Məhkəmə qərarları › İş №2(060)-3726/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3726/2023

23.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3726/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1985-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X9 xx.xx.1985-ci ildə anadan olmuşdur. Uşaqlıqdan epillepsiya keçirmiş, ondan sonra sağalmamış, İ qrup müddətsiz əlil olmuşdur. Ona daim ciddi qulluq olunmalıdır, kənar şəxsin köməyinə ehtiyacı var, o özünü dərk etmir. Oğlunun vəziyyəti kifayət qədər ağırdır. Müəyyən sənədləşmə işlərində imzası tələb olunur, o isə bunu etmək iqtidarında deyil. Ona görə də onun rəsmi olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət vardır. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə dair izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SX010502316AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X1 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan X JQ 454378 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası Ərizəçidır. İşdə olan 311707 nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X9 müddətsiz birinci dərəcəli əlildir və daim kənar şəxsin köməyinə ehtiyacı vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 2305 saylı rəyinə əsasən, X7 DƏRİN ƏQLİ GERİLİK (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X4, müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - bələdliyinin: pozulması, sualları başa düşməməsi, davranışının şəraitə qeyri-adekvatlığı, maraq dairəsinin məhdudluğu, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etrnəsi və sair sübut edir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə: X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual üzrə: X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 2305 saylı saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar