Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-373/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı qızının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı qızının cavabdeh "xxxx" ASC-ə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdeh "xxxx" ASC-ə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə hesablanmış 327 manat 20 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, yaşadığı, 30-cu məh., bina 10/11 ünvanında yerləşən 33 saylı mənzilə cavabdeh Sumqayıt Regional Elektrik Şəbəkəsi MMC tərəfindən tərtib olunan və elektrik enerjisinə görə yaranan borcu göstərən qəbz göndərilmişdir. Qəbzdəki məbləğ adətən ay ərzində istifadə etdiyi elektrik enerjisinin məbləğindən dəfələrlə yüksək göstərilmişdir. Bu səbəbdən o Sumqayıt Regional Elektrik Şəbəkəsi MMC-yə şifahi olaraq müraciət etmişdir. Cavabdeh ona yoxlamaların keçirildiyini və yoxlamaların nəticəsində bir çox mənzillərin elektrik sayğaclarına müdaxilələrin olduğunun müəyyən edildiyini bildirmişdir. Bu müdaxilələr ona məxsus mənzil üçün quraşdırılmış sayğacda da aşkar edildiyi üçün yaşadığı mənzilə də borc hesablanmışdır. Ona bildirilmişdir ki, yaranmış borcun ödənilməyəcəyi təqdirdə mənzilə elektrik enerjisinin verilməsi dayandırılacaqdır. Cavabdeh yoxlamanın nəticəsində 28 yanvar 2020-ci il tarixli, 173417 saylı akt tərtib etmişdir. Həmin sənəddən məlum olur ki, onun mənzilinə 327 manat 20 qəpik məbləğində əsassız borc yazılmışdır. Cavabdeh tərəfindən ona məxsus mənzilə külli miqdarda borcun hesablanması qeyri- qanuni və əsassızdır. Belə ki, mənzilə quraşdırılmış sayğac blokun pilləkən meydançasında yerləşir. Aktda göstərilir ki, yoxlama zamanı mənzilə məxsus elektrik sayğacın üst örtüyündə və hesab mexanizminin çarxlarında əzilmə izləri müşahidə olunmuşdur. O sayğaca heç bir şəkildə müdaxilə etməmişdir. O sayğacın qorunması, işlək vəziyyətdə saxlanmasında heç bir məsuliyyət daşımır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş akta əsasən hesablanmış 327.20 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "Azərişıq” ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan suiistifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 28.01.2020-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın üst örtüyündə və hesab mexanizminin çarxlarında əzilmə izləri olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 28.01.2020- ci il tarixli, 173417 saylı akt əsasında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilənlərə əsasən iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.01.2020-ci il tarixli, 173417 saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzildən çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə mənzilə məxsus elektrik sayğacın üst örtüyündə və hesab mexaniziminin çarxlarında əzilmə izləri müşahidə olunmuşdur. Cavabdehin nümayəndəsi sayğacda olan qüsurların məhz iddiaçı tərəfindən törədilməsi brədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Elektrik Enerjisindən İstifadə Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «Elektrik enerjisindən istifadə qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, pilləkən meydaçasında quraşdırılmış sayğacın işlək vəziyyətdə saxlanmasına iddiaçı cavabdehlik daşımadığından itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 327.20 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik Enerjisindən İstifadə Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 28.01.2020-ci il tarixli, 173417 saylı akt əsasında ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə hesablanmış 327 manat 20 qəpik məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 28.01.2020-ci il tarixli, 173417 saylı akt əsasında ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə (Abunə kodu: **********00224) hesablanmış 327 manat 20 qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-373/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-373/2022
24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver