Məhkəmə qərarları › İş №2(060)-3739/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3739/2021

26.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3739/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Sumqayıt Regional «Asan Xidmət» Mərkəzi Notariat ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Regional «Asan Xidmət» Mərkəzi Notariat ofisinə və Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoruna (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə 07.12.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Müəyyən edilmişdir ki, iddiaçı eyni predmet barəsində, eyni əsaslarla, eyni cavabdehlərə qarşı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin digər hakimi tərəfindən iş icraata qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Sumqayıt Regional «Asan Xidmət» Mərkəzi Notariat ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar