Məhkəmə qərarları › İş №2(060)-3742/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3742/2021

07.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3742/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı “elektrik enerjisinə görə yaranmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC-ə qarşı “elektrik enerjisinə görə yaranmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, məcburi köçkünlər üçün müəyyən edilmiş limitdən artıq istifadə səbəbindən Sumqayıt şəhəri, 4 mkr., 32/78 saylı evin, 1 saylı mənzilinə elektrik enerjisinə görə yaranmış 194.33 manat borcun Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini onunla əsaslandırdı ki, Mürşüd Nəsib oğlu Ələsgərov onun babasıdır. Babası Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisi ünvanında yerləşən 32/78 saylı evin, 1-ci mənzilini ona daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlamışdır. Sumqayıt Qəhəri, 4-cü mikrorayon ərazisi ünvanında yerləşən, ev 32/78, mənzil 1-də hal-hazırda o və anası yaşayır. O, Füzuli rayonundan olan məcburi köçkün kimi həmin ünvanda 1994-cü ildən yaşayır. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışda (abonentin saldosu) babası Mürşüd Nəsib oğlu Ələsgərovun adı qeyd edilmişdir. Bir daha bildirir ki, mənzil hal-hazırda onun istifadəsindədir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında arayışdan görünür ki, abunəçi İddiaçı yaşadığı Sumqayıt şəhəri, 4 mkr., 32/78 saylı evin, 1 saylı mənzilinə X1yə görə hesablanmış 194.33 manatın qarşısında “Qaçqın borcu silinmə” göstərilmişdir. İş materiallarında olan 01.0176 nömrəli, 31.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı məcburi köçkün kimi Sumqayıt şəhəri, 4 mkr., 32/78 saylı evin, 1 saylı mənzilində yaşayır. İş materiallarında olan 20.02.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Ələsgərov Mürşüd Nəsib oğlu Sumqayıt şəhəri, 4 mkr., 32/78 saylı evin, 1 saylı mənzilini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış borc silinməlidır. İşin hallarından göründüyü kimi tərəflər arasında müqavilə yoxdur, eləcə də mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borcun yaranmasına səbəb olan abonentin limitdən artıq sərfiyyatı qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən X1yə görə İddiaçı yaşadığı Sumqayıt şəhəri, 4 mkr., 32/78 saylı evin, 1 saylı mənzilinə hesablanmış 194.33 manat qaçqın borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən X1yə görə Sumqayıt şəhəri, 4 mkr., 32/78 saylı evin, 1 saylı mənzilinə (Abunə kodu: **********01789) hesablanmış 194.33 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar