Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3720/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə1, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, qardaşı-1936-cı il təvəllüdlü mərhum X5 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1936-cı il təvəllüdlü mərhum X14 onun doğma qardaşı olmuşdür. O,Hacıqabul şəhərində anadan olsa da, Sumqayıt şəhərində işləmiş və yaşamışdır. Onun həyat yoldaşı X11 ilə nikahlarından övladları olmamışdır. Səməd Piriyev və onun arvadı Aliyə Piriyeva həyatlarının son illərində ağır xəstə olmuşlar. Hər ikisi baş beyin qan sızması, yəni işemik insult keçirmişlər. Səməd Piriyev son illər artıq özünü idarə edə bilmirdi. Onun ağlı, şüuru, düşüncəsi pozulmuşdu. Sözlərinə və hərəkətlərinə nəzarəti demək olar ki,tam itirmişdi. Ona görə də o və övladı Nümayəndə1 tez-tez Səməd Piriyevə baş çəkməyə Sumqayıta gəlirdilər. 2016-cı ildə Səmədin arvadı Aliyə vəfat etdi və bundan sonra Səmədin həyat şəraiti və sağlamlığı daha da pisləşdi. Onlar razılığa gəlmişlər ki, Səmədin baldızı oğlu Vüsal Ağayev ona baxsın, ona lazım olan ərzaq, dərman və sair tələbat mallarını alıb versin. Səməd Piriyevin "xxxx" ASC-də adına depozit vardı. O, qızı Nümayəndə1 baş etibarnamə vermişdi və Aynurə də vaxtaşırı Vüsala Səmədin pulundan çıxarıb verir və hesabatını aparır, dəftərdə qeydlərini dəqiqliklə yazırdı. xx.xx.2021-ci ildə Səməd Piriyev vəfat etdi və onu Hacıqabulda dəfn etmişlər. Onun hüzür məclislərini Hacıqabulda ərizəçi və ailə üzvləri vermişlər. Qəbrinin üstünü düzəldirmiş və sair xərclərini qarşılamışlar. X6 A3-1691669 tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, o,xx.xx.1939-cu ildə Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. X14 ilə X11 arasında nikahın bağlanması haqqında A3-139042 nömrəli şəhadətnamədən görünür ki, onların nikahı xx.xx.1960-cı ildə qeydə alınmışdır. 2 saylı Sumqayıt şəhər poliklinikasında S.Piriyevin arvadı X3 adına açılmış ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, beyin ödemi, baş beyinə qansızma, sağ beyin yarımkürəsində işemik insult, arterial hipertoniya xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2016-cı ildə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 823073 nömrəli ölüm haqqında şəhadətnaməmdən görünür ki, X11 31 iyul 2016-cı ildə vəfat etmişdir və ölümün səbəbi kimi “beyin ödemi” diaqnozu qoyulmuşdur. X5 adına Sumqayıt şəhər poliklinikasında açılmış 4V7812 saylı ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, xx.xx.2021-cı ildə saat 03:30-da vəfat etmişdir. Sumqayıt Təcili Tibbi Yardım Xidmətində S.Piriyevin adına açılmış stasionar, ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuş, ona qoyulmuş diaqnoz “baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarımkürəsində işemik insult” olmuşdur. Stasionardan evə yazılsa da, onun ambulator müalicəsi davam etdirilmişdir. xx.xx.2015-ci ildə kitabçada aparılmış qeyddən də görünür ki, S.Piriyevin “düşüncəsi pozulub, bələdliyi itib, yaddaşı pozulub, çox danışır, həyat yoldaşına qarşı şübhəli fikirləri vardır, ünsiyyətə qeyri-adekvatdır, sualları düzgün cavablandırmır”. xx.xx.2016-cı ildə ona qoyulmuş diaqnoza əsasən S.Piriyevdə “keçirilmiş baş beyin insultunun qalıq əlamətləri“ müşahidə olunur. Xəstəlik kitabçasında xx.xx.2021-ci ildə aparılmış epikriz qeydinə əsasən S.Priyevdə “xx.xx.2015-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması” baş vermişdir. Xəstə işemik insult diaqnozu ilə TTYX-də stasionar müalicədə olmuşdur. Həmin müddətdən xəstə daimi olaraq stasionar və ambulator müalicələr almışdır. X21 tərəfindən müalicə almışdır. Son illər xəstəliyi ilə əlaqədar aparılan müalicələrə baxmayaraq, ümumi vəziyyəti ağırlaşmış və xx.xx.2021-ci ildə vəfat etmişdir.” e-2(060)-5358/2024 saylı rnülki iş üzrə tibbi sənədlər əsasında məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi barədə qərardad çıxarılaraq 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Məhkəmə Psixiatrik Ekspertiza X18 Şəxsə göndərilmiş və orada tədqiqat aparılaraq xx.xx.2024-cü i! tarixdli 3110 saylı rəy verilmişdir. Ekspertizada iş materiallarında olan sənədlərin tədqiqi və təhlili əsasında aşağıdakı nəticəyə gəlinmişdir: “X1 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvü xəstəliyi proqressivləşmə (artan psixi patalogiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək X7 demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Yuxarıda göstərilən, S.H.Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də X5 düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında onun sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə X14 fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.” Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 1936-cı il təvəllüdlü mərhum X5 2015-ci ildən xx.xx.2021-ci ilə qədər faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi yenidən MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 1936-cı il təvəllüdlü mərhum X5 2015-ci ildən xx.xx.2021-ci ilə qədər faəliyyət qabiliyyəti olmayan şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə1, habelə ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, 123/05-70 saylı arayışdan görünür ki, X14 ilə Ağayeva Balabəyim (Aliyə) Böyük qızının nikahı xx.xx.1960-cı ildə qeydə alınmış, nikahdan donra arvada Piriyeva soyadı verilmişdir. X2 xx.xx.2016-cı ildə, X5 isə xx.xx.2021-ci ildə ölməsi ilə xitam verilmişdir. - Ölüm haqqında AZ-İ 823073 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı ildə ölmüşdür. - Ölüm haqqında AZ-İİ 393217 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür. - Məhkəmə Psixiatrik Ekspertiza X18 Şəxsin xx.xx.2024-cü il tarixdli 3110 saylı rəyindən görünür ki, X1 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvü xəstəliyi proqressivləşmə (artan psixi patalogiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək X7 demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Yuxarıda göstərilən, S.H.Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də X5 düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında onun sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə X14 fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. - Sumqayıt Təcili Tibbi Yardım Xidmətində S.Piriyevin adına açılmış stasionar, ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuş, ona qoyulmuş diaqnoz “baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarımkürəsində işemik insult” olmuşdur. Stasionardan evə yazılsa da, onun ambulator müalicəsi davam etdirilmişdir. xx.xx.2015-ci ildə kitabçada aparılmış qeyddən görünür ki, S.Piriyevin “düşüncəsi pozulub, bələdliyi itib, yaddaşı pozulub, çox danışır, həyat yoldaşına qarşı şübhəli fikirləri vardır, ünsiyyətə qeyriadekvatdır, sualları düzgün cavablandırmır”. xx.xx.2016-cı ildə ona qoyulmuş diaqnoza əsasən S.Piriyevdə “keçirilmiş baş beyin insultunun qalıq əıamətləri“ müşahidə olunur. Xəstəlik kitabçasında xx.xx.2021-ci ildə aparılmış epikriz qeydinə əsasən S.Priyevdə “xx.xx.2015-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması” baş vermişdir. Xəstə işemik insult diaqnozu ilə TTYX-də stasionar müalicədə olmuşdur. Həmin müddətdən xəstə daimi olaraq stasionar və ambulator müalicələr almışdır. X21 tərəfindən müalicə almışdır. Son illər xəstəliyi ilə əlaqədar aparılan müalicələrə baxmayaraq, ümumi vəziyyəti ağırlaşmış və xx.xx.2021-ci ildə vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X14 1936-cı ildə doğulmuşdur və ərizəçinin qardaşı olmuşdur. O, X15 ilə xx.xx.1960-cı ildə nikaha girmişdir. X11 xx.xx.2016cı ildə, X14 isə xx.xx.2021-ci ildə ölmüşdür. Hazırda Ərizəçi məhkəmədən 1936-cı il təvəllüdlü mərhum X5 2015-ci ildən xx.xx.2021-ci ilə qədər faəliyyət qabiliyyəti olmayan şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunun üçün ərizəçi bir sıra tibbi sənədlərə, o cümlədən Məhkəmə Psixiatrik Ekspertiza X18 Şəxsin xx.xx.2024-cü il tarixdli 3110 saylı rəyinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşdən görünür ki, ərizəçi əvvəlcə mərhum qardaşının faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə versə də, sonradan tələbini dəyişmiş və son nəticədə məhkəmədən 1936-cı il təvəllüdlü mərhum X5 2015-ci ildən xx.xx.2021-ci ilə qədər faəliyyət qabiliyyəti olmayan şəxs olması faktının, yəni hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 1. şəxslərin qohumluq münasibətlərinin; 2. şəxsin öhdədə olması faktının; 3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 7. bədbəxt hadisə faktının; 8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; 10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsnə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşdən görünür ki, ərizəçi hazırki hüquqi faktın müəyyən edilməsinin ona nə məqsədlə lazım olduğunu ərizəsində əsaslandırmamış, mərhum qardaşının göstərilən müddətlərdə fəaliyyət qabiliyyətsiz olması barədə sənədləri ala bilməməsinin mümkünsüzlüyünü sübut edə bilməmişdir. İşdə olan sənədlərdən isə müəyyən edilir ki, Ərizəçi daha öncə X16, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X8, Azərbaycan Respublikasının Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 2 saylı Sumqayıt Ərazi idarəsinə, "xxxx" ASC-yə, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adından X16 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin, X9 məxsus olmuş Sumqayıt şəhəri 2-8- 12-ci məhəllə, bina 9A-da yerləşən 30 nömrəli mənzilin (daşınmaz əmlakın) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin, həmin mənzilin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində aparılmış reyestr qeydiyyatının, həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli müqavilənin, bağ sahəsinin X5 adından X12 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarının etibarsız hesab edilməsi, daşınmaz əmlak - Sumqayıt şəhəri 2-8-12-ci məhəllə, bina 9A-da yerləşən 30 nömrəli mənzillə bağlı X4 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-195/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X5 adından X16 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması; X9 məxsus olmuş Sumqayıt şəhəri 7-8- 12-ci məhəllə, bina 9A-da yerləşən 30 nömrəli mənzilin (daşınmaz əmlakın) bağışlanmasına dair 09 avqust 2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, həmin mənzilin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində X12 adına aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi; bağ sahəsinin X5 adından X12 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarının etibarsız hesab edilməsi; X12 adına verilmiş xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi; “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan 500 saylı bağ sahəsinin və Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kv.m sahəsi olan qarajın cavabdeh X17 tərəfindən iddiaçı Ərizəçi geri qaytarılması; cavabdeh X10 55000 (əlli beş min) manat pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu əvəzinin tutularaq iddiaçı Ərizəçi ödənilməsi; iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 195/2025 nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdehlər X16 və X8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, "xxxx" ASC-yə, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə, Sumqayıt şəhəri 4 saylı notariat ofisinə və 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinə qarşı “vəsiyyətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin əhəmiyyətsiz sayılması və s. tələblərə dair” iş üzrə X5 fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Bundan sonra isə ərizəçi hazırki ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ərizəçinin hazırki ərizəni qaldırmaqda əsas məqsədi mərhum qardaşının imzaladığı əqdlərin (vəsiyyətnamə, müqavilə) etibarsızlığının müəyyən edilməsi olmuşdur. Məhkəmə izah edir ki, əqdlərin etibarsızlığı məsələsini məhkəmələr araşdırarkən onların etibarsızlığına əsas olmuş halları da (konkret halda X5 onları imzalayarkən fəaliyyət qabiliyyətlsiz, yəni anlaqsız olub-olmamasını) araşdırmalıdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, hazırki ərizənin təmin edilməsinə hüquqi cəhətdən heç bir zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Məhkəmə, hazırki ərizə üzrə işin icraatına xitam verilməsini də məqsədə müvafiq hesab etmir, çünki yuxarıda qeyd edilən mübahisə üzrə çıxarılmış məhkəmə aktı hələ qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-309, 317-321, 349, 351-353, 356, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-3720/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3720/2025
04.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver