Məhkəmə qərarları › İş №2(060)-372/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-372/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-372/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X1 22 sentyabr 1988-ci il tarixli qərarında və 05 may 2023-cü il tarixli, 3-48-DA-10F/2-310-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda qeyd olunan orderin Ərizəçi məxsus olmasını faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə müraciət edərək, maraqlı tərəf Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 05 may 2023-cü il tarixli, 3-48-DA-10F/2-380- 2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda onun ata adı “Kərəm” kimi qeyd olunubdur. Atasının əsl adı “Qaraş”dır. Bu şəxsiyyətini təsdiq edən sənəddə də öz əksini tapmışdır. Sumqayıt şəhər X1 22 sentyabr 1988-ci il tarixli qərarında “Qaraş”əvəzinə rusca “Karaş” yazılmalı idi. Lakin texniki səhv nəticəsində “Karam” şəklində qeyd edilmişdir. Məhkəmədə ərizəçi F,Q.İbrahimova eyni məzmunlu ərizə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni nəzərdə keçirdib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Aze seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ata adı Qaraş kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin 05 may 2023-cü il tarixli, 3-48- DA-10F/2-310-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda Sumqayıt şəhər X1 22 sentyabr 1988-ci il tarixli qərarında ərizəçinin ata adı “Karam” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 23 iyun 2023-cü il tarixli məktubun surətindən görünür ki, təqdim edilən 12 oktyabr 1988-ci il tarixli, 678 nömrəli order və 05 may 2023-cü il tarixli, 3-48-DA-10F/2-310-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda adına order verilən şəxsin ata adı “Kərəm” kimi qeyd olunsa da, şəxsiyyəti təsdiq edən sənəddə “Qaraş” qeyd olunmuşdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalldır. İşə əlavə olan İ-SL № 268057 saylı, 26 yanvar 1974-cü il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin ata adı “Qaraş” kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdə ərizəçinin ata adı “Qaraş” kimi qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Sumqayıt şəhər X1 22 sentyabr 1988-ci il tarixli qərarında və 05 may 2023-cü il tarixli, 3-48-DA-10F/2-310-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda qeyd olunan orderin Ərizəçi məxsus olmasını faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Sumqayıt şəhər X1 22 sentyabr 1988-ci il tarixli qərarında və 05 may 2023-cü il tarixli, 3-48-DA-10F/2-310-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda qeyd olunan orderin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar