin icra yeri Abşeron rayonudur. Buna baxmayaraq, hazırki iş məhkəmənin icraatına götürülmüşdür və bu yanlışlıq aradan qaldırılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini və hazırki vəziyyətdə tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, vəsatət təmin olunmalı, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız ləğvedilməsi və borcun silinməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair 2(060)-3704/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir.
Hakim Elçin Kazımov