Məhkəmə qərarları › İş №2(060)-3773/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3773/2024

03.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3773/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçıya heç bir aidiyyatı olmayan Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 8 otaq 35 ünvanında yerləşən mənzildə elektrik sayğacın göstəricisinə istehlak edilmiş elektrik sərfinə görə 4453,82 manat borcun iddiaçının adından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, borcun "xxxx" ASC tərəfindən iddiaçıdan tələb edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Yaşadığı ünvan ünvan 3aşayır, bütün bunları sübut edən sənədlər var. Lakin məsələ tam başqadır, belə ki, iddiaçıya heç bir aidiyyatı olmayan əvvəllər tanımadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 8 otaq 35 ünvanında yerləşən mənzildə elektrik sayğacın göstəricisinə dair istehlak edilmiş elektrik sərfinə görə 4453,82 borc yaranıbdır və orada yaşayanları tanımır. Həmin ünvanlada iddiaçının heç bir əlaqəsi yoxdur. Bununla əlaqədar iddiaçı müəyyən araşdırma aparmıç və məlum oldumuşdur ki, həmin ünvanda yerləşən mənzilin sahibi Cəbrayıl rayonundan məcburi köçkün X5r və həmin borcuda etiraf edir. Belə olan halda ünvanların müxtəlif olmasına, iddiaçının başqa ünvanda qeydiyyatında və ailəsilə birgə başqa ünvanda yaşamağına baxmayaraq həmin borc onun adına hesablanır və iddiaçıdan tələb edilir. Məsələ ilə əlaqədar iddiaçı "xxxx" ASC-yə və "Asan Xidmət"ə müraciətlər etsədə heç bir nəticə olmamışdır. Buna görədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. "xxxx" ASC-nin nümayəndəsi etirazla müraciət edərək, İddiaçı Sirəcəddin oğlunun iddiaçı heç bir aidiyyatı olmayan Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 8 otaq 35 ünvanında yerləşən mənzildə elektrik sayğacın göstəricisinə əsasən istehlak edilmiş elektrik sərfinə görə 4453,82 manat borcunun silinməsi tələbinə dair iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Sirəcəddin oğlu iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək iddiaçıya heç bir aidiyyatı olmayan Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 8 otaq 35 ünvanında yerləşən mənzildə elektrik sayğacın göstəricisinə əsasən istehlak edilmiş elektrik sərfinə görə 4453,82 manat borcunun silinməsi tələbinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı Sirəcəddin oğlunun Azərişıq” ASC- nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan suiistifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2012-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2013-cü il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2024-cü il tarixədək 4841,51 manat elektrik enerjisindən isdifadə olunmuşdur. İddiaçı məcburi köçkün olduğundan hər ay ona ayrılan limitdən 293,13 manat tutulmuşdur. Hal-hazırda iddiaçının istehlak edilmiş lakin ödənilməmiş 4548,38 manat borcu vardır. İddiaçı limitdən artıq istehlak etdiyi elektrik enerjisinin dəyərindən ümumiyyətlə ödənişlər etməmişdir. İddiaçı mütləq qaydada istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəməlidir. Abunə haqqında çıxarışdanda görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixədək heç bir ödəniş etməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, **********02590 abunə kodu üzrə iddiaçının cavabdehə 4548,38 manat borcu vardır. - Azərbaycan Respublikası Sumqayıt Bələdiyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 990 saylı arayışdan görünür ki, X3 “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisi daxilində Həmrəylik küçəsi, 514 nömrəli bağ evində yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 8 ünvanı üzrə elektrik enerjisinin kodu **********02590 olan evə X4yə görə 4548,38 manat borc hesablanmışdır. Belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 8 otaq 35 ünvanı üzrə X4yə görə hesablanmış 4548,38 manat borc iddiaçı X1 "xxxx" ASC tərəfindən tələb edilməməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında **********02590 abunə koduna dair hər hansı bir müqavilə mövcud deyil, iddiaçı qeyd edilən abunə kodu verilən ünvanda nə qeydiyyatdadır nədə ki, həmin mənzil onun mülkiyyətində deyiv və iddiaçı həmin mənzildə yaşamır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4548,38 manat olduğundan 65,48 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 8 otaq 35 ünvanı üzrə (**********02590 abunə kodu) X4yə görə hesablanmış 4548,38 manat borc İddiaçı "xxxx" ASC tərəfindən tələb edilməsin. İddianın verilməsinə görə 65,48 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar